A+   Yenilə  A-
Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyi regional nümayəndəliklərinin təmsilçiləri ilə görüş keçirilib

Mayın 31-də Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) regional nümayəndəliklərinin təmsilçiləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva iştirak edib.
Əvvəlcə RAGB-in Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edən sənədli film nümayiş etdirilib. Filmdə qeyd olunur ki, RAGB Rusiyanın ən fəal gənclər təşkilatlarından biridir. Azərbaycanın və Rusiyanın görkəmli siyasi və ictimai xadimləri RAGB-in fəaliyyətini yüksək qiymətləndirir, təşkilatın gördüyü işlərin əhəmiyyətini vurğulayırlar.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva görüşdə çıxış edərək deyib: “Hörmətli qonaqlar və əziz dostlar.
Mən RAGB-in üzvləri ilə görüşdə sizi salamlamağa şadam. Bugünkü görüşümüzün mehriban Həştərxan torpağında keçirilməsi olduqca xoş hadisədir. Hər dəfə Həştərxana gələndə bu şəhərin əsrarəngiz energetikasını və gözəlliyini hiss edirəm. Mən Aleksandr Jilkinə görüşümüzü bu şəhərdə keçirməyə imkan yaratdığına və dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin səfirimiz Polad Bülbüloğluna təşəkkür edirəm. O, əvvəldən daim bizim bütün təşəbbüslərimizi dəstəkləyib.
Həştərxan və Bakını uzun illərin dostluq telləri bir-birinə bağlayır. Altı il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdəki Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirən “Dostluq” körpüsü açılıb. Yaxşı ki, şəhərlərimiz arasında belə körpülər çoxdur. Dörd il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş uşaq bağçasını açıblar. 2013-cü ildə Knyaz Vladimirin abidəsinin açılışı olub. Bu, çox dəyərli və gözəl abidədir. Bu layihə üzərində işləyənlərin hamısına təşəkkürümü bildirirəm.
Bildiyiniz kimi, ölkələrimiz arasında uzun illərdir dostluq və mehriban qonşuluq əlaqələri mövcuddur. Bizim ümumi tariximiz və mədəniyyətimiz var. Ən əsası isə xalqlarımız qəlbən bir-birinə yaxındırlar. Bunu heç nə ilə sarsıtmaq və dağıtmaq olmaz. Azərbaycanda rus dilinə və ədəbiyyatına, mədəniyyətinə böyük sevgi ilə yanaşılır. Sevindirici haldır ki, ölkəmizdə rus dilində təhsil tam həcmdə qorunub saxlanılıb, 300-dən çox məktəbdə tədris rus dilindədir. Bütün ali məktəblərdə tədris rus dilində aparılan fakültələr var. Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin - Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. İnşallah, gələcəkdə Rusiyanın ən yaxşı ali məktəblərindən birinin - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialı açılacaq. Bu ilin mayında Bakıda ictimai təşkilat olan Azərbaycan Rus İcmasının yaradılmasının 25 illiyi təntənəli surətdə keçirilib. Bu icma Azərbaycanda yaşayan 120 mindən çox rusu sıralarında birləşdirir. Çox xoşdur ki, gənclərimiz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində fəal iştirak edirlər. Belə bacarıqlı, enerjili gənclərimizin olması gələcəyimizin daha parlaq və işıqlı olacağını göstərir.
Ölkəmizdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Bu proqram texniki biliklərə malik gənc azərbaycanlılar nəslinə ölkənin həyatında fəal iştirak etmək imkanı açır. Gənclər proqramı çərçivəsində biznes-inkubatorların, texnoparkların açılması nəzərdə tutulub. Aydındır ki, müasir dövrümüzdə və gələcəkdə yeni texnologiyaların əhəmiyyəti çox böyükdür və buna görə də biz bu sahədə bütün təşəbbüsləri dəstəkləyirik. Əlbəttə, sağlam həyat tərzi və idmanla məşğul olmağı da unutmaq olmaz. Azərbaycanda sağlam həyat tərzinin təbliği üçün çox işlər görülür. Mənim üçün “Bizim həyət” layihəsi çərçivəsində idman meydançalarının açılışında iştirak etmək həmişə xoşdur. Bu layihə insanlara təmiz havada olmaq, ünsiyyət qurmaq, bir-biri ilə tanış olmaq imkanı yaradır. 2018-ci ildə Bakıda 41 ölkədən 19 mindən çox insanın iştirak etdiyi marafon böyük uğurla keçdi. Gələn il sizin hamınızı marafonda iştirak etməyə dəvət edirəm. Orada çox müsbət aura və energetika olur. Artıq üçüncü ildir ki, Azərbaycanda dünyanın hər yerindən qonaqların gəldiyi Formula 1 yarışları keçirilir. RAGB da bu işlərdən kənarda qalmır. Biz gənclər arasında idmanın inkişafı üçün çox işlər görürük. Artıq uzun illərdir biz Heydər Əliyev Kuboku uğrunda mini-futbol yarışları keçiririk. Biz həm də “Nə? Harada? Nə vaxt?” yarışması, müxtəlif olimpiadalar, yarışlar keçiririk. Əlbəttə, insanlar təmiz havada, hərəkətdə olarkən ünsiyyət qurduqda bir-birini daha yaxşı tanıyır, hətta iki dəqiqəyə dostlaşa da bilərlər.
Əziz dostlar, RAGB-in ilk forumunun keçirilməsindən 9 il ötüb. Bu illər ərzində biz müxtəlif sahələrdə - təhsil, elm, mədəniyyət, səhiyyə, xeyriyyəçilik sahələrində böyük işlər görmüşük. Mən sizi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu tarix mayın 28-də təntənəli surətdə qeyd olundu. Bu gün Azərbaycan öz gələcəyini 100 il əvvəl elan edilmiş demokratiya ənənələrinə və dəyərlərinə uyğun qurur. Əlbəttə, müasir gənclik burada böyük rol oynayır.
Qeyd etmək istəyirəm ki, RAGB-in fəaliyyəti hər il olduğu kimi, ötən il də çox uğurlu olub. Buna görə hamınıza təşəkkürümü bildirirəm. RAGB Soçidə keçirilən XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının Milli Hazırlıq Komitəsinin tam hüquqlu üzvü olub. 2017-ci ilin fevralında İvanovo şəhərində 4-cü liderlik məktəbi açılıb. Beş gün ərzində məktəbdə istedadlı və yaradıcı gənclər tematik treninqlərdə, ustad dərslərində, yarmarkalarda, təqdimatlarda, işgüzar görüşlərdə və idman yarışlarında iştirak ediblər. İnşallah, belə görüşlər daha çox olacaq. Hər il RAGB-nin təşəbbüsü ilə Rusiya şəhərlərində 1990-cı ilin qanlı 20 Yanvar hadisələri, 1992-ci ilin Xocalı soyqırımı ilə bağlı anım mərasimləri keçirilir. Həlak olanların xatirəsi bizim yaddaşımızda əbədi qalacaq. Biz inanırıq ki, dünya bu faciələrə ədalətli qiymət verəcək. Mən inanıram ki, dünya daha yaxşı olacaq. Bu cür faciələr bir daha dünyanın heç bir ölkəsində baş verməməlidir.
Bu yaxınlarda Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olundu. Gənclərimiz bu tarixi hadisəni Moskva Dövlət Universitetinin əsrarəngiz Botanika bağında ağac əkməklə qeyd etdilər. Çox yaxşı ki, ölkələrimizin həmişə bir yerdə qeyd etdiyi və mən əminəm ki, həmişə qeyd edəcəyi ümumi bayramları və əlamətdar hadisələri var. 2017-ci il mayın əvvəlində RAGB Paklonnaya qorada “Qələbənin varisləri” tarixi-mədəni konfrans təşkil edib. Azərbaycanlılar Böyük Vətən müharibəsində mühüm rol oynayıblar. On minlərlə azərbaycanlı Sovet ordusunun sıralarında qəhrəmanlıqla döyüşüb. Belə görüşlər bizi birləşdirir və keçmişimizi unutmağa qoymur. Ən başlıcası odur ki, biz, ilk növbədə, insanıq, milliyyətimizdən və dini etiqadımızdan asılı olmayaraq, bizim bir planetimiz var. Düşünürəm ki, xeyirxah işlər görmək və bir-birimizə kömək etməyimiz çox vacibdir. Əlbəttə, bizim təmənnasız qanvermə aksiyamız olan “Qanın milləti yoxdur” layihəmiz də bu barədədir.
Ekologiya və ətraf mühitin müdafiəsi sahəsində layihələrimizi də qeyd etmək istəyirəm. Bildiyiniz kimi, təəssüf ki, bu problem günbəgün daha da aktuallaşır. Böyük sahələrdə meşələr qırılır, çaylar, göllər, dənizlərin suyu çirkləndirilir, kökü kəsilməkdə olan heyvanlar məhv olur, hər saatda bir fil və 11 min köpək balığı brakonyerlər tərəfindən məhv edilir. Okeanın 90 faizi artıq məhv edilib. Bəs biz övladlarımıza və nəvələrimizə nə miras qoyacağıq? IDEA təşkilatı böyük işlər görür. Biz Azərbaycanda 5 milyondan çox ağac əkmişik, Qafqaz leopardı, nərə balığı kimi nadir heyvan və balıq növlərini fəal şəkildə qoruyur, forumlar təşkil edir, filmlər çəkirik. Ancaq mənə elə gəlir ki, indi artıq fəaliyyətə başlamaq vaxtıdır, zaman gözləmir. Bu gün mən çox şadam ki, belə yaşıl şəhərdəyəm. Mən bilirəm ki, əksəriyyətiniz ətraf mühit probleminə laqeyd deyilsiniz. IDEA və RAGB sizin bu sahədə hər təşəbbüsünüzü dəstəkləməyə hazırdır. Başlıcası budur, hər bir insan unutmamalıdır ki, planetimizin müdafiəsinə öz töhfəsini verə bilər. Biz bir yerdə möcüzələr yarada bilərik.
Əziz dostlar, bir daha sizə bugünkü gözəl tədbirə görə təşəkkürümü bildirmək istəyirəm. Uzun yol qət edərək bura gələnlərə təşəkkürümü bildirirəm. Əminəm ki, biz daha xeyirxah, möhkəm və güclü olacağıq. İstərdim ki, bugünkü forumda fikir mübadiləsi aparmaq, suallar vermək, bu gün və sabah həll edə biləcəyimiz vəzifələr irəli sürmək imkanımız olsun. Heç nə bu dünyada təsadüfi deyildir. Hər bir insanın qəlbində bir dünya, sonsuz potensial var. Sizə yaxşı oxumağı, böyük nailiyyətlər, heç zaman ruhdan düşməməyi arzulayıram. Unutmayın ki, bütün çətinliklər bizi daha güclü və yaxşı edir. RAGB (rus dilində AMOR) sevgi deməkdir. Sevgi isə ən yüksək və sarsılmaz qüvvədir”.
* * *
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə çıxış edərək Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin möhkəmlənməsində RAGB-in, gənclərin rolundan danışıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və onun rəhbərlik etdiyi RAGB təşkilatına Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsi istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib. Səfir Azərbaycan gənclərini Rusiyada daha fəal olmağa çağırıb.
Daha sonra RAGB-in regional bölmələrinin fəalları çıxış ediblər.
Tədbirdə RAGB-in sədri Leyla Əliyeva təşkilatın fəallarına diplomlar təqdim edib.
* * *
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxana səfəri çərçivəsində vilayətin qubernatoru Aleksandr Jilkinlə və nümayəndə heyətinin üzvləri ilə birlikdə nərə balıqlarının Volqa çayına buraxılması mərasimində iştirak edib.
* * *
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxanda olan Azərbaycan nümayəndə heyəti Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Knyaz Vladimirin Həştərxanda ucaldılmış abidəsini ziyarət ediblər.
* * *
Sonra Həştərxan Opera və Balet Teatrında Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı olub.
Tədbir atəşfəşanlıqla başa çatıb.

 
  • Oxunub:  4020  |  
  • Tarix:  01-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 12:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans işə başlayıb
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir
18 İyun 21:18
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
18 İyun 20:59
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb
18 İyun 20:49
İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
18 İyun 20:46
Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib
18 İyun 20:45
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+28 +32
gecə+20 +24