A+   Yenilə  A-
Qafqaz Müsəlmanları İdarəsi Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans təşkil edib

Mayın 8-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, din və elm xadimlərinin, müxtəlif dini konfessiyaların təmsilçilərinin, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri konfransda müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra Ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.
Tədbirin moderatoru QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dinə və dindarlara qayğısından danışıb. Bildirilib ki, Ulu öndər ölkəmizdə yeni məscidlərin tikintisinə, köhnələrinin isə təmirinə hər zaman xüsusi diqqət yetirirdi. Dindarlar Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını hər zaman hiss edib və yüksək qiymətləndiriblər.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə göstərdiyi xidmətlər misilsizdir. Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, millətə xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması dayanır. Heydər Əliyev ölkəmizi dini, etnik separatçılıq zəminində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puça çıxararaq dövlətçiliyimizi xilas edib. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsaslarını yaradıb. “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq”, sözləri Heydər Əliyevin dünyalar qədər sevdiyi Azərbaycanın gələcək səadətinin təminində müqəddəs dinimizin oynayacağı rolu uzun illər əvvəldən düşündüyünü göstərir, Onun İslam dəyərlərinə sədaqətindən xəbər verirdi. Təsadüfi deyil ki, Ümummilli lider hakimiyyətə qayıdandan sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı - Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, “Allahın yolunda hamımız bir olaq”, dedi. Ulu öndərin ilk sərəncamlarından biri nisgilli Bibiheybət məscidinin bərpası ilə bağlı oldu. Bibiheybət məscidinin təməlinin qoyulması mərasimində Ulu öndər deyib: “Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar”.
Şeyxülislam qeyd edib ki, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Ümummilli lider illərin sınağından çıxmış adət-ənənələrimizə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında iştirak edir, onları təbrik edirdi. “Ulu öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmaları, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi. Mən əminəm ki, inşallah, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Onun bu arzusu da gerçəyə çevriləcək”, - deyə QMİ sədri qeyd edib.
Şeyxülislam bildirib ki, Heydər Əliyevin dövlətçilik məktəbi var olduqca müstəqilliyimiz və rifahımız da əbədi olacaq. O deyib: “Biz dindarlar bünövrəsi Ulu öndər tərəfindən qoyulan, Azərbaycan xalqının gələcəyi və rifahı naminə aparılan dövlət siyasətini bəyənir və dəstəkləyirik. İnşallah, Uca Yaradanın köməyi və müdrik dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara və qələbələrə imza atacaq”.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu öndər Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyev 95 il bundan əvvəl Tanrının Azərbaycan xalqına bəxş etdiyi bir lider idi. O, nəinki özünün, ailəsinin, doğulduğu elin-obanın sonrakı taleyini müəyyən etdi, eləcə də Azərbaycan xalqının bugünkü inkişafının, bugünkü taleyinin müəyyən olunmasında əvəzsiz xidmətlər göstərdi. Heydər Əliyev məhz o liderlərdən idi ki, Azərbaycan xalqının həm keçmiş, həm bugünkü, həm də gələcək taleyində önəmli nümunələr yaratdı və bu nümunələr ətrafında Azərbaycan xalqı yaşayır, fəaliyyət göstərir və cəmiyyətimiz dünyaya çoxsaylı nümunələr verir - tolerantlıq nümunəsi, ictimai-siyasi sabitlik nümunəsi, xalqlar, millətlər, dinlər arasında birgəyaşayışın sivil normalarının gözəl nümunəsi. Biz bu nümunələrlə fəxr edirik və həmişə fəxr edəcəyik. Prezident İlham Əliyevin bu gün yürütdüyü siyasət hər bir taleyüklü məsələnin həllində həmişə öz ətrafında ölkənin ziyalıları, dövlət və ictimai xadimləri ilə bərabər din xadimlərini də birləşdirən Ümummilli liderin yaratdığı monolit milli-etnik birliyin nümunəsidir.
