A+   Yenilə  A-
Ulu öndərin 95 illik yubileyi: tarixlə müasirliyin işığında

Heydər Əliyev müasir Azərbaycan tarixinin əvəzolunmaz şəxsiyyətidir. Ulu öndərin 95 illik yubileyi bütün xalq üçün böyük əhəmiyyət daşıyan hadisədir. Heydər Əliyev elə bir dövlət xadimi və siyasətçidir ki, daim fəaliyyəti öyrəniləcək və müstəqil dövlət quruculuğu prosesində Ümummilli liderin zəngin təcrübəsindən bəhrələniləcək. Ulu öndərin həyat fəaliyyətinin, siyasi kursunun, diplomatik peşəkarlığının, müstəqil və demokratik dövlət quruculuğunun incəliklərini hələ çox tədqiq etməliyik. Azərbaycan dövlətinin və xalqının bu gün əldə etdiyi nailiyyətlər işığında da Ulu öndərin irsinin nə dərəcədə əhəmiyyətli olduğu bir daha aydın olur. Çünki dövlət quruculuğunun bütün istiqamətləri üzrə əldə edilən nailiyyətlərdə Heydər Əliyevin birbaşa imzası vardır. Məhz Onun ideyalarının həyata keçməsi sayəsində Azərbaycan müstəqillik yolunda inamla addımlamaqdadır. Bu bağlılıqda bir daha Heydər Əliyevin fəaliyyətinin bir sıra məqamlarına yenidən təhlili nəzər salmaq zərurəti mövcuddur.
“Müstəqil Azərbaycan” ideyasının banisi: tarix və müasirliyin kəsişməsində
Tarixin gözəl sürprizidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü eyni ayda - may ayında qeyd olunur. AXC Şərqdə ilk demokratik dövlət olub. Bu, Azərbaycanda müstəqil dövlət quruculuğu ideyasının keçən əsrin əvvəllərində artıq praktiki məzmun kəsb etməyə başlamasını da təsdiq edir. Azərbaycanın siyasi xadimləri, ideoloqları və mütəfəkkirləri müsəlman Şərqində daha aktiv fəaliyyətləri ilə demokratik respublikanın ideya-siyasi, ideoloji konseptini ərsəyə gətirdilər. Təbii ki, Azərbaycanda qədim dövlətçilik ənənəsinin və fəlsəfi, siyasi və hüquqi konsepsiyaların mövcudluğu burada başlıca rol oynamışdı. Bununla yanaşı, konkret tarixi şərait də öz təsirini göstərməyə bilməzdi. Hər bir halda, məhz Azərbaycan müsəlman Şərqində demokratik respublikanın yarandığı ilk məmləkət oldu.
Lakin proseslərin gedişi göstərdi ki, müstəqillik ideyasını nəzəri formalaşdırmaqla yanaşı, onu qorumaq və milli dövləti praktiki olaraq saxlamaq daha fərqli yanaşma tələb edir. Liderlərdən siyasi peşəkarlıqla yanaşı, diplomatik ustalıq və mövcud geosiyasi situasiyanı dolğun şəkildə dərk etmək tələb olunur. Təcrübə göstərdi ki, AXC-ni qoruyub saxlamaq üçün nəzəri və praktiki imkanlar kifayət deyilmiş. Düşmən daha hiyləgər və uzaqgörən çıxdı.
Ancaq məhz həmin illərdə tale Azərbaycan xalqı üçün başqa bir imkan yaradırmış. Heydər Əliyevin taleyinə yeni mərhələdə müstəqil Azərbaycan ideyasını formalaşdırmaq və onu praktiki olaraq həyata keçirmək missiyası yazılırmış. Keçən əsrin 90-cı illərinin əvvəllərində tarixi şərait Heydər Əliyevə həmin müqəddəs ideyanı həyata keçirməyə imkan yaratdı.
Bəli, hələ sovet dönəmində Ulu öndər müstəqil Azərbaycan qurmaq üçün mümkün olan addımları atırdı. Heydər Əliyev xalqın mənəvi-əxlaqi keyfiyyətlərini qoruyub inkişaf etdirməklə yanaşı, gələcək müstəqil dövləti idarə edə biləcək kadrlar da yetişdirir, onların azərbaycanlılaşdırılması prosesini ustalıqla aparırdı. Bunun bəhrəsini Azərbaycan xalqı 1993-cü ilin iyunundan əyani olaraq görməyə başladı. Həmin tarixdən müstəqil Azərbaycan ideyası artıq konkret reallaşma mərhələsinə qədəm qoydu.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan ideyasının bütün aspektlərini incəliklərinə qədər işləyib hazırlaya bildi. Burada siyasi, iqtisadi, energetik, geosiyasi, ideoloji, diplomatik və praktiki aspektlər harmoniya şəklində yer aldı. Onlar bütöv halında elə bir sistem formalaşdırıb ki, müstəqil dövlət quruculuğunu istənilən dinamik situasiyada uğurla aparmaq mümkündür. Burada, təbii ki, çoxlu sayda şərtləri nəzərə almaq gərəkdir. Ancaq Prezident İlham Əliyev bu prosesi böyük ustalıqla inkişaf etdirir və buna görədir ki, Ulu öndərin müstəqil Azərbaycan ideyası davamlı olaraq həyata keçirilir.
Heydər Əliyevin müstəqil Azərbaycan ideyasında geosiyasi reallığın nəzərə alınması mühüm yer tutur. Məhz bu faktorun sayəsində keçən əsrin 90-cı illərindən bu yana Azərbaycanın müstəqilliyini qorumaq və dövlətin suverenliyini təmin etmək mümkün olub. Geosiyasi reallıq o dərəcədə böyük əhəmiyyət kəsb edir ki, onu inkar etmək birbaşa dövlətçiliyi məhvə aparardı. Əslində, Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gələnə qədər səriştəsiz siyasi liderlər ilk növbədə məhz həmin faktoru nəzərə almadıqlarına görə Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdular. Proseslər, ümumiyyətlə, ölkənin var olub-olmaması məsələsinə aparıb çıxarırdı. Belə bir vəziyyətdə siyasi liderin üzərinə ikiqat ağır vəzifə düşürdü. Onun öhdəsindən Heydər Əliyev böyük ustalıqla gəldi.
Mürəkkəb geosiyasi vəziyyətdə, təbii ki, xarici siyasətin düzgün qurulması və həyata keçirilməsi çox önəmlidir. Təcrübə göstərdi ki, bir çoxları üçün dərk edilməsi belə çətin olan xarici siyasət kursunu formalaşdırmaq zəruri imiş. Heydər Əliyev o zaman balanslaşmış xarici siyasət kursunu formalaşdırdı və inamla reallaşdırmağa başladı. Hamı bilir ki, 1994-1995-ci illərdə Azərbaycanın müstəqil siyasət yeritməsinin və dövlət quruculuğunun qarşısının alınması üçün sui-qəsdlər təşkil edildi, dövlət çevrilişlərinə cəhdlər göstərildi. Əminliklə demək olar ki, bu hadisələr Heydər Əliyevin müstəqil Azərbaycan ideyasının ən çətin sınaq mərhələsi idi. Bu sınaqdan ideya və onun sahibi uğurla çıxdı. Müstəqil Azərbaycan dövləti qorunub saxlandı və inkişaf etdirildi.
Həmin mərhələdə xarici siyasətin prioritetləri müəyyənləşdirildi və həyata keçirilməyə başlandı. Azərbaycan regionun böyük dövlətləri olan Rusiya, Türkiyə və İranla praqmatik və qarşılıqlı faydalı münasibətlər qura bildi. Sirr deyil ki, bu dövlətlərlə dil tapmaq asan deyildi - hər birinin öz iddiası vardı. Lakin Ulu öndərin müstəqil Azərbaycan ideyasında başqasına tabe olmaq anlayışı, yaxud prinsipi yox idi. Bu səbəbdən gec və ya tez regionun böyük dövlətləri məhz Heydər Əliyevin müstəqil Azərbaycan ideyasına uyğun münasibətlər formalaşdırmağa razı oldular. Bunu xarici siyasətin ən böyük uğurlarından biri, balanslaşmış xarici siyasət kursunun parlaq qələbəsi kimi xarakterizə etmək olar.
