Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Pekində AZƏRTAC və Sinxua xəbər agentliklərinin rəhbərləri tərəfdaşlığın inkişafı istiqamətlərini müzakirə ediblər

Pekində AZƏRTAC və Sinxua xəbər agentliklərinin rəhbərləri tərəfdaşlığın inkişafı istiqamətlərini müzakirə ediblər

01.06.2018 [08:55]

Azərbaycanın və Çinin milli xəbər agentlikləri olan AZƏRTAC və Sinxua arasında dinamik inkişaf edən əlaqələr iyunun 1-də imzalanacaq əməkdaşlıq Sazişi ilə daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq.
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 31-də Pekində Sinxuanın baş ofisində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun bu agentliyin prezidenti Çay Mincao ilə görüşündə səslənib.
Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Aslan Aslanov dövlət rəhbərlərinin bütün sahələrdə qarşılıqlı əməkdaşlığa böyük önəm verdiklərini bildirib. “AZƏRTAC və Sinxuanı uzun illərdir sıx tərəfdaşlıq münasibətləri bağlayır və iyunun 1-də Şanxay Əməkdaşlıq Təşkilatının birinci media forumunda iki agentlik arasında imzalanacaq Saziş əlaqələrimizin daha da genişlənməsinə mühüm töhfə olacaq”, - deyə Aslan Aslanov vurğulayıb.
Məlumat verilib ki, AZƏRTAC-da Çin dilində informasiya redaksiyası fəaliyyət göstərir. Bakıda Konfutsi İnstitutu ilə birgə agentliyin jurnalistləri üçün Çin dili kursları keçirilir. İndiyədək 50-dən artıq əməkdaş bu təlimlərdə iştirak edib. Qeyd olunub ki, ötən müddətdə iki agentlik bir sıra müştərək layihələr həyata keçirib. Bakıda Sinxua ilə birgə fotosərgi təşkil olunub, Pekində AZƏRTAC-ın saytının Çin dilində versiyasının təqdimatı keçirilib.
Görüşdə hər iki agentliyin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq media qurumları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC ilə OANA-nın büro üzvü olan Sinxuanın bu təşkilat çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycanın son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bəşəriyyəti düşündürən problemlərə dair çox səmərəli müzakirələrin aparıldığı məkana çevrildiyini deyən AZƏRTAC-ın İdarə Heyətinin sədri Sinxuanın rəhbərini bu il oktyabrın 4-6-da keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün ölkəmizə səfərə dəvət edib.
AZƏRTAC ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini, iyunun 1-də imzalanacaq Sazişin əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük perspektivlər açdığını vurğulayan Sinxua agentliyinin prezidenti Çay Mincao sənədin informasiya mübadiləsi ilə yanaşı, birgə layihələrin həyata keçirilməsi üçün də yaxşı zəmin yaradacağını qeyd edib. “Əlaqələrimizin genişlənməsi üçün əlimizdən gələni edəcəyik. Biz agentliyimizin Azərbaycandakı fəaliyyətinə verdiyi dəstəyə görə sizə minnətdarıq. Sinxua OANA-dakı iştirakına böyük diqqət yetirir və AZƏRTAC-ın sədr kimi təşkilatın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir. Bu istiqamətdə AZƏRTAC-ın təşəbbüslərini bundan sonra da dəstəkləməyə hazırıq”, - deyə Çay Mincao vurğulayıb.
Görüşdə Çinin “Bir kəmər - bir yol” strategiyası çərçivəsində Azərbaycanın Çindən Avropaya doğru nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfələrdən danışılıb, bu iri layihələr haqqında məlumatların daha geniş yayılması üçün Sinxua tərəfindən yaradılan alyansa AZƏRTAC-ın qoşulması, vahid informasiya bazasından birgə istifadə haqqında səmərəli fikir mübadiləsinin davam etdirilməsi qərara alınıb. Eyni zamanda, agentlik rəhbərləri informasiya mübadiləsi, OANA-nın fəaliyyətinin yeni səviyyəyə qaldırılması, qurumun Asiya və Sakit Okean regionunun mediası qarşısında duran çağırışların həlli yollarının tapılması və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə müzakirələr aparıblar.

Paylaş:
Baxılıb: 298 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31