A+   Yenilə  A-
Bakıda “Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib

Mayın 1-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan DQİDK-nın sədri Mübariz Qurbanlı Ümummilli lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli mənəvi irsini ehtiva edən ideyanın - Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Bu uğurlu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi dövlət başçısının milli mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət və qayğını bir daha sübut edir. Qloballaşma prosesinə baxmayaraq, xalqların milli xüsusiyyətlərinin, mədəniyyətinin, milli özünəməxsusluğunun qorunub saxlanılmalı olduğunu deyən Mübariz Qurbanlı Fondun milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəslə çatdırılması istiqamətində işlər apardığını deyib. O, milli mənəvi dəyərlərimizin mühafizəsində Qafqaz Müsəlmanları İdarəsinin də böyük xidmətlərinin olduğunu bildirib.
“Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusunda konfransın materiallarından ibarət kitabın nəşr edildiyini bildirən Dövlət Komitəsinin sədri nəşrdə Ümummilli liderin milli mənəvi dəyərlərimizə göstərdiyi qayğı, dini etiqad azadlığının təmin olunması sahəsində Azərbaycan təcrübəsi, eyni zamanda, İslam həmrəyliyi ideyası və ölkəmizdə tarixən mövcud olan tolerantlıq mühiti barədə dolğun məlumatların əks olunduğunu deyib.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda 90-cı illərin əvvəllərində müəyyən dini təşkilatlar öz planlarını həyata keçirmək üçün müxtəlif üsul və metodlardan istifadə etməyə cəhdlər ediblər. Məhz Ulu öndər Heydər Əliyevin dövlətin din siyasətinin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlar, Onun təşəbbüsü ilə Azərbaycanın müstəqillik illərinin ilk vaxtlarında qəbul edilən qanun layihələrinin sonradan təkmilləşdirilməsi bu prosesin qarşısını aldı.
Azərbaycanda dinə göstərilən dövlət qayğısı barədə məlumat verən C.Məmmədov deyib ki, Azərbaycanda dövlətin dinə göstərdiyi diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur. Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütövlükdə İslam dünyasının problemləri ilə maraqlanırdı. 1998-ci ildə Azərbaycanda “Qafqazda İslam sivilizasiyası” adlı böyük konfransda Ümummilli liderin İslam dünyasına verdiyi dəyər özünü açıq şəkildə göstərirdi. Ulu öndərin kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən İslam həmrəyliyinə yönələn siyasətin aparıldığını deyən C.Məmmədov diqqətə çatdırıb ki, ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə də diqqət və qayğı göstərilir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı çıxış edərək bildirib ki, milli mənəvi dəyərlər sisteminin formalaşması ideyasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dinin milli mənəvi dəyərlərin əsasını təşkil etdiyini deyən QMİ sədrinin müavini vurğulayıb ki, dövlətimiz tərəfindən müsəlmanlarla yanaşı, xristianlar və yəhudilər üçün də hər cür imkan yaradılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, konfransda bu gün aktual olan milli mənəvi dəyərlər mövzusunun müzakirəyə çıxarılması təqdirəlayiqdir. O deyib ki, 90-cı illərdə müxtəlif qüvvələr Azərbaycanı ciddi böhranla üz-üzə qoymuşdu. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan xalqı bu çətinlikdən çıxdı və bu gün milli mənəvi dəyərlərimizin yaşaması bu siyasətin nəticəsidir. Bu gün hər bir Azərbaycan ailəsində bu dəyərlərimiz qorunub saxlanılır və olduğu kimi gələcək nəsillərə ötürüləcək.
Sonra Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, “SƏS” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Sakit Hüseynov, Prezident yanında Bilik Fondunun nümayəndəsi Hacı Abdulla və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış edərək bildiriblər ki, Ulu öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durub. Heydər Əliyev dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirib. Ümummilli liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.
Daha sonra DQİDK tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda elan edilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Komitə sədrinin birinci müavini Səyyad Salahlı müsabiqə haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən Nazirlər Kabineti “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər Planı”nı təsdiq edib. Sözügedən Tədbirlər Planına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı məqalə müsabiqəsi keçirilib. Həmin müsabiqənin yekunlarına əsasən 6 nəfər dini icma nümayəndəsi münsiflər heyəti tərəfindən qalib seçilib.
Müsabiqənin nəticələrinə görə Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva I yerə, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədri Ənvər Əliyev II yerə, Lənkəran rayonu Tükəvilə kənd məscidi dini icmasının sədri Murad Əzizov III yerə layiq görülüblər. Zaqatala rayon Çobankol kənd “Cümə” məscidi dini icmasının sədri Məhəmməd Nurullayev, Lənkəran rayon Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev və Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının üzvü Mehman Nəsirov isə həvəsləndirici mükafatlarla təltif ediliblər.

 
  • Oxunub:  19860  |  
  • Tarix:  02-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

24 Aprel 15:28
Vyetnamda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
24 Aprel 15:27
Akademik Zərifə Əliyeva nəinki Azərbaycan, dünya oftalmologiya elminə də böyük töhfələr verib
24 Aprel 15:26
Akademik Zərifə Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
24 Aprel 15:17
Azərbaycanla Səudiyyə Ərəbistanının investisiya sahəsində əlaqələrinin genişləndirilməsi müzakirə olunub
24 Aprel 15:05
İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam 9300-dən çox şəxsə şamil olunacaq
24 Aprel 15:03
Fuad Muradov: Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin ölkəmizə qarşı kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi
24 Aprel 14:19
Yeni Azərbaycan Partiyasının qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib
24 Aprel 14:14
Kərim Vəliyev: Azərbaycan Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirakına böyük önəm verir
24 Aprel 14:09
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq
24 Aprel 13:45
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
24 Aprel 13:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
24 Aprel 13:35
Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı
24 Aprel 13:25
AzTU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
24 Aprel 13:19
Bakı Dövlət Universitetində Himayəçilər Şurası yaradılıb
24 Aprel 13:09
Erkan Özaral: Azərbaycanda qətliam törədənlər Ermənistanda qəhrəman elan ediliblər
24 Aprel 12:55
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib
24 Aprel 12:53
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq
24 Aprel 12:44
Ölkəmizdə pensiya sisteminin inkişafına dair beş illik planın hazırlanmasına dair seminar keçirilir
24 Aprel 12:39
VII Muğam Televiziya Müsabiqəsi davam edir
24 Aprel 12:36
Əli Əhmədov: Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir
24 Aprel 12:21
"ASAN ödəniş" sistemi ödənişləri qısa müddət ərzində həyata keçirmək imkanı yaradır
24 Aprel 12:15
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilir
24 Aprel 12:01
Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb
24 Aprel 11:46
TAP boru kəməri layihəsi üzrə işlərin 86,5 faizi tamamlanıb
24 Aprel 11:29
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib
24 Aprel 11:21
Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
24 Aprel 11:08
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Aprel 10:59
Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək
24 Aprel 10:50
Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb
24 Aprel 10:46
Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli, yaxud özünü azərbaycanlı hesab etməyən Vətən xaini haqqında
24 Aprel 10:31
Türkiyə mətbuatı: Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər
24 Aprel 10:28
ADU-da Çin dili günü
24 Aprel 09:55
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub
24 Aprel 09:45
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
24 Aprel 09:36
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçiriləcək
24 Aprel 09:26
Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib
24 Aprel 09:19
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib
24 Aprel 09:16
Yevlaxda “Oxu günü” keçirilib
24 Aprel 09:15
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
24 Aprel 09:13
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
24 Aprel 09:11
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub
24 Aprel 09:07
Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7