Xarici siyasətdə Qərb istiqamətində qazanılan uğurlar da məlumdur. ABŞ və Avropanın böyük dövlətləri ilə əlaqələrin qarşılıqlı faydalı və bərabərhüquqluluq prinsipinə əsasən qurulmasına nail olundu. Burada da nə qədər çox çətinliklərin qarşıya çıxarıldığı məlumdur. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan diplomatiyası mürəkkəb və ziddiyyətli məqamların dünya ictimaiyyətinə çatdırılmasında böyük fədakarlıq göstərdi. Ulu öndər bütün mötəbər görüşlərdə dəqiqlik və əhatəliliklə məsələnin mahiyyətini izah edir və insanlara problemin ədalətli həllinin nədən ibarət olduğunu anladırdı. Bu fəaliyyət xarici siyasətdə Qərb dünyası ilə müstəqil dövlət kimi səmərəli əməkdaşlıq qurmağa və münaqişə ilə bağlı obyektiv təsəvvür formalaşdırmağa böyük təkan verdi. Məhz Ulu öndərin birbaşa siyasi-diplomatik fəallığı beynəlxalq təşkilatların sənədlərində Ermənistanın Azərbaycana təcavüzünün əsl mahiyyətinin və işğalçı dövlətin real niyyətlərinin əks olunmasına imkan yaratdı.
Bu bağlılıqda Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin xüsusi yer tutmasını çox uğurlu bir addım hesab etmək gərəkdir. Bu, xarici siyasətdə dövlətçilik baxımından çox mühüm olan bir məsələni ədalətli həll etmək imkanını yaratmaq demək idi.
Ulu öndər Heydər Əliyev Çin istiqamətində də çox səmərəli siyasət həyata keçirdi. Ulu öndər postsovet məkanında ilk lider idi ki, bu ölkənin dünya siyasətində önəmini və geosiyasi aktuallığını öncədən gördü və bunu ciddi surətdə nəzərə aldı. Heydər Əliyevin Çinə olan səfəri iki ölkə arasında perspektivli əlaqələrin inkişaf etməsinə zəmin yaratdı. Üstəlik, “Yeni İpək Yolu” layihəsində Azərbaycanın əsas iştirakçı dövlətlərdən biri olması üçün lazım olan şərtləri formalaşdırdı. İndi ölkəmiz Çinlə geniş və bərabərhüquqlu əlaqələr şəbəkəsi yaratmağa nail olub.
Biz Heydər Əliyevin xarici siyasət kursundan bəhs edərkən mütləq enerji layihələri və nəqliyyat dəhlizləri məsələsini də vurğulamalıyıq. Bu məsələlər bütövlükdə müstəqil dövlətin milli təhlükəsizliyinin mühüm elementləri sırasına daxildir. Heç şübhə yoxdur ki, Heydər Əliyev bu istiqamətlərdə düzgün siyasi kurs seçdiyinə görə hazırda böyük uğurlar əldə edilir. Məhz bu kimi uğurların məntiqi nəticəsidir ki, dünyanın ən qüdrətli dövlətinin başçısı Donald Tramp Azərbaycan Prezidentinə ünvanladığı məktubunda açıq ifadə edib ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Dünyanın digər böyük dövlətlərinin rəhbərləri də eyni arzu və istəklərini dilə gətiriblər.
Bütün bunlar onu deməyə əsas verir ki, keçən əsrin 90-cı illərindən Ulu öndər Heydər Əliyevin reallaşdırmağa başladığı müstəqil Azərbaycan ideyasından çox ağır şərtlər altında belə imtina edilmədi. Əksinə, ötən 15 il ərzində Prezident İlham Əliyev Ulu öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını daha da möhkəmləndirdi. Və Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Kütləvi informasiya vasitələri məsələnin bu aspekti ilə bağlı geniş məqalələr dərc etdiyindən, onun üzərində dayanmağa ehtiyac görmürük. Ancaq həmin bağlılıqda güclü iqtisadiyyat və güclü dövlət ideyası kontekstində əhəmiyyətli məqamları vurğulamaq zəruridir.
Güclü iqtisadiyyat, güclü dövlət və müasirlik: yeni inkişaf pilləsi
Bəli, Ulu öndər Heydər Əliyevin siyasi lider və dövlət xadimi kimi tarixi xidmətlərini daha aydın təsəvvür etmək üçün Prezident İlham Əliyevin həyata keçirdiyi proqramların əhəmiyyətini dərk etmək çox vacibdir. Statistik məlumatlara görə, 2003-2017-ci illərdə Ümumi Daxili Məhsul 3,2 dəfə artıb. Sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı isə 1,7 dəfə çoxalıb. Bu zaman əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə artıb.
2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,3 milyard manat idi. Bu rəqəm 2018-ci ildə 20 milyard manata çatıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 44 milyard manat olub. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda adambaşına düşən gəlir 7,2 dəfə artıb. Orta aylıq əməkhaqqı 6,8 dəfə çoxalıb. Əhalinin banklardakı əmanətləri isə 30 dəfə artıb.
Cari illə əlaqədar isə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasdakı dərin məzmunlu nitqində Prezident İlham Əliyev ifadə edib: “...Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir”.
Bütövlükdə son 15 ildə Azərbaycan iqtisadiyyatının bütün sferaları üzrə ciddi və əhəmiyyətli irəliləyişlər özünü göstərib. Bunların sırasında, əlbəttə, enerji layihələrini ayrıca vurğulamaq gərəkdir. Ulu öndərin əsasını qoyduğu neft strategiyası sürətlə dəyişən geosiyasi şəraitin irəli sürdüyü tələblər çərçivəsində yeni çalarlar kəsb edib və hazırda bütün dünyada uğurlu hadisələrdən biri kimi qəbul edilir. Mütəxəssislər TAP, TANAP, “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa və s. layihələrin qlobal səviyyədə oynadığı rolu daim vurğulayırlar.
Son illər Azərbaycanın “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin əsas punktu kimi geosiyasi rolu ilə əlaqədar maraqlı araşdırmalar işıq üzü görür. Bunlara “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi də əlavə olunub. Özü də həmin proseslər bütün dünyanın iqtisadi və maliyyə böhranı ilə gərgin mübarizə apardığı dövrdə gedir. Bu o deməkdir ki, Azərbaycanda vurğulanan istiqamətlərdə siyasətin təməli çox düzgün qoyulub və Prezident İlham Əliyev böyük ustalıqla onu inkişaf etdirir. Deməli, faktiki olaraq dövlət başçısı respublikamızın postneft dövrünə uyğunlaşdırılması və böhranın milli iqtisadiyyata şok təsirlərinin aradan qaldırılması istiqamətlərində ardıcıl və səmərəli siyasət yeritməklə ölkənin sürətli inkişafını təmin etməkdədir. Bu bağlılıqda sahibkarların hərtərəfli dəstəklənməsi sayəsində qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramları ayrıca vurğulamaq lazımdır.
Sözsüz ki, Azərbaycanın sosial, iqtisadi və energetika sahələrində əldə etdiyi nailiyyətlər haqqında daha geniş faktlar gətirmək çətin deyil. Birincisi, bütün bu inkişafın təməlində Ulu öndər Heydər Əliyevin formalaşdırdığı səmərəli daxili və xarici siyasət kursunun dayandığını unutmamalıyıq. İkincisi, İlham Əliyev Ulu öndərin siyasi varisi olaraq bütün istiqamətlərdə müstəqil dövlət quruculuğu prosesini aparmaqdadır. Bu, sosial, siyasi, humanitar, ideoloji, mədəni, hərbi və digər sferalarda özünü göstərir. Bu bağlılıqda güclü iqtisadiyyata dayanan güclü dövlət quruculuğunda güclü cəmiyyətin oynadığı rola ayrıca diqqət yetirmək lazımdır. Güclü cəmiyyətlə güclü dövləti harmoniya halına gətirən faktor isə idarəetmə üsuludur.
Son illərdə Azərbaycanda Heydər Əliyevin idarəçilik kursu daha sürətlə təkmilləşdirilir. Onun iki əlaməti üzərində bir qədər geniş dayana bilərik. Əvvəla, 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq referendumu ilə Azərbaycanda vitse-prezidentlik institutunun tətbiqi prosesi başladı. Bu, prezident üsul-idarəsinin yeni şərtlərə uyğun olaraq daha da təkmilləşdirilməsi istiqamətində atılan vacib addım idi.
Onu da vurğulayaq ki, başqa postsovet respublikalarından fərqli olaraq, Azərbaycan vitse-prezidentlik institutunun tətbiqi zamanını çox uğurlu seçdi. Bunun kökündə məhz Heydər Əliyevin yaratdığı dövlət idarəçiliyi fəlsəfəsi və kursu dayanır. Məsələ ondan ibarətdir ki, bir sıra postsovet ölkələrində vitse-prezidentliyi tətbiq etməyə cəhdlər oldu, ancaq elə bir uğur qazanılmadı. Rusiyada hətta ciddi daxili ziddiyyətlər də ortaya çıxdı. Azərbaycanda isə bu institut idarəetmə sisteminə elə daxil edildi ki, dərhal öz müsbət nəticəsini verdi və bu proses davam edir. Həmin çərçivədə ölkənin Birinci vitse-prezidentliyinə Mehriban xanım Əliyevanın təyin edilməsi çox uğurlu kadr seçimi idi. Bunun çoxlu səbəbləri vardır. Onların sırasında Mehriban xanımın uzun illərdir ki, səmərəli fəaliyyət göstərməsi və idarəçilik sistemində kifayət qədər təcrübə qazanması, əlbəttə, ayrıca yer tutur. Bununla yanaşı, Mehriban xanımın beynəlxalq aləmdə çox humanist, sülhsevər və müasir düşüncəli siyasi xadim imici vardır. Bu iki cəhətin sintezi Azərbaycanın Birinci vitse-prezidentinin uğurlu seçim olması nəticəsini çıxarmağa tam əsas verir.
