A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası internat məktəbinin sakinləri üçün toy mərasimi təşkil edib

Yeni ailə qurmuş cütlüyə partiya tərəfindən mənzil hədiyyə olunub
Azərbaycan xalqının əsrlərdən gələn gözəl dəyərli adət-ənənələri var. Yüz illərdir ki, bu ənənələr yaşayaraq bu günümüzə gəlib çatıb. Xalqımızın gözəl ənənələrindən biri də xeyirxahlıq etmək, imkansızlara, kimsəsizlərə yardım etmək, onlara arxa, dayaq olmaqdır. Qədimlərdən gələn bu ənənə artıq müstəqil Azərbaycanda dövlət siyasətinə çevrilib və bu siyasətin əsası da Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) da bu ənənələrə sadiq qalaraq xeyriyyə tədbirləri həyata keçirir. Partiyanın təşkilatçılığı ilə mayın 9-da Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Təhsil Nazirliyinin 8 saylı sanatoriya tipli internat məktəbinin məzunları, valideyn himayəsindən məhrum olmuş gənclər - Fikrət Həsənovla Aytac Səfərova üçün toy mərasiminin keçirilməsi də milli adət-ənənələrimizə, Heydər Əliyev ideyalarına sadiqliyin ifadəsidir.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində təşkil olunan gənclərin toy şənliyi Bakıdakı məşhur “Xəmsə” şadlıq sarayında keçirilib və şənlikdə YAP-ın üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, gənclər və incəsənət adamları iştirak ediblər.
“Bu gün bayram bayrama qarışıb”
Məktəbin direktoru Pəri Paşayevanın sözlərinə görə, hər iki gənc 6-7 yaşlarından bu internat məktəbində böyüyüblər. Fikrət 6 yaşında olanda onu xalası buraya gətirdi. Bir neçə il sonra isə Aytac da bizim məktəbimizə gətirilib. Elə ilk vaxtlardan Fikrət Aytacı görüb bəyənib və bir-birlərini seviblər. Direktorun dediyinə görə, Fikrət məktəbi bitirdikdən sonra da ona burada yaşaması üçün şərait yaradılıb. 3-4 il əvvəl Fikrət Aytaca nişan üzüyü bağışlasa da, toy etməyə imkan olmayıb. Yeni Azərbaycan Partiyası bu təşəbbüsü ilə gəncləri bir-birinə qovuşdurdu. “Bu gün bayram bayrama qarışıb. Hazırda respublikamızın bütün guşələrində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd olunur. Bu gün isə bu gənclərin toy mərasimini keçiririk. Sevincimizin həddi-hüdudu yoxdur. Prezidentimizə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, bu xeyirxah missiyanın ərsəyə gəlməsində zəhməti olan Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədova və əməyi keçən digər insanlara da dərin təşəkkürümüzü bildiririk”, - deyə məktəbin direktoru qeyd edib. Hər iki gənci öz övladı hesab edən Pəri xanım Fikrətlə Aytaca xoşbəxlik arzulayıb.
Fikrətin sinif rəhbəri olmuş Xanım müəllimə onun oxuduğu müddətdə davranışlarından, tərbiyəsindən razılıq edib və gənclərə xoşbəxtlik arzulayıb.
“Şükürlər olsun ki, bu gün biz ailə qururuq”...
Bir sözlə, məktəbin kollektivi, Fikrətlə Aytacın müəllimləri, YAP Xəzər rayon təşkilatının rəhbərliyi mərasimdə cütlüyə xoş arzularını bildiriblər. Belə bir xeyirxah missiya təşkil edildiyi üçün ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və YAP-ın rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Yeri gəlmişkən, bəylə gəlin də mərasimdə öz sevinc hisslərini bölüşüblər. “Uşaq yaşlarından bu məktəbdə yaşamışıq. Bura bizim evimiz olub. Və burada bir-birimizi tanımışıq. Mən Aytacı bəyəndim, sevdim. Şükürlər olsun ki, bu gün biz ailə qururuq. Allah hər kəsdən razı olsun. İnşallah, layiqli ailə olarıq”, - deyə Fikrət bəy bildirib. Aytac isə “Bizim toy mərasiminin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edirəm”, - deyərək sevdiyi insanla qovuşmasını sevinc göz yaşları ilə ifadə edib.
Bu, çox humanist təşəbbüsdür...
İnternat məktəbində YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov düşüncələrini bizimlə bölüşüb: “Hazırda ölkəmizdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir. YAP da bu istiqamətdə müxtəlif layihələr reallaşdırır. Bu gün isə partiyamız 8 saylı internat məktəbinin sakini olmuş iki gəncin toyunu təşkil edir. Bu, çox humanist təşəbbüsdür, partiyanın niyyəti gözəldir. Çünki bu gənclərin valideynləri yoxdur. Amma bu hadisə göstərir ki, onlar diqqətdən kənarda qalmayıblar. Hesab edirəm ki, partiyamızın bu addımı Ulu öndərimizin anadan olmasının 95 illik yubileyinə töhfədir”.
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva da hər iki gənci yaxşı tanıdığını söyləyib. Gənclərin bir-birinə qovuşmasına çox sevindiyini söyləyən P.Hacıyeva onların qurduğu ailənin xoşbəxt olmasını arzulayib: “Bir neçə gün öncə “Hollivud” restoranında xınayaxma mərasimi oldu. Bu mərasimi hamımızın yaxşı tanıdığı Nazilə xanım təşkil etdi. Gəlinimizin əlinə xınanı mən yaxmışam. Onu öz övladım hesab edirəm”.
Sonra bəylə gəlin el adəti üzrə Qurani Kərimin altından keçərək şadlıq evinə yola salınıblar. Maşın karvanı “Xəmsə” şadlıq evinə gələndə isə artıq qonaqların bir çoxu təşrif buyurmuşdular. Budur, “Vazğalı” çalınır, bəylə gəlin alqış sədaları altında şadlıq sarayına daxil olurlar. Cütlüyün nikah mərasiminə “Səadət” sarayının əməkdaşı dəvət edilib. Bayaqdan dəhlizdə mərasimin başlamasını gözləyən bu xanım sevinclə nikahı rəsmiləşdirməyə başlayır. Bəylə gəlin isə həm sevinc, həm də həyəcanla nikah sənədini imzalayırlar.
Fikrət Həsənovla Aytac Səfərovanın nikahı rəsmiləşdirildikdən sonra məktəbin direktoru Pəri Paşayeva hər kəsə təşəkkür edib. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirən təhsil ocağının rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olmuş insanlara xüsusi həssaslıqla yanaşdığını söyləyib.
Qoy bu ev sizin xoşbəxtlik ocağınız olsun...
Toy mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edərək gənclərə xeyir-dua verib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Gənclərə möhkəm ailə, xoşbəxtlik diləyən Əli Əhmədov inamını ifadə edib ki, bu qədər insanın xeyir-duası ilə qurulan ailə çox möhkəm olacaq: “Bu toyun bir mənası ondan ibarətdir ki, iki gənc ailə qurur, bundan sonrakı ömürlərini birləşdirir. İkinci mənası isə odur ki, cəmiyyətimiz bir daha öz birliyini göstərir, insanlara kömək göstərmək istəyini ifadə edir. Bu da cəmiyyətimizi birləşdirən və möhkəmləndirən ən güclü amillərdən biridir”.
O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu ölkədə heç kim tək, kimsəsiz deyil. Bu toy şənliyini cəmiyyətimizin birliyinin təzahürü adlandıran Baş nazirin müavini gənclərə nümunəvi ailələrdən olmağı arzulayıb.