Əli Həsənov qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün vasitələrlə Azərbaycan dövlətini xilas etdi və Onun qurtuluş missiyasını öz çiyninə götürdü. Əlbəttə, dövlətin təməlində milli birlik, ictimai-siyasi sabitlik və vətəndaşların iradəsi dayanmalıdır. Ona görə də Ümummilli lider milli birlik, vətəndaş birliyi yaratdı. Bu vətəndaş birliyini də çox zərgər dəqiqliyi ilə seçdi. Bu vətəndaş birliyinin təməlində insanların dininə, dilinə, mədəniyyətinə hörmət dayanır. O vaxta qədər Azərbaycan cəmiyyətini müxtəlif xalqlar və etnik qruplar arasında mübarizəyə sürükləyən insanlar Azərbaycanda ciddi milli-etnik qarşıdurma yaratmışdı. Heydər Əliyev bu qarşıdurmanı aradan qaldırdı və hər bir insanın dininə, etnik dəyərlərinə, mədəniyyətinə hörmətlə yanaşdı və bu əsasda milli-etnik monolitliyi yaratdı. Ümummilli lider dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı. Azərbaycanın bugünkü İslam dini modelinə və dini tolerantlığına baxın. Bizim dini modelimiz elə qurulub ki, inanclı insanlar dövlətin dünyəvi normalarına, dövlət isə inanclı insanların dini ayinlərinə müdaxilə etmir. Hər birinin öz yeri, öz çərçivəsi var. Bu qızıl ortamı Ümummilli lider müəyyən edib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşılır. Azərbaycan cəmiyyətində məzhəbçilik yoxdur, heç zaman ölkəmizdə sünni-şiə qarşıdurması olmayıb. Ona görə ki, Azərbaycanda heç kimin qəlbində belə ayrı-seçkilik yoxdur. Ümummilli liderin yaratdığı nümunə budur.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Heydər Əliyev ömrünü Azərbaycan xalqına həsr edib. Sovet dövründə Azərbaycan 15 respublika arasında ən aşağı yerlərdə idi. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra respublika çox böyük nailiyyətlər əldə etdi. Gördüyü işlər nəticəsində Heydər Əliyev SSRİ kimi hegemon dövlətin rəhbərliyində təmsil olundu. Ulu öndər bir müddət siyasətdən uzaq qaldı. Azərbaycanın Heydər Əliyevsiz qalması ölkəni böyük fəlakətlərə apardı, torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, vətəndaşlarımız məcburi köçkünə çevrildi. Naxçıvan da Qarabağ kimi işğal ediləcəkdi. Heydər Əliyevin Naxçıvana gəlməsi muxtar respublikanı işğal təhlükəsindən xilas etdi. Ulu öndər Azərbaycan xalqının tarixində əbədi bir yer qazandı. Azərbaycan Prezidenti İlham Əliyev də apardığı siyasətlə Ümummilli liderin layiqli davamçısı olduğunu sübut etdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyevin müstəqil Azərbaycan yolundakı tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu öndər müasir müstəqil Azərbaycanın təməl prinsiplərini müəyyənləşdirib. Bu təməl prinsiplərə azərbaycançılıq, mənəvi dəyərlərə sadiqlik, dövlət-vətəndaş həmrəyliyi və s. aiddir. Bu təməl prinsiplər bizim üçün əbədidir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Ulu öndər Heydər Əliyev uzaqgörən, böyük siyasi xadim idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutdu. Bu gün Azərbaycan Ümummilli liderin ideyaları, strategiyası əsasında inkişaf edir. Ümummilli lider hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ulu öndərin hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda gördüyü mühüm işlərdən, əldə olunan nailiyyətlərdən söz açıb. Qeyd edilib ki, Ümummilli lider müstəqil Azərbaycanın tarixində olduqca çətin bir vaxtda xalqın tələbi ilə yenidən rəhbərliyə qayıdıb, respublikanı tənəzzüldən, böhrandan çıxararaq müasir inkişafımızın bünövrəsini qoyub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bütün həyat və fəaliyyətini xalqımızın və respublikamızın hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə, mədəniyyətimizin və incəsənətimizin dünyada tanıdılmasına həsr edib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov vurğulayıb ki, bu gün ölkəmizdə qazanılan böyük uğurlar məhz Heydər Əliyev dühasının bəhrəsidir. Ümummilli liderin hakimiyyətinin istər sovet, istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyini bildirən rektor qeyd edib ki, Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, respublikamızın tərəqqisi yolunda böyük addımlar atıb.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, QMİ sədrinin birinci müavini, müfti Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete və başqaları dünya şöhrətli siyasi xadim, Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən, ölkəmizdəki dini icmalara diqqət və qayğısından, milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıblar.

 
  • Oxunub:  3480  |  
  • Tarix:  09-05-2018  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA