A+   Yenilə  A-
Sabunçu və Binəqədi rayonlarında “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarında həmin rayonların İcra Hakimiyyətlərinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə deputatlar, rayonlarda fəaliyyət göstərən dini icmaların sədrləri, dini komissiyaların üzvləri, imamlar, kənd və qəsəbələrin icra nümayəndələri, bələdiyyə sədrləri, rayon Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.
Sabunçu rayonunda keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov rayonda mövcud dini durum haqqında məlumat verib. Ə.Teymurov DQİDK ilə birgə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlətimizin başçısının dini konfessiyalara daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirlər, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyət barədə danışıb. Qeyd edib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar.
Eyni zamanda, qarşıdan gələn Məhərrəm ayı və Aşura tədbirləri haqqında danışan Mübariz Qurbanlı bildirib ki, mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcək. Bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir. Azərbaycan müsəlman dünyasının nümunəvi ölkəsidir. Bu mərasimlərdə xurafata heç bir halda yol vermək olmaz.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov, “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı davamlı dəstək göstərməsini, dini ibadət yerlərinin təmiri və yenilərinin tikilməsini dövlətin dinə qayğısı kimi qiymətləndiriblər. Çıxış edənlər ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, belə tədbirlərin təkcə dövlət-din münasibətlərinin inkişafına, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət etdiyini vurğulayıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, dindarları narahat edən suallar cavablandırılıb.
* * *
Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən tədbiri giriş sözü ilə açan RİH-in başçısı Elxan Allahverdiyev respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə gündəlik həyat tərzinə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə çevrilmiş tolerantlıq və multikultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək dövlət-din münasibətlərinin dünyadakı modelləri, sovet dövründə İslam dininə yanaşma, müstəqilliyin bərpasından sonra Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayıdışı prosesi, bəzi dairələrin İslam dininin ideoloji cəhətdən zəiflədilməsinə yönəlmiş fəaliyyətinə toxunub. Qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması, eləcə də tolerantlıq anlayışı, multikultural ənənələrin təbliği və təşviqi Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində gördüyü işlərin əsas istiqamətlərini təşkil edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursun bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin sayəsində respublikamızda bütün dini konfessiyaların azad fəaliyyətinə tam şərait yaradılıb ki, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir.
Mübariz Qurbanlı çıxışında dini radikalizmə və dini xurafata qarşı mübarizənin əhəmiyyətini və aktuallığını diqqətə çatdırıb və vurğulayıb ki, bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdir. Bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb. “Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”, - deyə komitə sədri vurğulayıb.
Milli Məclisin deputatı Madər Musayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahbala Əliməmmədov, rayon dindarları çıxışlarında xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, milli dəyərlərimizin qorunması və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub və dindarlar hər zaman dövlətin maddi-mənəvi dəstəyini hiss edirlər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  05-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir
11:29
20 Sentyabr
Elçin Mirzəbəyli: Paşinyanın ziddiyyətli açıqlamaları onun siyasətdə tamamilə təsadüfi adam olduğunu sübut edir
11:09
20 Sentyabr
Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
11:06
20 Sentyabr
Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib
11:03
20 Sentyabr
Vüsal Qasımlı: EnterpriseAzerbaijan.com portalı Azərbaycana sərmayə cəlbini daha da sürətləndirəcək
11:00
20 Sentyabr
Səyyar “ASAN xidmət” Çilov adasında
10:29
20 Sentyabr
Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının bütün maraqlarına uyğun layihədir
10:17
20 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:05
20 Sentyabr
Bakıda VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb
09:54
20 Sentyabr
Azərbaycan nümayəndə heyəti GUAM-ın Şura iclasında iştirak edəcək
09:48
20 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
09:47
20 Sentyabr
Azərbaycanın neft strategiyası və doktrinasının əsası - “Əsrin müqaviləsi”
21:25
19 Sentyabr
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
20:58
19 Sentyabr
Almaniyada medal qazanan karateçilərlə görüş keçirilib
20:54
19 Sentyabr
“Abşeron” yatağından hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur
20:53
19 Sentyabr
Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək balla qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək
20:51
19 Sentyabr
Üç azərbaycanlı cüdoçunun adı Beynəlxalq Cüdo Federasiyasının Şöhrət Zalına daxil edilib
20:49
19 Sentyabr
Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib
20:47
19 Sentyabr
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
20:43
19 Sentyabr
20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır
20:40
19 Sentyabr
Həştərxanda IV Xəzər Mediaforumu keçirilir
20:36
19 Sentyabr
Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
20:33
19 Sentyabr
Küveyt Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20:29
19 Sentyabr
Hikmət Babaoğlu: Paşinyan Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialarla küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmir
18:06
19 Sentyabr
Misir nümayəndə heyəti Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib
18:04
19 Sentyabr
Seymur Orucov: Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı
18:03
19 Sentyabr
Hadi Rəcəbli: Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir
18:02
19 Sentyabr
Musa Quliyev: Milli Məclisin payıs sessiyasında səhiyyə sahəsində bir sıra qanunların müzakirəsi nəzərdə tutulur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +28
gecə+17 +20