Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Anar Bağırov: Son illər Azərbaycanda vəkillik institutunun inkişafı sahəsində böyük işlər görülür

Anar Bağırov: Son illər Azərbaycanda vəkillik institutunun inkişafı sahəsində böyük işlər görülür

03.05.2018 [09:30]

Son illər Azərbaycanda vəkillik institutu sürətlə inkişaf edir və bu sahədə böyük işlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mayın 2-də jurnalistlərə müsahibəsində deyib.
A.Bağırov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamında da Vəkillər Kollegiyasına üzvlərin sayının artırılması, gənc hüquqşünasların vəkilliyə qəbulu ilə bağlı mühüm tapşırıqlar və dəyərli tövsiyələr verilib: “Həmin tövsiyələrin icrası ilə bağlı olaraq Vəkillər Kollegiyası bu məsələləri diqqət mərkəzində saxlayır. Bu gün Vəkillər Kollegiyasının həyatında önəmli gündür. Belə ki, ölkəmizdə ilk dəfə vəkillərin sayı 1000 nəfəri ötüb. Hazırda Azərbaycanda 1039 vəkil fəaliyyət göstərir. Bugünkü andiçmə mərasimində yazılı imtahanı, şifahi müsahibəni və tədris prosesini uğurla başa vuran 90 namizəd təntənəli surətdə Vəkillər Kollegiyasına üzv qəbul olundular. Bu namizədlər respublikanın bütün regionlarında çalışacaq, insanlarımıza yüksəkkeyfiyyətli hüquqi yardım göstərəcəklər”.
Hazırda Vəkillər Kollegiyasına üzvlərin qəbulu prosesinin davam etdiyini deyən A.Bağırov vurğulayıb: “Çalışırıq ki, bu iş davamlı olsun. Ümid edirəm ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı xeyli artacaq. Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu məsələləri daim diqqət mərkəzində saxlayır. Bu gün and içən namizədlərin tam əksəriyyəti - 80 faizi 40 yaşınadək olan hüquqşünaslardır. Bu, onu göstərir ki, gənc hüquqşünaslar vəkilliyə böyük maraq göstərirlər. Bu da çox sevindirici haldır”.

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31