İkincisi, 2018-ci ilin 11 aprel seçkiləri Azərbaycanda siyasi liberallaşma və modernləşmə proseslərinin uğurla aparıldığı və onun yeni səviyyəyə yüksəldiyini bir daha təsdiq etdi. Bu, bir tərəfdən ölkədə siyasi mübarizə mədəniyyətinin xeyli artdığının göstəricisi, digər tərəfdən isə səmərəli, şəffaf və hesabatlılığa əsaslanan dövlət idarəçilik sisteminin yeni mərhələyə yüksəlməsi əlamətidir. Mütəxəssislər vurğulayırlar ki, bu proses bütövlükdə cəmiyyətə, o cümlədən iqtidar komandasına yeni ruh və müasirlik çalarları gətirib. Bu bağlılıqda ayrıca vurğulamalıyıq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və kadr islahatları ümumilikdə sistem islahatlarının yeni mərhələyə yüksəldilməsi istiqamətində daha geniş imkanlar açıb.
Bütün vurğulanan məqamlardan bir sıra vacib nəticələr çıxarmaq olar. Hər şeydən əvvəl onu qeyd edək ki, Ulu öndər Heydər Əliyev dərin strateji düşüncəli tarixi şəxsiyyət olub. Onun əsasını qoyduğu müstəqil dövlət quruculuğu kursu heç zaman aktuallığını itirməyəcək. Çünki bu kursun mənbəyində müstəqil Azərbaycan ideyası dayanır. Başlıca fəaliyyət prinsiplərindən biri isə azərbaycançılıq ideologiyası ilə bağlıdır. Bu ideologiya daim cəmiyyəti bütövləşdirəcək və inkişaf etdirəcək. Təsadüfi deyil ki, artıq Azərbaycanın nümunə kimi qəbul edilən öz multikulturalizm modeli var. Eyni zamanda, azərbaycançılıq ideologiyası sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında real dialoqun yaradılmasına böyük imkanlar yaradır və ölkə rəhbərliyi bu istiqamətdə əhəmiyyətli proqramlar həyata keçirir.
Digər nəticə ondan ibarətdir ki, Azərbaycanda Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi güclü iqtisadiyyat əsasında güclü dövlət və güclü cəmiyyət quruculuğu modeli özünün səmərəliliyini tam sübut etməkdədir. XXI əsrin ilk illəri bunu təsdiq edən kifayət qədər faktlarla zəngindir. Həmin aspektdə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyətini daha dərindən dərk etmək olar. Azərbaycan müstəqillik yolunda inamla addımlayır.
Nəhayət, təcrübə sübut edir ki, Heydər Əliyev siyasi varis seçməkdə qətiyyən yanılmamışdır. Prezident İlham Əliyev bütün dünyada yüksək nüfuza sahib siyasi liderdir. İlham Əliyevin reallaşdırdığı inkişaf proqramları dövlətin daha da güclənməsinə və insan kapitalının yeni səviyyədə nəzərə alınmasına geniş imkanlar yaratmaqdadır. Şübhə yoxdur ki, bu proses bundan sonra da bütün sürəti ilə davam edəcəkdir.
Azərbaycan hazırda Cənubi Qafqazın geosiyasi mərkəzi rolunu oynayır. Mütəxəssislər ölkəni Avrasiya coğrafiyasının mühüm nəqliyyat punktu və geosiyasi faktoru kimi qiymətləndirirlər. Bu proses genişləndikcə, Ulu öndər Heydər Əliyevin müstəqil və demokratik dövlət quruculuğu prosesinin nə qədər dərin məqamları nəzərə aldığının şahidi oluruq. Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyinə daha çox inanırıq. Ulu öndərin məşhur “Azərbaycan dünyaya günəş kimi doğacaq!” tezisinin təsdiqini görürük.
Newtimes.az

 
  • Oxunub:  3150  |  
  • Tarix:  09-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24