Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Siyavuş Novruzov: Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir

Siyavuş Novruzov: Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir

12.07.2018 [10:08]

Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir.
Bu barədə Trend-ə açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Millət vəkili bildirib ki, bu cinayəti törədənlər layiqli cəzalarını almalıdır: “Azərbaycan kifayət qədər oturuşmuş bir dövlətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan bu dövlət möhkəm əsaslar üzərində qurulub və bu dövləti heç kim sarsıda bilməz. Bu cür hərəkətlər bizi yolumuzdan döndərə bilməz. Cinayətkarlar cəzalandırılmalıdır. Hüquq-mühafizə orqanları bu məsələni ciddi araşdıraraq kökünü tapmalıdır”.
S.Novruzov qeyd edib ki, məsələnin haradan qaynaqlandığı, hansı ölkədən tapşırıqların alındığı müəyyən edilməli və qarşısı dərhal alınmalıdır: “Mən komitə sədri kimi bəyan edirəm ki, istər Qurani-Kərimdə, istərsə də şəriətdə insan öldürmək qadağandır. Bunların hamısı İslam dininə ziddir. Kim bunu din pərdəsi altında həyata keçirmək istəyirsə, o, səhv yoldadır və həmin şəxsin dinə ümumiyyətlə aidiyyəti yoxdur. Ümumilikdə, bütün müsəlmanlar bir-birinə qardaş deyirlər. Əgər biz bir-birimizi qardaş hesab ediriksə, qardaş qardaşı necə öldürə bilər? Bu, İslamın prinsipidir. Kim bu fundamental prinsipdən kənara çıxırsa, o, İslama deyil, xurafata xidmət edir. Onun törətdiyi əməl də həm müasir dövrün qanunları, həm də İslam hüququ ilə heç cür bəraət ala bilməz”.

Paylaş:
Baxılıb: 375 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31