A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşılayıblar.
Həmin gün Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.
Prezidentlər görüşdə çıxış ediblər.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov deyib: “Hörmətli İlham Heydər oğlu.
Sizi və nümayəndə heyətinin üzvlərini Qırğızıstanın mirvarisi - İssık-Kulun sahilində səmimi qəlbdən salamlayıram. Mən şadam ki, bu gün bizə ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün belə gözəl imkan yaranıb. Sizin bildiyiniz kimi, Qırğız Respublikası bizim ölkələrimiz arasında, qardaş Azərbaycan ilə qarşılıqlı etimad və hörmət əsasında dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir. Biz həmişə dostlarımızla məsələlərin bütün spektri üzrə məzmunlu söhbətə açığıq və hazırıq. Mən Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Bu il ölkəniz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edir. Mən bu milli bayram münasibətilə Sizi təbrik edirəm və vaxt tapıb gəldiyinizə görə çox sağ olun”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Çox sağ olun, hörmətli cənab Prezident, dəvətə görə minnətdaram.
Mən qardaş Qırğızıstana, belə gözəl diyara səfər etməkdən çox şadam. Siz dediyiniz kimi, İssık-Kul Qırğızıstanın mirvarisidir. Düşünürəm ki, bu məkan bütün dünya üçün əhəmiyyətlidir. Bu, qırğızları və bu gözəl yerə gələnlərin hamısını sevindirən nadir təbii abidədir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin təşkili münasibətilə Sizi təbrik etmək istərdim. Əminəm ki, bu, bizim birliyimizi, əməkdaşlığımızı təsdiq edən, həmçinin ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün yaxşı imkan yaradan əhəmiyyətli tədbirdir. Biz Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə – həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Əminəm ki, bizim bugünkü görüşümüz gələcəkdə də uğurla inkişaf edəcək münasibətlərimizə yeni təkan verəcək. Bir daha qonaqpərvərliyə görə sağ olun”.
* * *
Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Zirvə görüşünün açılışında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, builki Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsini yüksək dəyərləndirib.
Türk Şurasının VI Sammitinə ev sahibliyi edən Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov builki Zirvə görüşünün əsas mövzusunun milli idman növlərinin və gənclər arasında əməkdaşlığın inkişafı ilə bağlı olduğunu bildirib.
Şura qarşısında bir sıra vacib məsələlərin dayandığını vurğulayan Prezident Sooronbay Jeenbekov türkdilli dövlətlər arasında turizmin inkişafının əhəmiyyətini qeyd edərək deyib: “Qırğızıstan ölkələrimiz arasında turizmin dinamik inkişafını fəal şəkildə dəstəkləyir. Biz bütün səylərimizi “Müasir İpək Yolu” layihəsinin uğurla reallaşmasına yönəltməyə hazırıq. Bu layihə Azərbaycanı, Türkiyəni, Qazaxıstanı və Qırğızıstanı əhatə edir. Özbəkistanın və Macarıstanın da bu layihəyə qoşulması onu daha da cəlbedici edəcək”.
Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə çıxış edib: “Hörmətli Sooronbay Şərifoviç.
Hörmətli dövlət və hökumət başçıları.
Əziz dostlar.
İlk növbədə, Sooronbay Şərifoviç, göstərilən qonaqpərvərliyə görə və Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyiniz üçün Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Qırğızıstan torpağında olmağımdan çox məmnunam. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik edən Qazaxıstan tərəfinə də öz minnətdarlığımı bildirirəm. Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır.
Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər. Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır.
Onu da qeyd etməliyəm ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır.
Bugünkü Zirvə görüşünün mövzusu idmanla bağlıdır. Bu barədə də öz fikirlərimi bildirmək istərdim. Azərbaycanda idmana çox böyük diqqət göstərilir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onların arasında xüsusilə I Avropa Oyunlarını qeyd etmək istərdim. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməmişdi. İlk dəfə olaraq üç il bundan əvvəl Bakıda Oyunlar keçirildi. Bu Oyunlarda Avropanın bütün ölkələrini təmsil edən 5 mindən çox idmançı iştirak etmişdir. Azərbaycan Oyunlarda yüksək idman nəticələri göstərmişdir və komanda hesabında ikinci yerə layiq görülmüşdür. Ondan iki il sonra, yəni ötən il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu Oyunlarda Azərbaycan idmançıları birinci yerə layiq görülmüşlər. İki il ərzində bir şəhərdə həm Avropa, həm İslam Oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürü olmuşdur. Azərbaycan idmançıları Olimpiya Oyunlarında da yaxşı nəticələr göstərirlər. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 14-cü yerdə qərarlaşmışdır və bu, bizim ölkəmiz üçün tarixi nailiyyətdir.
İdman insanları, xalqları birləşdirir. Əminəm ki, idmanın inkişafı həm ölkələrimizin ümumi inkişafına töhfə verəcək, eyni zamanda, bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.
Humanitar məsələlərə gəldikdə, xüsusilə TÜRKSOY-un və Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirmək istərdim. Azərbaycan hər iki təşkilatda fəal iştirak edir.
Mən diqqətinizi iqtisadi əməkdaşlığa cəlb etmək istərdim. Xüsusilə indiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir.
Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik.
Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir.
Bir sözlə, əziz dostlar, mən hesab edirəm ki, bugünkü Zirvə görüşünün çox böyük mənası var, çox gözəl nəticələri olacaq. Əsas nəticə də ondan ibarətdir ki, bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək.
Təşəkkür edirəm”.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2015-ci ildə keçirilən Astana Sammitindən ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdiyini, siyasi, iqtisadi, sosial və digər sahələrdə əlaqələrin möhkəmləndiyini diqqətə çatdırıb.
Nursultan Nazarbayev Novruz bayramının ortaq tədbirlərlə qeyd olunmasının mədəniyyət sahəsində əməkdaşlıq baxımından önəmini qeyd edib, Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasının əhəmiyyətini vurğulayaraq deyib: “Prezident İlham Əliyevin dediyi kimi, Qafqazdan keçməklə Türküstandan Qara dənizə dəmir yolu istifadəyə verilib. Bununla yanaşı, Qazaxıstanın Kurık və Aktau limanlarının yükötürmə qabiliyyəti 26 milyon tona çatıb. Həmçinin Qazaxıstandan, Türkmənistandan və İrandan Körfəz ölkələri bazarlarına daxil olmağa imkan verən dəhlizi qeyd etmək lazımdır. Çindən Qazaxıstan vasitəsilə Xəzər dənizinə, Qafqaz regionuna və Avropaya konteynerlərin daşınması bizim üçün ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından yeni imkanlardır.
Onu da deyim ki, bizim sədrliyimiz dövründə elmi maarifləndirmə işlərinə xüsusi diqqət yetirilib. Belə ki, Azərbaycanın, Türkiyənin, Qırğızıstanın və Qazaxıstanın məktəb proqramlarına “Ümumtürk tarixi” dərsliyi daxil edilib. Türk Akademiyası tərəfindən tarix üzrə 90-dan çox kitab nəşr edilib, xalqlarımızın dörd əsrlik mədəniyyət mirasının toplandığı “Atalar mirası” portalı istifadəyə verilib, “Türkbarometr sosioloji tədqiqat” layihəsinin reallaşdırılmasına başlanılıb. Dövlətlərimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün “Müasir İpək Yolu” layihəsinə start verilib”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə əsası qoyulan Türk Şurasının ötən müddətdə sürətlə inkişaf edərək güclü quruma çevrildiyini diqqətə çatdıraraq deyib: “2009-cu ildə Naxçıvan Sazişi ilə qurduğumuz Türk Şurasının ötən müddətdə təşkilati cəhətdən gücləndiyini görürük. Şübhəsiz, bu prosesdə türk dünyasının ağsaqqalı hörmətli Nazarbayevin və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevin çox böyük əməyi var”.
Prezident Rəcəb Tayyib Ərdoğan nəqliyyat dəhlizlərinin inkişafından danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb, onun həm də xalqlarımızın yaxınlaşmasına xidmət etdiyini söyləyib: “Xəzərdən keçməklə Qafqazı və Orta Asiyanı aşaraq Çinə qədər uzanan “Şərq-Qərb Orta Dəhliz” təşəbbüsünə önəm veririk. “Müasir İpək Yolu - Orta Dəhliz” kimi tanınan bu layihənin ən önəmli mərhələsi Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Beləliklə, Qərbi Avropadan çıxan bir qatar dayanmadan Xəzər sahillərinə, oradan da Aktau limanı vasitəsilə Şanxaya və Seula çata biləcək. Bu mühüm nəqliyyat xətti xalqlarımızın rifah səviyyəsinin artmasına və münasibətlərimizin inkişafına töhfə verəcək.
Enerji sahəsində də əlaqələrin inkişaf etdirilməsinə önəm veririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri bu əməkdaşlığın ən önəmli bəhrələridir. Cənub Qaz Dəhlizinin bel sütunu olan TANAP-ı da iyun ayında işə saldıq.
Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın imzalanmasından duyduğumuz məmnunluğu burada xüsusi bildirmək istəyirəm”.
Türkiyə Prezidenti Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Türkiyənin və digər ölkələrin dəstəyinin önəmli olduğunu bildirərək deyib: “Türk dünyası olaraq, sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik”.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək bildirib: “Yüksək səviyyəli görüş və dialoqlar nəticəsində Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq daha da möhkəmlənib. Ölkələrimizin regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə ortaq fəaliyyətləri uğurla inkişaf edir və bu istiqamətdə bir sıra iqtisadi layihələr diqqəti cəlb edir. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Limanı, Qazaxıstanda “Dostluq” və digər nəqliyyat-logistika kompleksləri fəaliyyət göstərir. Bir müddət öncə isə Aktauda Kurık limanı işə düşdü. Bu layihələr gələcəkdə regional əməkdaşlığa töhfə verəcək. Türkiyənin Mersin limanına ən yaxın marşrut olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, bu il fəaliyyətə başlayacaq Əndican-Oş-Kaşqar avtomobil dəhlizi bu baxımdan xüsusi imkanlar açır”.
Zirvə görüşündə müşahidəçi dövlət statusunda iştirak edən Macarıstanın Baş naziri Viktor Orban macar xalqının türkdilli xalqlarla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Viktor Orban Avropanın mərkəzində yerləşən Macarıstanın da öz dilini və mədəniyyətini qoruduğunu deyib, bu məqsədlə ölkəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib: “Şuraya üzv ölkələr Macarıstanın xarici siyasətində çox vacib rol oynayırlar və Türkiyə ilə olduğu kimi, Azərbaycan və Qazaxıstan arasında münasibətlər bir neçə ildir ki, strateji tərəfdaşlıq səviyyəsindədir. Məqsəd həm də Qırğızıstan və Özbəkistan ilə münasibətləri eyni səviyyəyə çatdırmaqdır. Onu da deyim ki, Macarıstan il ərzində Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin tələbələrinə təqaüd verir”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov görülən işlər və gələcək planlar barədə məlumat verib.
Sonra nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin Bəyannaməsini və Şuranın yeni baş katibinin seçilməsi ilə bağlı sənədləri imzalayıblar.
Qazaxıstan nümayəndəsi, səfir Bağdat Amreev Şuranın yeni baş katibi seçilib.
Dövlət başçıları növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsi təklifi ilə çıxış ediblər. Gələn il Sammitin Azərbaycanda keçirilməsi qərara alınıb.
Sonra dövlət və hökumət başçıları Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəziblər, burada açıq havada nümayiş etdirilən və qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar.
Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü başa çatıb.
* * *
Sentyabrın 3-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin başçılarının şərəfinə rəsmi ziyafət verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 3-də başa çatıb.
Çolpon-Ata şəhərinin İssık-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Baş naziri Muxammetkalıy Abılqaziyev və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev yola salıblar.

 
  • Oxunub:  6540  |  
  • Tarix:  04-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

12:56
19 Yanvar
Elçin Əhmədov: Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
12:54
19 Yanvar
Azərbaycan ötən il Gürcüstana 2,5 milyard kubmetrdən çox təbii qaz ixrac edib
12:51
19 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində anılıb
12:48
19 Yanvar
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub
11:00
19 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 89 faizində torpaq örtüyü bərpa olunub
10:53
19 Yanvar
Aureliya Qriqoriu: 1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
10:51
19 Yanvar
Strasburq Universitetində 20 Yanvar hadisələrinə həsr edilmiş konfrans keçirilib
10:32
19 Yanvar
Çində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:22
19 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət edir
10:21
19 Yanvar
Avropa Parlamentində qəbul edilmiş məlum “qətnamə” heç bir hüquqi qüvvəyə malik deyil və Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir
10:16
19 Yanvar
Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni imkanlar açır
10:12
19 Yanvar
20 Yanvar xalqımızın milli oyanış tarixinin şanlı səhifəsidir
10:10
19 Yanvar
YAP Gədəbəy rayon təşkilatının yaranmasının 26 illiyi münasibətilə “dəyirmi masa” keçirilib
10:07
19 Yanvar
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2019-cu ildə ilk uğurları
10:03
19 Yanvar
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir
10:01
19 Yanvar
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir
20:20
18 Yanvar
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
20:07
18 Yanvar
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
20:00
18 Yanvar
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq
19:54
18 Yanvar
Azərbaycan ilə Pakistan arasında ali təhsil sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
19:43
18 Yanvar
“ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi ilə bağlı müzakirələr aparılıb
19:22
18 Yanvar
Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
19:10
18 Yanvar
Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub
19:08
18 Yanvar
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
19:00
18 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18:36
18 Yanvar
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib
18:30
18 Yanvar
Qənirə Paşayeva: Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkumdur
18:11
18 Yanvar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
18:00
18 Yanvar
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
17:58
18 Yanvar
Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb
17:54
18 Yanvar
Qanlı şənbədən istiqlala
17:42
18 Yanvar
Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər
17:39
18 Yanvar
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
17:38
18 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir
17:30
18 Yanvar
20 Yanvar şəhidlərin əziz xatirəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yad edilib
17:28
18 Yanvar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
17:26
18 Yanvar
Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər
17:21
18 Yanvar
Akademik Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar
17:14
18 Yanvar
Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
17:10
18 Yanvar
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
16:55
18 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb
16:40
18 Yanvar
Deputat: Avropa Parlamentinin qətnaməsi Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirir
16:39
18 Yanvar
BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib
16:28
18 Yanvar
20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
15:58
18 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
15:52
18 Yanvar
“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib
15:47
18 Yanvar
Azərbaycan gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
15:46
18 Yanvar
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
15:44
18 Yanvar
Əhliman Əmiraslanov: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir
15:42
18 Yanvar
"Anti-Azərbaycan qətnaməsinin əsas səbəbi Dağlıq Qarabağla bağlıdır"
15:40
18 Yanvar
Özgür Çakar: Muğam Azərbaycan fenomenidir, ali musiqidir
15:36
18 Yanvar
"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır"
14:59
18 Yanvar
Ekspert: Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
14:31
18 Yanvar
Hikmət Babaoğlu: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
14:24
18 Yanvar
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
14:18
18 Yanvar
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
14:14
18 Yanvar
Dövlət Statistika Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:12
18 Yanvar
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
14:09
18 Yanvar
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
14:07
18 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
14:05
18 Yanvar
Mirzəcan Xəlilov: Struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir
12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə-1 +1