A+   Yenilə  A-
Jonh Batchelor Show: Azərbaycan kommersiya məkanına və ulduzlara doğru

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” (Jonh Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelorun Azərbaycanla bağlı hazırladığı növbəti verilişin qonağı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev olub. AZƏRTAC verilişin xülasəsini təqdim edir.
“Azərbaycan kommersiya məkanına və ulduzlara doğru” adlı bu verilişdə Con Batçelor ölkəmizin dünya kosmik ailəsinin üzvü olması barədə məlumat verib. Bildirib ki, Azərbaycanda bu sahənin inkişafı üzrə 7-8 ili əhatə edən dövlət proqramı mövcuddur. Bu proqram daxilində artıq iki peyk orbitə buraxılıb, üçüncü peyk isə tezliklə kosmosda olacaq. Bunu ölkənin kommersiya uğuru hesab etmək olar.
“Azərkosmos”un sədri Rəşad Nəbiyev qurumun yaranma tarixi barədə məlumat verərək deyib: “Şirkətimiz Azərbaycan Respublikası Prezidentinin 2010-cu ildə imzaladığı Fərmana əsasən təsis olunub, 2011-ci ilin ortalarından fəaliyyətə başlayıb. İndiyə qədər orbitə iki peykimiz buraxılıb. İlk peyk “Azerspace-1”dir. Biz Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və əlbəttə ki, yerləşdiyimiz Qafqaz regionunda telekommunikasiya sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edirik. Eyni zamanda, 2014-cü ildə Fransanın “Airbus” şirkəti ilə əməkdaşlıq edərək, “Azərsky” peykini orbitə buraxmışıq. Hazırda şirkətimiz bütün dünya üzrə, o cümlədən “Google” da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir. Biz cari ilin sentyabr ayında sayca üçüncü telekommunikasiya peykimizi orbital mövqeyə çıxaracağıq. Qeyd edək ki, hər iki telekommunikasiya peyki ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri tərəfindən istehsal edilib”.
Rəşad Nəbiyev deyib ki, biz sənayedə baş verən klassik ənənənin dəyişməsini, həm də kosmik sənaye sahəsində müşahidə edirik. Bu dəyişikliyin yeni yaranan kiçik startap şirkətlərindən gəldiyini görürük, məsələn, “SpaceX”. Bu cür şirkətlər bazarda klassik və əsas oyunçulara böyük təzyiq göstərirlər. Onların yaratdıqları yeniliklər qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Bildiyimiz kimi, bütün innovasiyalar, adətən, yeni və kiçik oyunçular tərəfindən gətirilir. Əgər “SpaceX”ı bazarda hər hansı digər mövcud oyunçu ilə müqayisə etsəniz, məhdud sayda əməkdaşlarla çalışan həmin şirkətin, - bildiyim qədər həmin şirkətdə 2000-3000 əməkdaş çalışır, - son yeddi il ərzində nə qədər uğurlu fəaliyyət göstərdiyini və bunun nəticəsində bazarın digər oyunçularına böyük təsir göstərərək qiymətin aşağı düşməsinə səbəb olduğunu görərsiniz. “Space X” agentliyi və digərləri, o cümlədən “Roskosmos” və NASA peyklərin orbitə çıxarılması qiymətlərini aşağı salmağa məcbur olub. Qiymətlərin aşağı düşməsini həm də peyk istehsalçılarına aid etmək olar ki, bu da bizə kapital məsrəflərimizi aşağı salmağa imkan verir. Nəticədə bu, bizim müxtəlif bazarlarda daha rəqabətədavamlı olmağımıza şərait yaradır. Bununla da “Azərkosmos” kimi bazara yeni daxil olan şirkətlər SES, Intelsat, Utelsat kimi kompaniyalarla rəqabət aparmağı bacarırlar.
Con Batçelorun orbitə peyk buraxmağın nə qədər qazanc gətirməsi, peyk resurslarının satışa necə çıxarılması barədə sualını cavablandıran R.Nəbiyev deyib: “Telekommunikasiya sahələri üçün müştərilərimizdən danışırıqsa, qeyd etdiyim kimi, onların çoxu Afrika ölkələrindəndir. Bu müştərilərin bir çoxu şirkət məlumatlarının arxivləşdirilməsi məqsədilə bizim peyklərdən istifadə edən internet xidmət təminatçıları, mobil operatorlar, dövlət qurumlarıdır. Bizim, həmçinin Çindən məlumatların analizi ilə məşğul olan müştərilərimiz var. Yaxın Şərqdə bu, əsasən radio və televiziya yayım şirkətləridir, bölgəmizdə isə həm yayım, həm də dövlət qurumlarıdır”.
Con Batçelor ABŞ-ın peyk sənayesi sahəsində gördüyü işlərə toxunaraq qeyd edib ki, kosmos Amerikada hər şeyi dəyişdirdi və indi bir çox kiçik peyk şirkətləri, kiçik raket daşıyıcıları və nanopeyklər istehsal edən şirkətlər sayəsində çox güclü rəqabətin şahidi oluruq. Çünki nanopeyklər zamanı qabaqlamaq istəyən şirkətlər üçün tam yeni innovativ məhsullardır.
“Azərkosmos” ASC-nin sədri bildirib ki, bu yaxınlarda Cəmiyyət rəhbərliyi tərəfindən nanopeyklər istiqamətində fəaliyyət göstərmək və dünyada müxtəlif təşəbbüsləri nəzərdən keçirmək məqsədilə şöbə yaradılıb. Startap şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır, perspektivlər barədə məlumat toplanılır. Gələcəkdə bizi bu gün gördüyümüzdən tamamilə fərqli inkişaf gözləyir.
Amerikalı aparıcının “Azərkosmos”un gələcək planları barədə sualına cavabında Rəşad Nəbiyev deyib: “Qeyd etmək istəyirəm ki, “Azərkosmos” ASC-nin fəaliyyətə başladığı birinci, yəni, 2011-ci il “Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olmasına təsadüf edib. Belə bir təşəbbüs 2007-ci ildə irəli sürülüb. Qeyd etməliyəm ki, bu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub və bu yanaşmanın mərkəzində ölkənin gələcəkdə Qərb təhsilli mühəndislərə ehtiyacının olması barədə fikirlər dayanır. Yaxın Şərqdəki eyni məbləğdə sərmayə yatırılan başqa şirkətlərə baxsanız və onlarla bir masa arxasında əyləşsəniz, bu şirkətlərin xarici vətəndaşlar tərəfindən idarə edildiyinin şahidi olacaqsınız. Amma bu günə qədər bizim şirkətin idarəetmə sistemində xarici vətəndaş yoxdur. Düzdür, şirkət fəaliyyətə başlayanda üç nəfər xarici mütəxəssis cəlb olunmuşdu, amma indiyə qədər peyklərimiz orta yaşı 30 olan azərbaycanlı gənclər tərəfindən idarə olunur. Şirkətimiz əməkdaşlarımızı müxtəlif ali məktəblərdə dərs deməyə təşviq edir və onlardan bəziləri artıq doktorluq dissertasiyalarını müdafiə ediblər. Bu, qarşıdakı illərdə davamlı bir prosesə çevriləcək. Mən qətiyyətlə inanıram ki, “Azərkosmos”da çalışan əməkdaşlarımız artıq gələcək illərdə ölkənin müxtəlif sənaye sahələrində işləyəcəklər”.
Qeyd edək ki, ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycanda səfərdə olub və silsilə verilişlər hazırlayıb.

 
  • Oxunub:  8100  |  
  • Tarix:  15-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA