A+   Yenilə  A-
Beynəlxalq reytinq agentlikləri ölkəmizin əldə etdiyi uğurları yüksək qiymətləndirirlər

Prezident İlham Əliyev: Son hesablamalara görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir.
Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir
Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət qısa müddətdə Azərbaycanı güclü və beynəlxalq miqyasda yüksək nüfuza malik ölkəyə çevirib. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir, ölkəmiz regionda reallaşdırılan bütün irimiqyaslı layihələrin moderatoru rolunda çıxış edir.
Eyni zamanda, respublikamız qlobal miqyasda özünün milli maraqlarını qətiyyətlə qoruyan, öz hesabına yaşayan, imkanlarından istifadə edərək regional və beynəlxalq əməkdaşlığa sanballı töhfələr verən ləyaqətli ölkə kimi tanınır. Qürurverici haldır ki, ölkəmizin nümunəvi inkişaf modeli bütün dünyada maraqla izlənilir. Bunu nüfuzlu beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrindən də görmək mümkündür. Yeri gəlmişkən, bu günlərdə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, eləcə də “Standard & Poor’s” və “Fitch Ratings” reytinq agentliklərinin hesabatları yayılıb. Bəhs olunan hesabatlarda ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dəyərləndirmələr kifayət qədər müsbətdir. Hər üç qurumun hesabatı respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin səmərəliliyini təsdiqləyir.
Bu məqamda xatırladaq ki, ölkəmizin uğurlarını təqdir edən beynəlxalq reytinq agentlikləri heç də yuxarıda sadalananlarla yekunlaşmır. Belə ki, nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur. Öz növbəsində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq qurumlar da respublikamızın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar ifadə ediblər.
Azərbaycanın həyata keçirdiyi siyasətin və qazanılan uğurların beynəlxalq miqyasda yüksək qiymətləndirilməsi son dərəcə qürurverici haldır. Bu, o deməkdir ki, dünyada ölkəmizə inam getdikcə daha da güclənir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasını məmnunluq hissi ilə nəzərə çatdıraraq deyib: “İclasın sonunda bir daha Davos Dünya İqtisadi Forumunun hesablamalarını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Son hesablamalara görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bax, bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək”.
Son 15 ildə dünyada iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur
Hər bir ölkənin siyasi müstəqilliyi ilk növbədə real gücə əsaslanmalıdır. Dünya praktikasından görürük ki, real gücü olmayan ölkələrdə milli dövlət quruculuğu da iflasa uğrayır. İşğalçı Ermənistanın vəziyyəti buna tipik nümunədir. İqtisadiyyatı çökən Ermənistan siyasi cəhətdən də müstəqil deyil, forpost ölkə kimi xaricdən gələn diktələr əsasında fəaliyyət göstərir və sosial problemlər məngənəsində boğulur.
Qeyd olunanlar kontekstində Azərbaycanın vəziyyəti isə tamam başqa rakursdan diqqəti cəlb edir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev Azərbaycanın real siyasi müstəqilliyinin təmin edilməsini hədəfləyərkən ilk növbədə bu strateji məqsədə çatılmasını şərtləndirən real əsaslar yaradılmasını diqqət mərkəzində saxlayıb. “Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Həqiqətən də, güclü iqtisadiyyat olmadan ölkənin hərtərəfli inkişafından, qarşıda duran vəzifələrin uğurlu həllindən də söhbət açmaq mümkün deyil. Son 15 ildə respublikada innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb.
Öz növbəsində son 15 ildə aparılan uğurlu şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının inkişafına yeni impuls verib. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Bəhs olunan dövrdə respublikanın qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb. Bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil, çoxşaxəlidir.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvü olması, xarici bazarlara müdafiə təyinatlı məhsullar çıxartması qürurverici haldır. Hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Balaxanıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır.
Ölkəmizdə neftdənkənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi və siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir. Təsadüfi deyil ki, cari ilin birinci yarısında respublikamızda ən yaxşı inkişaf göstəriciləri məhz neftdənkənar iqtisadiyyat, o cümlədən qeyri-neft sənayesi (8,8 faiz) və aqrar sektor (7,6 faiz) üzrə qeydə alınıb.
Bu gün Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, heç bir başqa dövlətdən, heç bir beynəlxalq təşkilatdan asılı deyil. Ölkəmizin maliyyə vəziyyəti kifayət qədər yaxşıdır. Son 15 ildə genişmiqyaslı infrastruktur quruculuğuna böyük həcmlərdə sərmayələr yönəldilməsinə baxmayaraq, respublikamız özünün strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 44 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, yaradılan əlverişli investisiya mühitinin nəticəsi olaraq son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayələr yönəldilib.
“Standard & Poor’s” reytinq agentliyi Azərbaycan iqtisadiyyatında 2021-ci ilə qədər 3 faiz artım proqnozlaşdırır
Dünyada ayrı-ayrı milli dövlətlərin iqtisadiyyatı üçün ciddi təhdidlər yarandığı və bir sıra mənfi tendensiyaların müşahidə edildiyi yeni şəraitdə Azərbaycan xarici mənfi şokları uğurla dəf edir. Ölkəmiz uğurlu inkişaf kursunu 2018-ci ilin birinci yarısında da davam etdirib. Ötən altı ayda ölkədə ümumi daxili məhsul istehsalı 1,3 faiz artıb. Xarici ticarət dövriyyəsi 35, ixrac 34, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır ki, bu da çox böyük rəqəmdir. Bütün bunlar ona dəlalət edir ki, respublikada makroiqtisadi sabitlik tam təmin edilir.
Ölkəmizin bu kimi müsbət reallıqlarına istinadən demək mümkündür ki, Azərbaycan iqtisadiyyatında yeni iqtisadi modelə keçid uğurla təmin olunub. Son bir neçə ildə Azərbaycanın mənzərəsi yeni şəraitdə meydana çıxan çağırışlara uyğun aparılan çoxşaxəli islahatlarla səciyyələnir. Ölkədə hər sahədə şəffaflığın təmin olunmasına, daxili istehsalın artırılmasına, biznes mühitinin daha da optimallaşdırılmasına, respublikamızın investisiya cəlbediciliyinin artırılmasına, qeyri-neft məhsullarının ixracının təşviq edilməsinə və bu kimi digər mühüm məqsədlərə hesablanan islahatlar yeni şəraitdə də Azərbaycanın öz uğurlu inkişafını davam etdirməsini şərtləndirir. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı fikirlərini nəzərə çatdıraraq deyib: “Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin”.
Ölkədə aparılan dərinməzmunlu islahatlar perspektiv inkişaf üçün münbit zəmin formalaşdırıb. Respublikamızda iqtisadi inkişafla bağlı qarşıya qoyulan bütün vəzifələr uğurla reallaşdırılır. Hazırda Azərbaycanın əksər bölgələrində yeni infrastruktur layihələri həyata keçirilir. Əlamətdar haldır ki, Azərbaycanda geniş vüsət alan infrastruktur quruculuğunda keyfiyyət amilinə xüsusi diqqət yetirilir və bu sahədə dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübədən istifadə edilir. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizdə infrastruktur obyektlərinin yüksək keyfiyyətlə inşa edildiyini etiraf edirlər. Məsələn, Davos Ümumdünya İqtisadi Forumunun dəyərləndirməsinə əsasən, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir.
Azərbaycan iqtisadiyyatının geniş perspektivlərə malik olması beynəlxalq reytinq agentliklərinin hesabatlarında da təsdiqlənir. “Standard & Poor’s” reytinq agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub. Reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiq edib, reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Agentliyin hesabatında o da qeyd edilib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şahdəniz” qaz kondensat yatağının hazırlanmasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub: “Növbəti 4 ildə qaz ixracının tədricən artmasını gözləyirik. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edir”.
Milli iqtisadiyyatımızla bağlı müsbət proqnozlar həmçinin “Fitch Ratings”in hesabatında öz əksini tapıb
Azərbaycanın getdikcə güclənən iqtisadiyyatı ilə bağlı müsbət proqnozlar həmçinin “Fitch Ratings”in hesabatında öz əksini tapıb. Bəhs olunan sənəddə belə bir qənaət ifadə edilib ki, Azərbaycanda mövcud olan sosial və siyasi sabitlik davam edəcək. Reytinq agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiq edib. Agentliyin proqnozlarına görə, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. O da ifadə edilib ki, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi manatın sabit məzənnəsi qeyd edilib. Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı bildirilib. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb. “Neftin yüksək qiymətləri “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və “Şahdəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək”, - deyə hesabatda vurğulanıb. Agentliyin proqnozlarına görə, 2018-ci ildə “Brent Crude” neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq.
Onu da qeyd edək ki, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsinə görə Azərbaycan 306,7 dollarla dördüncü yerdə qərarlaşıb. Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncü sırada 421,9 dollarla Belarus, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna yer alıb. Tacikistanda həmin göstərici 137 dollar, Qırğızıstanda isə 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir. Göründüyü kimi, Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə yer alır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7260  |  
  • Tarix:  01-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib
18 Fevral 16:23
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18 Fevral 16:17
Azərbaycan Prezidenti: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq
18 Fevral 15:55
Prezident İlham Əliyev: “SOCAR Polymer”in tam gücü ilə işə başlaması əlamətdar hadisədir
18 Fevral 15:50
Gömrükçülər Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi üzrə Türkiyə təcrübəsini öyrənir
18 Fevral 15:47
Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasına həsr olunan seminar
18 Fevral 15:31
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18 Fevral 15:08
Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub
18 Fevral 15:05
İlahiyyat İnstitutunda “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18 Fevral 15:04
Sumqayıtda Heydər Əliyev Məktəbinin növbəti məşğələsi keçirilib
18 Fevral 15:01
Miqel Silva Pinto: Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox mütərəqqidir
18 Fevral 14:58
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18 Fevral 14:41
Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir
18 Fevral 14:39
Fitch: 2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək
18 Fevral 14:36
Ukraynanın ictimai radiosunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılıb
18 Fevral 14:31
Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət “Yaşıl dəhliz” sisteminin iştirakçısı olub
18 Fevral 14:28
Xocavənd rayonunda Qaradağlı faciəsinin ildönümü qeyd edilib
18 Fevral 14:26
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
18 Fevral 14:24
Özbəkistan nümayəndə heyəti Azərbaycanın şəhərsalma və tikinti sahəsindəki təcrübəsini öyrənir
18 Fevral 14:20
Azərbaycan əhalisinin sayı 9 milyon 981 min 457 nəfərə çatıb
18 Fevral 14:19
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
18 Fevral 14:13
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
18 Fevral 14:10
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Azərbaycana gələcək
18 Fevral 13:16
Türkiyə Böyük Millət Məclisinin deputatları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Fevral 12:51
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox idmançı qatılacaq
18 Fevral 12:45
Sahil Babayev: Vətəndaşların müraciəti gözlənilmədən 3600 nəfərə pensiya təyin edilib
18 Fevral 12:37
"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb
18 Fevral 12:35
Ziyad Səmədzadə: Dövlət büdcəsi ilbəil artır və bunu qoruyub saxlamaq lazımdır
18 Fevral 12:29
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18 Fevral 11:54
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
18 Fevral 11:47
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
18 Fevral 11:43
Nazir: 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb
18 Fevral 11:40
Prezident İlham Əliyev Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
18 Fevral 11:25
Mikayıl Cabbarov: İri topdan satış müəssisələrində 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkarlanıb
18 Fevral 11:24
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır
18 Fevral 11:19
Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb
18 Fevral 11:11
Nazir: Azərbaycanda Vergi Ombudsmanının yaradılması vergi sistemində şəffaflığı artıracaq
18 Fevral 10:57
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
18 Fevral 10:36
Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub
18 Fevral 10:33
Səyyar “ASAN xidmət” davam edir
18 Fevral 09:32
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18 Fevral 08:56
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib
18 Fevral 08:52
Azərbaycanın müdafiə naziri “İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
18 Fevral 08:49
Azərbaycanın müdafiə naziri BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb
17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA