A+   Yenilə  A-
Azərbaycana gələn xarici turistlərin sayı ildən-ilə artır

Ölkəmizdə infrastruktur layihələrinin icrası turizmin inkişafına əlavə təkan verir
Ardınca Culfa rayonunun ərazisində yerləşən “Əlincəqala” tarixi abidəsi və muzeyi ziyarət edilib. Məlumat verilib ki, Əlincəqala tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən bərpa olunub. Əlincəqala tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sahibkarlar və turizm sahəsi üzrə mütəxəssislər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar. Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda xoş təəssürat yaradıb. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Möminə xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, türbə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin göstərişi ilə 1186-cı ildə tikilib. Həyat yoldaşı Möminə xatının məzarı üzərində ucaldılmış məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunub.
Xan sarayında info-tur iştirakçılarına məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasında xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Duzdağ Fizioterapiya Mərkəzi, Uzunoba İstirahət Kompleksi, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağı ilə tanışlıq da yaddaqalan olub. Məşhur üzən ada, Ağbulaq İstirahət Mərkəzi qonaqlarda xoş təəssürat yaradıb.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvanın turizm potensialı” adlı tanıtım filminə baxış keçirilib. Burada qədim diyarın çoxsaylı turizm məkanlarının təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış bukletlər də təqdim edilib. “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi, Atçılıq Mərkəzi, Naxçıvan Biznes Mərkəzi ilə tanış olan info-tur iştirakçıları muxtar respublikada turizmin inkişaf imkanları, qədim diyarın sürətli sosial-iqtisadi tərəqqisi ilə bağlı ətraflı məlumatlar əldə ediblər.
Yeri gəlmişkən, Azərbaycan hökuməti turizmi nəinki dinamik inkişaf etdirir, həm də ölkə iqtisadiyyatına əlavə investisiyaların cəlb edilməsində zəruri addım kimi bu sahənin hərtərəfli inkişafına diqqət yetirir ki, bu da çox mühüm amildir. Və turizmin inkişafı istiqamətində dövlət tərəfindən görülən işlərin, aparılan təbliğatın nəticəsdir ki, ölkəmizə gələn xarici turistlərin sayı artır. Misal olaraq bildirək ki, son 2 ildə Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistlərin sayı 30 dəfədən çox artıb. Ötən il bu rəqəm 110 min turist təşkil edib və bu, çox gözəl göstəricidir.
Ölkəmizin gündən-günə abadlaşan bölgələri, yurdumuzun əsrarəngiz təbiəti, qədim tarixi-mədəni irsə varisliyimiz, bir-birindən gözəl tarixi məkanlarımız, bir sözlə, gəzməli-görməli yerlərimiz dünyanın ayrı-ayrı televiziya və xəbər agentliklərinin də diqqətini çəkməkdədir. Bu dəfə isə Türkiyənin “Kanal 7” televiziyası Türk Hava Yollarının maliyyə dəstəyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qədim Şərqin elm, sənət və mədəniyyət mərkəzlərindən biri kimi böyük şöhrət qazanmış Nizami yurdunda televiziya çəkilişləri aparıb. Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyindən başlayan çəkilişlər Gəncə İmamzadə Ziyarətgahında, dahi şair Nizami Gəncəvinin türbə kompleksində və böyük mütəfəkkirin adını daşıyan muzeydə davam etdirilib. Gəncə ilə yaxından tanış olan türkiyəli qonaqlar şəhərin müasir, tarixi və görməli yerlərində çəkilişlər aparıblar, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi binalarda, İstiqlaliyyət muzeyində olublar.
Çəkiliş qrupu həmçinin şəhər sakinlərinin qonağı olub, Azərbaycan mətbəxinin ən dadlı xörəkləri olan şah plov, yarpaq dolması, badımcan dolması, düşbərə və dovğanın, eləcə də çay süfrələrimizin bəzəyi olan dadlı-ləzzətli Gəncə paxlavasının hazırlanma qaydası və sirlərini kameralarının yaddaşına köçürüblər.
Səfərin ikinci günü Hacıkənddə, Göygöldə və Maral göldə olan qonaqlar bu yerlərin gözəl və füsunkar təbiətini, mənzərələrini seyr edərək burada çəkilişlər həyata keçiriblər. Daha sonra çəkilişlər Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalan şəhərində və qədim Şəkidə davam etdirilib.
Öz növbəsində, Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğumuzun təşkilatçılığı ilə “Qrand Victoriya” otelində ölkəmizin turizm potensialına həsr olunmuş “Azərbaycanı özün üçün kəşf et” mövzusunda tədbir keçirilib. Sərgidə Azərbaycanın turizm bölgələrini özündə əks etdirən jurnallar, broşürlər və digər təbliğat materialları təqdim edilib.
