A+   Yenilə  A-
Bakıda “Sevdiyim” layihəsinin təqdimatı olub

Mayın 11-də Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
ASAN Radionun direktoru Emin Musəvi tədbiri açaraq layihə haqqında məlumat verib. Bildirib ki, “Sevdiyim” layihəsi “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə reallaşıb. Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir. Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı Əməkdar Artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.
Mərasimdə çıxış edən Prezidentin köməkçisi Fuad Ələsgərov deyib ki, bugünkü tədbir iki mötəbər hadisə - Ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyləri münasibətilə keçirilir. Bu gün həm də artıq qeyd edildiyi kimi, Azərbaycanın dövlət bayrağına həsr olunmuş klipin təqdimatında iştirak edirik. Müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci il noyabrın 9-da təsdiq edilib. Təəssüflər olsun ki, bu bayraq yalnız 23 ay Xalq Cümhuriyyətinin üzərində dalğalana bildi. Lakin Cümhuriyyətin süqut etməsinə baxmayaraq, Azərbaycan xalqı müstəqillik bayrağımızı daim öz qəlbində yaşadıb və 70 il sonra ona bir daha sahib çıxıb. 1990-cı il noyabrın 17-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və muxtar respublikanın Ali Məclisində ucaldıldı. Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlamışdır.
Fuad Ələsgərov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev üçrəngli bayrağımıza sadəcə dövlət rəmzi kimi yox, dünya azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi. O deyirdi: “Kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını, işğal edilmiş torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Üçrəngli bayrağımızın Azərbaycan dövləti tərəfindən təsdiq edilməsi barədə məsələ də Azərbaycanın Ali Soveti qarşısında məhz Ümummilli liderimiz tərəfindən qaldırılmışdı. Yalnız bundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı dövlət bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlətimizin başçısı 2007-ci il noyabrın 17-də “Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalayıb və 2010-cu il sentyabrın 1-də dünyanın ən hündür bayrağının ucaldığı Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidentinin üçrəngli bayrağımız barədə fəxrlə dediyi sözlər hamımızın yaddaşına həkk olunub. O xüsusilə deyib: “Bizim bayrağımız qürur mənbəyimiz, canımız, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Fuad Ələsgərov deyib ki, artıq 28 ildir üçrəngli bayrağımız enmədən başımız üzərində dalğalanır. Ümummilli liderimizin dəfələrlə dediyi kimi, Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Qürur hissi ilə deyə bilərik ki, bu gün bu bayraq adi dövlətin deyil, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlər vermiş, dünyaya özünü tanıda bilmiş, güclü iqtisadiyyat qurmuş, regionda aparıcı qüvvəyə çevrilmiş dövlətin bayrağıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı görsəydilər, fəxr edərdilər. Bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı, əlbəttə ki, ilk növbədə, müasir dövlətimizin qurucusu olan Ulu öndər Heydər Əliyevə borcludur. Öz ömrünü Azərbaycan dövləti və xalqının inkişafına həsr etmiş bu dahi insanın Azərbaycan tarixində rolu əvəzsizdir. Heydər Əliyev şəxsiyyəti bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir. 1969-cu ildə Ümummilli lider Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqında ən geridə qalmış respublikalardan biri kimi tanınırdı. Lakin onun 13 illik rəhbərliyi dövründə Azərbaycan Sovet İttifaqının ən inkişaf etmiş və qabaqcıl respublikalarından birinə çevrildi. 1993-cü ildə isə Ulu öndərin qarşısında daha çətin vəzifələr dururdu. Azərbaycan demək olar ki, öz müstəqilliyini itirmək ərəfəsində idi. Ölkə parçalanırdı, idarəolunmaz vəziyyət yaranmışdı. İqtisadiyyat tənəzzülə uğramışdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu öndərə üz tutdu və onu ölkəyə rəhbərlik etməyə çağırdı. Bu, müasir tariximizin həlledici dönüş nöqtəsi oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi on il ərzində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib. Azərbaycanda siyasi sabitlik təmin edilib, dövlət quruculuğu prosesi uğurla aparılıb, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilib. Köklü siyasi islahatlarla yanaşı, iqtisadi-sosial sahədə böyük layihələr həyata keçirilib, ölkəyə irihəcmli investisiyalar cəlb edilib. Bu gün Ulu öndərin siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin qoyduğu təməllər üzərində güclü dövlət qurulub. Azərbaycanda siyasi sabitlik hökm sürür, iqtisadiyyat inkişaf edir və müstəqil xarici siyasət aparılır. Üçrəngli bayrağımız BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların üzərində dalğalanır.
Diqqətə çatdırılıb ki, müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır. Hazırda Azərbaycan Ordusu müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli bir ordudur. Bu ordu öz gücünü 2016-cı ilin Aprel döyüşlərində göstərdi və üçrəngli bayrağımızı düşməndən azad edilmiş torpaqlarda ucaltdı. Əminik ki, çox yaxın zamanlarda, Azərbaycanın dahi dramaturqu və şairi Cəfər Cabbarlının sözləri ilə desək, “yaşıl donlu, mavi gözlü, al yanaqlı” bayrağımız Şuşada, bütün Qarabağda dalğalanacaq.
Prezidentin köməkçisi Azərbaycanın dövlət bayrağına həsr edilmiş bu gözəl layihənin ərsəyə gəlməsində xidməti olmuş “ASAN xidmət”ə, “ASAN könüllüləri”nə, ASAN Radioya, klipin bütün yaradıcı heyətinə təşəkkür edib. Bildirib ki, bu əsər Azərbaycan xalqının üçrəngli bayrağına bir əsrlik sadiqliyini, bağlılığını və hörmətini nümayiş etdirir.
Sonra mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıb. Bu günlərdə dünya azərbaycanlılarının Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini geniş şəkildə qeyd etdiyini söyləyən nazir Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O deyib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Vətəninə və xalqına əvəzsiz xidmətləri ilə əbədilik qazanmış Ümummilli lideri - Heydər Əliyevi var. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. Ümummilli lider Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər heç vaxt unudulmayacaq. Ulu öndər dövlət rəmzlərini, xüsusən, dövlət bayrağını həmişə diqqət mərkəzində saxlayıb. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu. Bu gün Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət, irəli sürdüyü hər bir təşəbbüs ölkəmizi daha da inkişaf etdirir, daha parlaq gələcəyə aparır.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 2018-ci il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngindir. Prezident seçkiləri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin, ordumuzun, parlamentimizin 100 illik yubileyləri bu mühüm tədbirlərdəndir. Azərbaycan son 100 ildə çox çətin tarixi proseslərdən keçərək hazırda öz tarixinin ən şanlı səhifələrini yaşayır. Ümummilli liderimizin uzaqgörənliyi, müdrikliyi və əzmkarlığı nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz olub. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycanın müstəqil olmasına yönəlmişdi. Onun hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etməsi, sonradan SSRİ-nin əsas rəhbərlərindən olaraq gördüyü işlər müstəqil dövlətimizin qurulması üçün əsaslar yaratmışdı. O zaman aparılmış ciddi iqtisadi islahatlar, kadr islahatları, ən əsası gənclərimizin təhsil almaq üçün xaricə göndərilməsi xüsusilə qeyd edilməlidir. Ulu öndər Heydər Əliyev gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məsələsini daim diqqətdə saxlayırdı. Onun yalnız dahilərə məxsus diqqəti, yaddaşı, təfəkkürü, hadisələri və faktları təhlil etmək bacarığı hamımız üçün böyük bir məktəbdir. Çox xoşbəxtik ki, Ümummilli liderin siyasəti bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan dünyada hörmətlə və ehtiramla qarşılanan dövlətlərdəndir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Ulu öndərimizin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi önəmli hadisələrdir. Bu gün Ulu öndəri və Azərbaycan Xalq Cümhuriyyətini birləşdirən bir çox məqamlar var. Bu məqamlardan ən əsası isə üçrəngli Azərbaycan bayrağıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ilk dəfə üçrəngli bayrağımız təsis olundu, lakin cəmi 23 ay müddətində yaşaya bildi. Amma Ulu öndər Heydər Əliyev əsrin sonunda həmin üçrəngli bayrağı bir daha enməmək şərti ilə ucaltdı. Ona görə də bu bayraq əslində Ulu öndər və Cümhuriyyət kimi tarixi hadisələri birləşdirən rəmzi bir nüansdır.
Sonra “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip təqdim edilib.
Əməkdar Artist Tünzalə Ağayeva kliplə bağlı təəssüratlarını bölüşüb. O deyib: “Biz xoşbəxt xalqıq ki, müstəqilliyimizin 100 yaşını qeyd edirik. Bu gün biz həm də Ulu öndərimizin 95 illiyini qeyd edirik. Ümummilli liderimizin əziz xatirəsi həmişə qəlbimizdədir və onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri bizə ruh verir”.
Klipin rejissoru Ülviyyə Könül belə mühüm bir layihədə iştirak etməkdən qürur duyduğunu söyləyib.
Tədbir konsert proqramı ilə davam edib.

 
  • Oxunub:  6270  |  
  • Tarix:  11-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA