A+   Yenilə  A-
Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir

Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri çərçivəsində keçirilən görüşlərdə vurğulanıb ki, ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir
Müstəqil Azərbaycan milli maraqlara, eləcə də tərəfdaşlarla qarşılıqlı faydalılıq prinsipinə əsaslanan intensiv xarici siyasət kursunu uğurla davam etdirir. Respublikamızda cari il aprelin 11-də keçirilən prezident seçkilərindən dərhal sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Belə ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir, ən yaxın müttəfiqlərdir. Strateji tərəfdaşlar olan Türkiyə və Azərbaycan beynəlxalq münasibətlər müstəvisində də daim bir-birini dəstəkləyir, eyni siyasi platformadan çıxış edir, birgə səylərlə ermənilərin təxribatlarının qarşısını almağa çalışırlar.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Türkiyədən sonra Böyük Britaniyaya səfərə gedib və bu səfər də uğurla başa çatıb. Əksər ekspertlərin də vurğuladıqları kimi bəhs olunan səfər Azərbaycanla Böyük Britaniya arasında tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Məlumat üçün bildirək ki, kifayət qədər məhsuldar keçən səfər çərçivəsində Azərbaycanın dövlət başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey və digər rəsmi şəxslərlə mühüm görüşləri olub. Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğu nəzərə çatdırılıb.
Səfər çərçivəsində, eyni zamanda, Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.
Böyük Britaniya Azərbaycana investisiya qoyuluşunu getdikcə artırır
Məlum olduğu kimi, Azərbaycan xarici dövlətlərlə əlaqələrini həm çoxtərəfli, həm də ikitərəfli platformalarda inkişaf etdirir. Bunun təsdiqi olaraq vurğulayaq ki, respublikamız yerləşdiyi Cənubi Qafqaz coğrafiyasında işğalçı Ermənistan istisna olmaqla digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurub və bütövlükdə regionun inkişafında mühüm rol oynayan qlobal əhəmiyyətli layihələrin reallaşmasına özünün sanballı töhfələrini verib. Ötən illərdə Azərbaycanın təşəbbüslərinin, böyük investisiya yatırımlarının və qonşu dövlətlərlə sıx əməkdaşlığının nəticəsi olaraq bir neçə karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli layihəsi reallaşdırılıb. Azərbaycanın qonşu Gürcüstan və Türkiyə ilə birgə reallaşdırdığı və ötən il inşası tamamlanan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat bağlantısıdır. Hazırda respublikamız və digər tərəfdaş dövlətlər çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması ilə məşğuldurlar. Təxminən 45 milyard dollar investisiya qoyuluşu tələb olunan yeni dəhliz istifadəyə verildikdən sonra Avropanın enerji xəritəsini tamam dəyişəcək. Bu layihədə Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe ondan ibarətdir ki, enerji amili heç bir halda siyasi təzyiq vasitəsinə çevrilməməlidir, əksinə, tərəfdaş dövlətlər və şirkətlər əməkdaşlıqdan qarşılıqlı şəkildə bəhrələnməlidirlər.
Qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri də əməkdaşlığı ikitərəfli müstəvidə dərinləşdirməkdən ibarətdir. Bu kontekstdə ölkəmizin Böyük Britaniya ilə münasibətlərinin yüksələn xətlə inkişaf etməsi xüsusi olaraq vurğulanmalıdır. Əlaqələrin müsbət xarakterinə və dinamikasına istinadən demək mümkündür ki, Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında ikitərəfli münasibətlər nümunəvi xarakter daşıyır və dünyada ən yaxşılardan biridir.
Enerji sektoru iki ölkə arasındakı aparıcı əməkdaşlıq sahəsi hesab olunur. Son illərdə isə bu əməkdaşlıq pərakəndə satış, informasiya texnologiyaları, layihələrin idarəolunması, maliyyə-bank xidmətləri və kənd təsərrüfatı kimi sahələrə doğru genişlənir. Hazırda Azərbaycanda Böyük Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. İndiyədək Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 milyard ABŞ dollarından çox investisiya yatırıb.
Ümumiyyətlə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensial kifayət qədər böyükdür. Yeri gəlmişkən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər tərəfdaşlıq əlaqələrinə əsaslanır
Öz növbəsində, Prezident İlham Əliyev də bəhs olunan görüşdə qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlətimizin başçısı bildirib ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən dövlətimizin başçısı Onun Böyük Britaniyaya səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Məlum olduğu kimi, müstəqil Azərbaycanın güclü dayaqlara malik ölkəyə çevrilməsində uğurlu enerji siyasəti, neft-qaz sənayesinin mükəmməl inkişafı mühüm rol oynayıb. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev çox böyük uzaqgörənliklə Azərbaycanın yeni neft strategiyasını işləyib hazırladı. Yeni neft strategiyasında ölkənin milli maraqları hər şeydən üstün tutulmuşdu. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyada tanınan transmilli şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün etibarlı zəmin yaranıb.
Yeni neft strategiyasının reallaşdırılmasının ilkin mərhələsində Azərbaycanın gələcəyinə inanan və ölkəmizin enerji sektoruna sərmayələr yatırmaqdan çəkinməyən transmilli şirkətlərdən biri də BP idi. Bu şirkət yuxarıda bəhs etdiyimiz “Əsrin müqaviləsi”ndə əsas pay sahiblərindən biri qismində çıxış edir. BP şirkəti Xəzərin Azərbaycan sektorundakı iki nəhəng yatağın - “Azəri-Çıraq-Günəşli” neft və “Şahdəniz” qaz yataqlarının əməliyyatçısıdır. Bu yataqlar böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Bu ixrac sisteminə dünyada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində dəniz ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300 km uzunluğa malik üç ixrac boru kəməri daxildir.
Ümumiyyətlə, “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasında bir neçə mərhələnin keçildiyini söyləmək mümkündür. 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub Qaz Dəhlizi”nin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb.
Bütün bu layihələrin hamısında BP şirkətinin töhfələrini xüsusi qeyd etmək lazımdır. Böyük Britaniyanın BP şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb. Böyük Britaniyanın BP şirkəti qeyd olunan layihələrin hamısında əsas investordur. Bütövlükdə bu şirkət respublikamızda neft-qaz sahəsində 7 layihədə iştirak edir.
BP şirkəti “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının perspektivdə işlənməsində də yaxından iştirak edəcək
Ümumiyyətlə, Böyük Britaniyanın BP şirkətinin Azərbaycanla əməkdaşlığı uzunmüddətli perspektivə hesablanıb. “Əsrin kontraktı” ilə başlanan uğurlu əməkdaşlıq, həmçinin ölkəmizdəki əlverişli investisiya mühiti, sabitlik, xalqımızın malik olduğu yüksək dəyərlər və əlbəttə ki, dövlətin siyasi iradəsi BP-də Azərbaycana qarşı böyük inam yaradıb. “Əsrin kontraktı”nın icra müddəti tamamlandıqdan sonra tərəfdaşların bir-birləri qarşısında hər hansı öhdəlikləri qalmayacaqdı və onlar yeni partnyorlar, yeni əməkdaşlıq məkanları tapmaqda sərbəst olacaqdılar. Lakin Azərbaycana olan inam BP və digər şirkətləri respublikamızla qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra daha da irəli aparmağa sövq edib. Azərbaycana olan böyük inamın ifadəsidir ki, BP ötən il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasında da yaxından iştirak edib.
Bəhs olunan Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Əlamətdar haldır ki, “Əsrin kontraktı”nda olduğu kimi, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Bəhs olunan Sazişin bir neçə parametrini sadalamaq kifayətdir ki, bu barədə konkret təsəvvür yaransın. Yeni Saziş çərçivəsində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi uzunmüddətli dövrü əhatə edəcək. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Yeni Sazişə əsasən, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılıb və ölkəmizə çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5160  |  
  • Tarix:  02-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

24 Aprel 11:46
TAP boru kəməri layihəsi üzrə işlərin 86,5 faizi tamamlanıb
24 Aprel 11:29
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib
24 Aprel 11:21
Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
24 Aprel 11:08
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Aprel 10:59
Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək
24 Aprel 10:50
Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb
24 Aprel 10:46
Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli, yaxud özünü azərbaycanlı hesab etməyən Vətən xaini haqqında
24 Aprel 10:31
Türkiyə mətbuatı: Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər
24 Aprel 10:28
ADU-da Çin dili günü
24 Aprel 09:55
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub
24 Aprel 09:45
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
24 Aprel 09:36
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçiriləcək
24 Aprel 09:26
Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib
24 Aprel 09:19
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib
24 Aprel 09:16
Yevlaxda “Oxu günü” keçirilib
24 Aprel 09:15
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
24 Aprel 09:13
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
24 Aprel 09:11
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub
24 Aprel 09:07
Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
23 Aprel 16:49
Hikmət Babaoğlu: Hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir
23 Aprel 16:43
Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir
23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7