Manqistau vilayətinin turizm idarəsinin rəhbərliyinin, burada fəaliyyət göstərən 30-dan artıq turizm şirkətinin nümayəndələrinin, jurnalistlərin, həmçinin Azərbaycandan gəlmiş turizm şirkətlərinin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizin turizm potensialına dair videoçarx nümayiş olunub.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Elxan Zeynalov çıxış edərək ölkəmizin iqtisadi inkişafından, son illərdə əldə edilmiş nailiyyətlərdən, xüsusilə turizm sektorunda qazandığımız uğurlardan danışıb. Prezident İlham Əliyevin turizm sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə böyük inkişafa nail olunduğunu qeyd edən diplomat Azərbaycana gələn xarici turistlərin sayının ildən-ilə artdığını bildirib, ölkəmizdə turistlər üçün yüksək səviyyəli xidmətin yaradıldığını vurğulayıb. İki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanlarına toxunan E.Zeynalov 2016-cı illə müqayisədə 2017-ci ildə bu ölkədən Azərbaycana gələn turistlərin sayında 45 faiz artım müşahidə olunduğunu söyləyib.
Azərbaycana gələn qazaxıstanlı turistlərin əsasən sağlamlıq, şopinq və istirahət turlarını seçdiyini deyən natiq baş konsulluq tərəfindən təşkil olunmuş tədbirin dost, qardaş Qazaxıstan ilə mövcud sahələrdə əməkdaşlığın genişləndirilməsi, habelə hər iki ölkənin turizm şirkətləri arasında əlaqələrin yaradılmasına dəstək olduğunu vurğulayıb.
Sağlamlıq turizmindən söz düşmüşkən, bu yaxınlarda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyevin Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçilməsi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib. Tədbirdə Ruslan Quliyev rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətlərindən danışıb. Qeyd edib ki, təşkilat yarandığı gündən ölkədə həyata keçirilən turizm siyasətini dəstəkləyir və Azərbaycanda sağlamlıq turizminin daha da inkişaf etdirilməsinə töhfə vermək üçün müəyyən fəaliyyət prinsiplərinə malikdir: “Azərbaycan 2013-cü ildən Dünya Sağlamlıq Turizmi Təşkilatında (Global Helathcare Travel Council - GHTC) təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Məqsədimiz GHTC-nin geniş imkanlarından istifadə edərək, ölkəmizə turist axınına səbəb olacaq fəaliyyətləri gücləndirmək, ekspert xidmətləri və investisiya imkanlarını dəyərləndirməkdən ibarətdir”.
Məlumat verilib ki, Dünya Sağlamlıq Turizmi Təşkilatı Türkiyənin təşəbbüsü ilə 2013-cü ildə Monakoda “İnternational Medical Travel Exhibition and Conference” sərgisi zamanı 14 ölkədən 21 nümayəndənin iştirakı ilə yaradılıb. Diqqətə çatdırılıb ki, Antalyada keçirilən “Hestourex-2018” (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində Dünya Sağlamlıq Turizmi Təşkilatının idarə heyətinə və rəhbərliyinə növbəti seçkilər keçirilib. Seçkidə 22 ölkədən 48 nümayəndə iştirak edib. Səsvermə ilə təşkilatın altı vitse-prezidenti və prezidenti elan olunub. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvi Ceyhun Aşurov DSTT-nin baş katibinin müavini seçilib.
Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və perspektivləri barədə məlumat verib, təşkilatın platformasını açıqlayıb. O deyib: “Bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq. Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialının tanınmasına böyük əmək sərf olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. Azərbaycanın Dünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə, 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Foruma 100-dən çox ölkədən nümayəndələr gələcək, iştirakçılar üçün bölgələrə turlar təşkil olunacaq. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək”.
Bildirilib ki, yaxın vaxtlarda ölkəmizdə vahid turizm reyestri yaradılacaq. Həmçinin Azərbaycanın sağlamlıq turizmi xəritəsi hazırlanır.
Sonda bir daha vurğulayaq ki, Azərbaycan bu gün Avrasiya qitəsində dünya səviyyəsində yeni cəlbedici turizm istiqaməti kimi tanınır və qəbul edilir. Ölkəmizə gələn əcnəbi qonaqlar burada yaradılan infrastrukturu, bütün sahələrdə tərəqqini, nadir arxitekturanı, ölkənin qədim tarixi və zəngin çoxəsrlik mədəniyyətini, həmçinin sabitliyi və təhlükəsizliyi, ölkəmizdə rahat vaxt keçirmələrini yüksək qiymətləndirirlər.
Nadir AZƏRİ

 
  • Oxunub:  5160  |  
  • Tarix:  03-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7