A+   Yenilə  A-
Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgiləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verib.
Bildirilib ki, ötən illə müqayisədə bu il “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım nümayiş etdirib. Sərgilərə dünyanın 34 ölkəsindən 402 şirkət qatılıb və bu şirkətlərin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribütorlar təşkil edir. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplar ilə iştirakı sərginin vizit kartına çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 12 milli və regional qrup iştirak edir.
Prezident İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun stendi ilə tanış olub. Diqqətə çatdırılıb ki, 1991-ci ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan şirkət qida sektorunda əhəmiyyətli paya malikdir. Şirkətin zavodlarında geniş ixracat şəbəkəsi mövcuddur. Ölkə iqtisadiyyatına xeyli sərmayə qoyan “Azərsun Holdinq” bu müddət ərzində istehlakçıların rəğbətini qazana bilib.
“Grow Group Azərbaycan” şirkətinin stendi ilə tanışlıq zamanı məlumat verilib ki, istixanaların satışı və quraşdırılması sahəsində ixtisaslaşan şirkətin məhsulları ən son standartlara cavab verməklə yanaşı, tam avtomatlaşdırılmış müasir plastik və şüşə istixana komplekslərinin hazırlanmasını əhatə edir. “Grow Group Azərbaycan” 2009-cu ildən başlayaraq beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində dünyanın 80-dən çox ölkəsində müasir standartlara cavab verən məhsulları ilə diqqəti cəlb edir.
Sərgidə iştirak edən digər şirkət - “Grand Motors” MMC Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürüb və fəaliyyətini bu istiqamətdə qurub. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bu istehsalçılardan biri də “Nyu Holland”dır. “Nyu Holland” müştərilərə məhsuldarlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsini vəd edir.
“Maschio Gaspardo” şirkəti torpaq və quruntun işlənilməsi, əkin aqreqatları, ot biçini və yığımı, gübrələrin verilməsi üçün nəzərdə tutulan kənd təsərrüfatı avadanlıqlarının istehsalı üzrə liderdir. Şirkət 10 iri istehsal mərkəzindən ibarətdir və dünyada bir sıra kommersiya filialları ilə təmsil olunur.
150 illik tarixə malik “Göygöl şərab zavodu” ASC Azərbaycanın ən qədim şərab emalı müəssisəsidir. 1860-cı ildə yaradılan müəssisənin 507 hektarlıq üzüm təsərrüfatı var. Zavodda istehsal olunan şərab xüsusi materialdan hazırlanan çənlərdə standartlara uyğun saxlanılır. Şirkət müxtəlif növ spirtli və alkoqolsuz sərinləşdirici içkilər istehsalı ilə bazarda önəmli yer tutur.
Sərgidə xüsusi pavilyonla təmsil olunan Gürcüstan bu beynəlxalq tədbirə öz kənd təsərrüfatı məhsullarını təşviq etmək və onların beynəlxalq miqyasda tanıdılması baxımından böyük əhəmiyyət verir. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bu sərgidə ilk dəfə 2015-ci ildə iştirak edib və “Ən yaxşı ölkə təqdimatı” sertifikatına layiq görülüb. Builki sərgidə Gürcüstanı 10-a yaxın şirkət təmsil edir.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ildə fəaliyyətə başlayıb. Ölkəmizdə narçılığın inkişaf etdirilməsini, narın xarici bazarlara çıxarılmasını və ixrac miqyasının yeni bazarlar hesabına genişləndirilməsini qarşıya məqsəd qoyan assosiasiya hazırda “Made in Azerbaijan” brendi ilə məhsul istehsalını təşviq edir.
İtaliyanın “Antonio Carraro” şirkəti istehsal etdiyi kənd təsərrüfatı texnikasının satışının dünya bazarında stimullaşdırılması ilə bağlı tədbirlər görür. Bakıda keçirilən builki sərgiyə şirkətin göstərdiyi maraq da məhz bundan qaynaqlanır.
Yerli şirkətlərdən olan “Gilan Pivot” MMC-nin fəaliyyəti də maraq doğurur. Neftçala Sənaye Məhəlləsinin ərazisində yerləşən MMC-də investisiya dəyəri 1 milyon manat olan istehsal sahəsi yaradılıb. Bu müəssisədə ildə 400 ədəd suvarma sistemi istehsal edilə bilər. Bu isə 20 min hektar əkin sahəsinin suvarılması deməkdir.
Rusiyanın “Rostselmaş” şirkəti də builki sərgidə fəal iştirak edir. Eyni ad altında avadanlıq istehsal edən 13 müəssisədən ibarət olan şirkətin məhsul xəttinə 24 növ texnika və 150-dən çox model və modifikasiya daxildir.
Sərginin fəal iştirakçıları sırasında olan “Fruit Life” şirkəti Avropa İttifaqı və Yunanıstanın köməyi ilə maliyyələşdirilən kampaniyadır və Aİ standartlarına uyğun məhsulların bazara çıxarılmasını təmin edir.
Belarus Respublikası da bu sərgidə bir neçə şirkətlə təmsil olunur. “Belin-ter-ekspo” bu ölkənin milli ekspozisiya və pavilyonlarının rəsmi operatorudur. Sərgidə Belarusun kənd təsərrüfatı və qida sənayesində ixtisaslaşmış şirkətləri öz məhsullarını təqdim edir. Bura Azərbaycanda da fəaliyyət göstərən “Belaruski” ticarət şəbəkəsinin, Belarusun ən iri özəl baytarlıq preparatları hazırlayan şirkətlərindən olan “Beleko-texnika”nı daxil etmək olar.