“Bu, birinci hal deyil. Yəqin ki, partiyamızın təşkil etdiyi bu tipli tədbirlər sonuncu olmayacaq. İstərdik ki, bütün gənclərimiz ailə qurub ev-eşik sahibi olsunlar”, - deyən YAP Sədrinin müavini gənc ailəyə yeni mənzilin açarını təqdim edib. “Arzu edirik, bütün gənclərimiz evlənə bilsinlər, ailə qursunlar, ev-eşik sahibi olsunlar. Bir halda ki, toy olur, ailə qurulur, orada gərək ev də olsun. Və mən istəyirəm, bu gün sizin də iştirakınız ilə bu gənc ailənin evinin açarını onlara təqdim edim. Artıq onların öz evləri də var. Bir daha təbrik edirəm. Qoy bu ev sizin xoşbəxtlik ocağınız olsun. Xoşbəxt olun! Bundan sonrakı həyatınızda da imkanımız daxilində sizə kömək etməyə hazırıq. İnanırıq ki, cəmiyyətimizin gözəl ailələrindən biri olacaqsınız. Övladlarınız, uğurlu gələcəyiniz olacaq. Biz də sizin uğurlarınıza, xoşbəxtliyinizə baxıb sevinəcəyik”, - deyə Əli Əhmədov qeyd edib.
Bəy də onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə, Yeni Azərbaycan Partiyasına minnətdarlığını bildirib. O, həyat yoldaşı ilə birlikdə YAP-ın üzvü olduğunu da qeyd edib.
Sonra Əli Əhmədov başda olmaqla millət vəkilləri “Süleymani” havasında qol qaldırıb ürəkdən rəqs ediblər.
Ailə kiçik dövlət, böyük sərvətdir...
Təhsil nazirinin müavini Firudin Qurbanov da gənclərə xoş günlər arzulayıb, Azərbaycanın inkişafı naminə həyata keçirilən proseslərdə yaxından iştirak etmələrini tövsiyə edib və “Ailə kiçik dövlət, böyük sərvətdir” deyərək onlara təmsil etdiyi qurum adından hədiyyə verib.
Bu ailə həmişə özündə milli adət-ənənələri yaşadacaq
Toy mərasimində iştirak edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gəncləri ailə qurmaları münasibətilə təbrik edib: “Bu gün onların həyatında yeni mərhələ başlayır. İnanıram ki, bu ailə həmişə özündə milli adət-ənənələri yaşadacaq”.
Azərbaycan dövlətinin qayğıya ehtiyacı olan insanlara daim dəstək verdiyini deyən S.Novruzovun sözlərinə görə, YAP-ın bu təşəbbüsü bu dəstəyin ifadəsidir: “Dövlətimiz, Heydər Əliyev Fondu hər zaman kimsəsiz insanlara qayğı göstərir. Bu siyasət bundan sonra da davam edəcək”.
Toy mərasimində iştirak edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz təəssüratlarını bölüşüb: “Əsl sosial siyasət budur. Bu mərasim onu təsdiq edir ki, dövlətimizin siyasətinin əsasında insanlara, xüsusilə qayğıya ehtiyacı olan vətəndaşlara diqqət və kömək dayanır. Bu siyasəti Ulu öndərimiz Heydər Əliyev müəyyənləşdirib və hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası həmişə bu tipli xeyirxah aksiyalarla çıxış edir. İnanıram ki, bu gənclərimiz cəmiyyətimizdə nümunəvi ailələrdən biri olacaq”.
YAP Siyasi Şurasının üzü, Milli Məclisin deputatı Musa Quliyev də bildirib ki, bu, çox humanist bir təşəbbüsdür: “Bu nümunə təbliğ olunmalı və yayılmalıdır. Ümummilli liderimiz Heydər Əliyev həmişə humanist siyasəti öndə tutub. Xatırlayıram, Ulu öndərimiz “Gülüstan” sarayında valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşərkən bildirdi ki, heç kim özünü kimsəsiz hesab etməsin, dövlət həmişə sizin arxanızdadır. Hazırda bu siyasəti Prezident İlham Əliyev davam etdirir”.
M.Quliyev deyib ki, cəmiyyətimizdə insanların bir-birinə kömək etməsi milli adət-ənənələrimizdən, dinimizdən gəlir: “Bu həm də dövlət siyasətidir. Bu gün valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göz önündədir. Ölkə Prezidentinin və Heydər Əliyev Fondunun qayğısı nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar həyatın bütün çətinlikləri ilə baş-başa qalmırlar. Dövlətimiz lazımi dəstək və qayğını göstərir. Bu uşaqların təhsili, mənzil və işlə təminatı həmişə diqqət mərkəzindədir. Bu toy mərasimini də Ümummilli lider Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya öz üzərinə götürübsə, böyük xeyirxahlıq missiyasıdır. Bu gənclər partiyamızın övladlarıdır, sağlam gəncliyimizin nümayəndələridir. Hesab edirəm ki, YAP-ın bu təşəbbüsü cəmiyyətdə alqışlanan bir təşəbbüsdür. Digər ictimai-siyasi təşkilatlar da bu təşəbbüsü dəstəkləyib davam etdirməlidir. Biz insanları belə birləşdirə, sevindirə, xoşbəxlik bəxş edə bilərik. Bu toy mərasimi gənclərin əbədi olaraq yaddaşında qalacaq. Onlar öz hisslərini övladlarına, nəvələrinə danışacaqlar. Mən gənclərimizə xoşbəxtlik arzu edirəm”.
Bu hadisə nəcib əməldir...
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı partiyamızın bu xeyirxahlıq missiyasının böyük məna kəsb etdiyini deyib: “Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Sədr müavini olduğu partiyadır. Bu şəxslərin həyata keçirdiyi tədbirlərin əsasında hər zaman humanizm, xeyirxahlıq dayanıb. Humanizm siyasətinin əsası Ümummilli liderimiz tərəfindən qoyulub və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən davam etidirilir. Ölkəmizdə qısa müddət ərzində qayğıya ehtiyacı olan insanlar üçün bütün şərait yaradılıb. Onların təminatları yüksək səviyyədədir. O cümlədən kimsəsiz uşaqlara da yüksək qayğı var. YAP bu missiyası ilə məhz bu tipli insanlara yüksək qayğını təbliğ edir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ərəfəsində bu xeyirxah missiya dövlət qayğısı ilə böyümüş gənclərin sağlam ailə qurmasına verilən dəstəkdir. Mən bu hadisəni nəcib əməl hesab edirəm. Bu hadisə Ulu öndər Heydər Əliyevin ruhuna böyük ehtiramdır”.
Toyda fəal iştirak edən insanlardan biri də YAP Gənclər Birliyinin sədri Seymur Orucov idi. O da ailə quran cütlüyü təbrik edib. “Dövlətimiz, partiyamız gənclərə həmişə qayğı göstərir. Bu hadisə də həmin qayğının əyani göstəricisidir. Bu gün ailə quran gənclər də YAP-ın üzvləridir. İnanıram ki, onlar partiyamızın fəal gəncləri olacaqlar. Ümumiyyətlə, hər bir cəmiyyətdə gənclər aparıcı qüvvədir, güclü potensialdır, enerjidir. Bu toy mərasimində gənclərimizin fəal iştirakı şənliyi daha da artırır”, - deyən S.Orucov Fikrətlə Aytaca xoş arzularını bildirib.
Qeyd edək ki, toy mərasimində Azərbaycanın tanınmış sənət adamları çıxış ediblər. Partiyamızın gənc üzvlərinin fəal iştirakı, rəqsləri mərasimi daha da rəngarəng edib, şənləndirib.
Belə bir deyim var ki, eşq, məhəbbət sönməyən məşəldir. İnanırıq ki, Fikrətlə Aytacın qəlbində, ailəsində də bu məşəl heç zaman sönməyəcək. Yeni ailə quran cütlüyü təbrik edir, onlara xoşbəxtlik arzulayırıq!
Nardar BAYRAMLI

 
  • Oxunub:  7170  |  
  • Tarix:  11-05-2018  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir

25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 Fevral 14:09
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
24 Fevral 13:19
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
24 Fevral 13:17
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb
24 Fevral 12:59
Azərbaycan Prezidenti idmançılarımızın Olimpiya və Paralimpiya oyunlarına hazırlığına və iştirakına dair Sərəncam imzalayıb
24 Fevral 12:27
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
24 Fevral 12:18
Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24 Fevral 12:15
DSX: Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
24 Fevral 11:51
Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir
24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7