A+   Yenilə  A-
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Baş Prokurorluqda konfrans keçirilib

Mayın 8-də Baş Prokurorluqda xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş nitqi ilə açan baş prokuror Zakir Qaralov ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən ən yeni tarixinin və bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyinin Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, Onun müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, bu müddət ərzində Ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsində azərbaycançılıq ideyası ətrafında birləşərək, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız hüquqi dövlətdə, milli dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə edib. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, O, sovet dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarıb, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaradıb, daha sonra Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevirilməsini şərtləndirən misli görünməmiş quruculuq işləri həyata keçirib.
Baş prokuror qeyd edib ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib. Bu yolda çox böyük maneələrlə rastlaşmasına, fiziki cəhətdən məhv edilmək təhlükəsinə, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev Öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyəti, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlayıb və müstəqil inkişaf yoluna çıxarıb. Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və yenidən formalaşmasına görə ilk növbədə, xalqımızın Ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, Onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub.
Diqqətə çatdırılıb ki, Heydər Əliyevin 2000-ci il aprelin 26-da respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarixində əsl dönüş nöqtəsi olub. Ulu öndərin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirib. Həyata keçirilən tədbirlər sayəsində prokurorluğun müasir məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, yüksək standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olub.
Xüsusi vurğulanıb ki, əldə etdiyi bütün uğurlara görə, ilk növbədə, Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə və rəhbər kimi hərtərəfli qayğısına minnətdar olan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dahi şəxsiyyətin xatirəsini həmişə əziz tutur və yüksək ehtiram göstərir. Baş prokuror diqqətə çatdırıb ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd edilməsinin dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramın göstəricisi olmaqla yanaşı, mühüm dövlətçilik ənənəsinə çevrildiyini diqqətə çatdırıb. Bu yüksək ehtiramın Ulu öndər Heydər Əliyevin vətən və xalq qarşısında misilsiz xidmətlərinə görə dərin minnətdarlığın nümunəsi olduğunu vurğulayan Baş nazirin müavini diqqətə çatdırıb ki, Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük azərbaycanlıdır. Müasir Azərbaycan tarixinin bütöv bir qərinəsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Əli Əhmədov qeyd edib ki, bu illər Azərbaycanın sürətli inkişafı, tərəqqisi və yüksəlişi illəri olub. Ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə rəhbərliyi illərində Azərbaycanın sürətlə inkişaf edərək keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrildiyini vurğulayan Baş nazirin müavini Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkənin sürətli inkişaf yoluna çıxarılmasında dahi rəhbərin misilsiz xidmətlərindən bəhs edib. Diqqətə çatdırıb ki, məhz bu xidmətlərinə görə Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.
Ulu öndərin xilaskarlıq missiyasında digər sahələrlə yanaşı, ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsinin də mühüm yer tutduğunu xatırladan Əli Əhmədov Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi sayəsində Azərbaycanın bu gün dünyada ən sabit ölkələrdən biri kimi tanındığını vurğulayıb. Diqqətə çatdırıb ki, bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsi üçün etibarlı zəminin hazırlanmasında hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluq orqanlarının səmərəli və qətiyyətli fəaliyyətini xüsusi qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyevin Azərbaycanın çoxəsrlik milli dövlətçilik tarixində ən qüdrətli və nadir dövlət xadimlərindən olduğunu vurğulayıb. Akademik Ulu öndər Heydər Əliyevin görkəmli dövlət xadimi kimi yetişməsində dünyanın super dövlətlərindən biri olan SSRİ-nin siyasi sistemini dərindən mənimsəməsinin və həmin zəmində özündə müstəqil dövlətçilik dünyagörüşü formalaşdırmasının mühüm rol oynadığını qeyd edib. İ.Həbibbəyli Ulu öndər Heydər Əliyevin dünyanın görkəmli şəxsiyyətləri tərəfindən nadir dövlət adamlarından biri kimi dəyərləndirildiyini vurğulayaraq, dahi rəhbərin istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyi illərində ölkəmizdə elmin, təhsilin, ədəbiyyatın, mədəniyyətin görkəmli himayədarı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində sovet dövründə Azərbaycanın vətənpərvər, qabaqcıl ziyalıları, o cümlədən şair və yazıçıları, alimləri nəinki təzyiqlərdən xilas olub, hətta SSRİ-nin ən yüksək dövlət təltiflərinə layiq görülüblər. Bu dövrdə Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan SSR-nin 1978-ci ildə qəbul edilən Konstitusiyasında respublikanın dövlət dilinin Azərbaycan dili olması ilə bağlı maddənin daxil edilməsi idi.
Müstəqilliyin əvvəllərində Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasının əhəmiyyətini xüsusi vurğulayan AMEA-nın vitse-prezidenti Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrlə yanaşı, Azərbaycan elminin də inkişafı üçün ən mükəmməl şəraitin yaradıldığını diqqətə çatdırıb.
Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycanda müasir hüquqi dünyəvi dövlətin banisi olaraq milli dövlətçilik konsepsiyasının müəyyən edilməsində, ölkənin hüquq və qanunvericilik sisteminin qurulmasında, yüksək beynəlxalq standartlara uyğun məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin, o cümlədən hüquq mühafizə orqanlarının formalaşdırılmasında misilsiz xidmətlərini qeyd edib. Bildirib ki, Azərbaycanda ölkənin əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələri olub.
Konfransın işinə yekun vuran Zakir Qaralov prokurorluq orqanlarının bütün əməkdaşları adından əminliyini bildirib ki, prokurorluğun kollektivi daim Heydər Əliyev ideyalarına sadiq olacaq, Onun unudulmaz xatirəsini əziz tutacaq və bütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm ideyaların həyata keçirilməsinə istiqamətləndirəcək.
Tədbirin sonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Vətənə, xalqa həsr edilən ömür” filmi nümayiş etdirilib.

 
  • Oxunub:  5010  |  
  • Tarix:  09-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 16:37
Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb
24 İyun 16:28
Əlyazmalar İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan konfransı keçirilib
24 İyun 16:14
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
24 İyun 15:44
Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24 İyun 15:41
“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb
24 İyun 15:36
Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir
24 İyun 15:33
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
24 İyun 15:27
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir
24 İyun 15:26
Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb
24 İyun 15:22
Dini radikalizmlə mübarizədə maarifləndirmənin böyük rolu var
24 İyun 15:16
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
24 İyun 15:04
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb
23 İyun 11:05
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olunub
23 İyun 10:28
“Huawei” şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 İyun 10:25
Azərbaycan idmançıları “Minsk 2019”un ikinci günündə 1 gümüş və 3 bürünc medal qazanıblar
23 İyun 10:23
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:19
“Minsk 2019”un üçüncü günündə atletlərimiz idmanın altı növü üzrə mübarizə aparacaqlar
23 İyun 10:16
Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
22 İyun 17:58
Azərbaycan millisinin ikinci Avropa Oyunlarında ilk medalını akrobatika gimnastlarımız qazanıblar
22 İyun 17:53
Daxili İşlər naziri Qubada vətəndaşların qəbulunu keçirib
22 İyun 17:50
İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub
22 İyun 17:46
FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi üzrə əməkdaşlıq genişlənir
22 İyun 17:42
“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb
22 İyun 17:37
Azərbaycanda bu günədək 522,7 min hektar sahədə taxıl biçini aparılıb
22 İyun 15:58
Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir
22 İyun 15:55
Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır
22 İyun 15:54
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
22 İyun 15:45
İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur
22 İyun 15:41
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə müzakirələr aparılıb
22 İyun 15:38
Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir
22 İyun 15:33
Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir
22 İyun 11:36
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub
22 İyun 11:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub
22 İyun 11:11
Respublikada 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
22 İyun 11:07
Bərdədə kənd yolları təmir olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+32 +36
gecə+21 +25