Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri kollektivə təqdim olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri kollektivə təqdim olunub

25.04.2018 [09:22]

Aprelin 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni təyin olunmuş sədri Rövşən Rzayevi kollektivə təqdim edib və ona işlərində uğurlar arzulayıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Komitənin yeni sədrini təqdim edən Ramiz Mehdiyev Rövşən Rzayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.
Prezident Administrasiyasının rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Ramiz Mehdiyev dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrə nail olmaq üçün Komitənin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.
Yeni təyin olunmuş Komitə sədri Rövşən Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qaçqın və məcburi köçkünlərlə bağlı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini bildirib.
Xatırladaq ki, Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31