Sərgidə Yunanıstan ayrıca stendlə təmsil olunur.
Altay diyarı Rusiyada ekoloji təmiz qida məhsullarının ən böyük istehsalçısıdır. Sərgidə ayrıca stendi olan bu diyarın məhsulları ixrac üçün nəzərdə tutulub və bütün beynəlxalq tələblərə uyğundur.
2016-cı ildən fəaliyyətə başlayan “Balxurma” müəssisəsi quru və yarım-quru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunan, nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir standartlara cavab verən müəssisədir.
Avropa bazarında kifayət qədər tanınan Latviya Mərkəzi Südçülər Assosiasiyasının “Milk-river” kampaniyasının məqsədi Aİ ölkələrində istehsal olunan süd məhsullarının rəqabətqabiliyyətliliyinin təşviqi və ABŞ, Birləşmiş Ərəb Əmirliyi, İsrail, Azərbaycan və Çin kimi ölkələrdə bazar payının artırılmasıdır.
İtaliya builki sərgidə bir çox şirkətlə təmsil olunur. Dünyada kənd təsərrüfatı sahəsində məşhur olan İtaliya şirkətləri sərgidə öz kənd təsərrüfatı texnikalarını və məhsullarını təqdim edirlər. Bu ölkənin stendində qida məhsullarının emalı, soyuducu, yuyucu, təmizləyici avandanlıq istehsalı üzrə ixtisaslaşan italyan şirkətləri barədə də geniş məlumat almaq mümkündür.
Türkiyə həmişəki kimi, sərgidə daha çox şirkətlə təmsil olunan ölkələrdən biridir. Qardaş ölkə builki sərgiyə kənd təsərrüfatının və qida sənayesinin bir çox spektrlərini əhatə edən şirkətlərin məhsullarını çıxarıb. Plastik qablaşdırma sahəsində ixtisaslaşan Türkiyənin “Polipa” şirkətinin məhsulları sərgidə xeyli maraq doğurub. “Tekno-Ser” şirkəti isə irriqasiya və istixana komplekslərinin geniş çeşidini təqdim edir.
Sərginin “Holland pavilyonu”nda Niderland Krallığının kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən bir neçə şirkəti təmsil olunur. Onlar öz məhsullarını sərgi ziyarətçilərinə təqdim edirlər.
“ASAN xidmət”in nəzdində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə yaradılıb. Ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək olan ABAD mərkəzlərinin yaradılması istiqamətində görülən işlər artıq öz bəhrəsini verib. Ailə biznesini dəstəkləyən bu mərkəzlər istehsal olunan məhsulların ölkədə və xaricdə satışını həyata keçirməyə xidmət edir.
Fəaliyyət göstərdiyi sahədə vahid dövlət siyasətinin hazırlanmasını və reallaşdırılmasını təmin edən Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını və digər funksiyaları həyata keçirir. Əsas diqqət genetik seleksiyaya məruz qalmış məhsulların istehlakdan kənarlaşdırılmasıdır.
Yerli “AMORİS” Məhdud Məsuliyyətli Cəmiyyəti meyvə və tərəvəz məhsullarının yetişdirilməsi sahəsində ixtisaslaşıb. Çoxillik təcrübəyə malik olan şirkət yeni bitki növlərinin yetişdirilməsi və “BİS” markası altında müştərilərə çatdırılmasını qarşıya hədəf qoyub.
Litvanın “Svalya” şirkəti Baltikyanı regionda aparıcı mövqe tutur. Avropa İttifaqı və MDB məkanında böyük nüfuz qazanan şirkət süd və süd məhsullarının geniş çeşidinin istehsalı ilə məşğuldur.
Kənd təsərrüfatı texnikalarının ekspozisiyası həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də sərgi kompleksinin açıq platformasında yerləşir.
Sərgidə ölkəmizin kənd təsərrüfatının əsas istiqamətlərindən biri olan heyvandarlıq sahəsindəki nailiyyətləri də nümayiş olunur. “Gilan Kənd Təsərrüfatı” şirkətinin fəaliyyəti və şirkətin müəssisələrində yetişdirilən heyvan cinsləri məhsuldarlığı ilə diqqəti cəlb edir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin məqsədi kənd təsərrüfatı məhsulu istehsalçılarının maddi-texniki bazasını yaratmaq, sahibkarları lizinq yolu ilə texnika, mineral gübrə, damazlıq heyvanlar, texnoloji avadanlıq, suvarma sistemi ilə təmin etmək, məhsul istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə güzəştli qiymətlərlə aqroservis xidmətlərini göstərməkdir.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi müxtəlif modifikasiyalı Belarus traktorları, MAZ və KAMAZ yük avtomobilləri, avtomobil kranları, müxtəlif təyinatlı qoşqular, ekskavatorlar, xüsusi traktorlar və digər məhsulları ilə Azərbaycan və xarici bazarda böyük nüfuz qazanıb.
İtaliyanın “Landini” şirkəti də kənd təsərrüfatı traktorlarının geniş çeşidini təqdim edir. Müəssisənin Almaniya, Fransa, Cənubi Afrika, Kanada və ABŞ-da filialları fəaliyyət göstərir.
Prezident İlham Əliyev adları yuxarıda qeyd olunan şirkətlərin və ölkələrin stendləri ilə tanış olub.
Beləliklə, “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri üçün növbəti görüş yerinə çevrilib.
Hər iki sərgi keçirildiyi illər ərzində özünü qida sənayesi üzrə avadanlığın, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olub.
Sərgilər mayın 18-dək davam edəcək.

 
  • Oxunub:  9870  |  
  • Tarix:  17-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA