Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Sumqayıt şəhər təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirib

YAP Sumqayıt şəhər təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirib

15.06.2018 [07:39]

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Sumqayıt Texnologiyalar Parkının (STP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Sumqayıt Texnologiyalar Parkının direktoru İdris Mustafayev, YAP ərazi ilk partiya təşkilatının üzvləri, eləcə də partiyanın Sumqayıt şəhər təşkilatının sədr müavini Elmar Xəlilov və başqaları iştirak ediblər.
Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayan tədbirdə çıxış edən YAP STP ərazi ilk partiya təşkilatının sədri Zirəddin İsmayılov 1993-cü ildə Ulu öndərin hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyini xilas etdiyini diqqətə çatdırıb. Ölkəmizdə başlanan vətəndaş müharibəsinin qarşısının alınması, ardından isə inkişaf yolunda atılan uğurlu addımlar Azərbaycanı parçalanmadan xilas etdi. Natiq bildirib ki, Cənubi Qafqaz regionunun lideri olan müasir qüdrətli Azərbaycanın əsası məhz 15 İyun günündə qoyuldu.
Çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Elmar Xəlilov 15 İyun - Milli Qurtuluş Gününün böyük əhəmiyyət daşıdığını önə çəkib. O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yaranan xaos, hərc-mərclik dözülməz həddə çatmışdı. Qeyd edilib ki, ölkəmizin bu ağır günündə xalqımız Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi: “1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın təməlini qoydu. Məhz Ümummilli liderimizin qayıdışı ilə müstəqil Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycan xalqı Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30