A+   Yenilə  A-
İsrailli ekspert Arye Qut ABŞ mətbuatında dərc olunmuş məqaləni tənqid edib

Bu günlərdə ABŞ-da çıxan ermənipərəst “Asbares” qəzetində yəhudilərə və İsrailə qarşı düşmənçilik ruhunda yazılmış “Erməni diplomat İsraildə Holokost barədə sual versə, nəticəsi nə olar?” sərlövhəli məqalə dərc olunub.
Məqalənin müəllifi Ara Xaçaturyan yazır: “Erməni xalqının faciəsi tarixi məsələdir və bu, siyasi diskussiya probleminə çevrilməməlidir. Qoy, 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin düzgün qiymətini tarixçilər versinlər”.
Ötən həftə İsrail xarici işlər nazirinin müavini (əslində İsrail XİN-in Avrasiya departamentinin rəhbərinin müavini) Aleksandr Ben-Tsvi bu sözləri belə adlandırılan “Erməni soyqırımı” memorialına gedəndən sonra söyləyib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Amerikanın ermənipərəst mətbuatında antiisrail ruhlu növbəti məqalə” adlı materialında bu barədə yazır.
Xaçaturyan sözünə davam edərək yazır: “Bu sözləri oxuyanda mən fikirləşdim ki, əgər Ermənistan xarici işlər nazirinin müavinlərindən biri Yerusəlimdəki Yad Vaşem - Ümumdünya Holokost qurbanlarının xatirə mərkəzinə gedəndən sonra yəhudilərin nasist Almaniyası tərəfindən sistematik şəkildə məhv edilməsinin qurbanlarının xatirəsinə ehtiramını bildirəndən sonra “Holokost” sözünü işlətməkdən imtina etməyə başlasa, nə baş verər?”
Məqalə müəllifi qeyd edir ki, erməni KİV-lərində bu cür antiisrail ruhlu bəyanatlar çox geniş yayılıb. Arye Qut yazır: “İsrail 1915-ci il hadisələrini rəsmən soyqırımı kimi tanımır. Bu fakt praktiki olaraq daim Ermənistanda və erməni KİV-lərində ciddi antiisrail və antisemit isteriyasına səbəb olur. Ermənilər yəhudiləri və israilliləri çox günahlar törətməkdə ittiham edirlər. Belə “günahlardan” biri də “təbii yəhudi xudbinliyi”nin təzahürü və israillilərin “soyqırımı” konsepsiyasının özünü inhisarlaşdırmaq cəhdidir. Ermənistana xatırlatmaq istərdik ki, “soyqırımı” termininin özü 1915-ci il hadisələrindən xeyli sonra yaranıb və ona heç bir aidiyyəti yoxdur”.
Qut vurğulayır ki, məqalə müəllifinin fikrincə, qondarma “erməni soyqırımı”nın tanınması İsrail ilə Ermənistan arasında münasibətləri möhkəmlədəcək. İsrailli ekspert soruşur: “Buna necə sakit yanaşmaq olar? Onlar bizə şərt qoyurlar ki, əgər İsrail “erməni soyqırımı”nı tanısa, Ermənistan onunla əməkdaşlıq edəcək. İsrail Knessetinin bu məsələni araşdırmasına lüzum yoxdur, çünki bu, sırf tarixi, daha dəqiq desək, elmi və mübahisəli məsələdir. Bu məsələdə aydın olmayan və ziddiyyətli məqamlar çoxdur. Burada yalan məlumatlar və saxtalaşdırmalar çoxdur. Qoy, Türkiyənin həmişə təklif etdiyi kimi, hər iki dövlət arxivləri açsın, alimlər əyləşib sənədlər və faktlar əsasında bu hadisələr barədə həqiqəti sübut etsinlər və dünyaya göstərsinlər. Məni həmişə heyrətləndirir: Əgər Ermənistan haqlıdırsa, o, nə üçün arxivlərin açılmasını istəmir, daha dəqiq desək, onları açmağa nə üçün qorxur?!”
Arye Qut “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində sual edir: “Qoy, kimsə desin, biz qondarma “erməni soyqırımı”nı nəyin naminə tanımalıyıq - təkcə ondan ötrü ki, Ermənistan və ermənilər bizdən razı qalsınlar? Bu bizə lazım deyil. Ya da desinlər, yəhudi xalqının erməni xalqı qarşısında mənəvi öhdəliyi varmı?”
İsrailli ekspert vurğulayıb: “Mən soruşuram, hansı mənəvi məsuliyyətdən söhbət gedir?! Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iki il bundan əvvəl faşist və antisemit Qaregin Njdenin abidəsini rəsmən açdı. Dəhşətli Holokost cinayətlərində əli olmuş insanları milli qəhrəmanlara çevirəndə biz susmamalıyıq. Deyin, Yerevanda faşistə və antisemitə abidələr ucaldılmasına bizim münasibətimiz necə olmalıdır? Bu ölkə bəşəriyyət əleyhinə cinayətlər törətməkdə ittiham olunmuş faşist canini özünün qəhrəmanı adlandıra bilərmi? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqirdir. Bundan sonra da bizdən xahiş edirlər ki, 1915-ci il faciəsini soyqırımı adlandıraq?!”
Məqalə müəllifi vurğulayır ki, müasir Almaniya öz gənclərini nasist Almaniyanın törətdiyi dəhşətlər barədə dönə-dönə xəbərdar edir. Bu dövlətdən fərqli olaraq erməni faşistlər Dro və Njdenin ətrafında şəxsiyyətə pərəstiş yaradılması bütövlükdə müasir erməni cəmiyyətinin böyük nöqsanıdır. Arye Qut yazır: “onların şərəfinə sikkələr zərb edilir, onlara abidələr ucaldılır, onların həyat və fəaliyyəti barədə filmlər çəkilir - guya onlar həqiqətən xalq qəhrəmanlarıdır. İkinci Dünya müharibəsi dövründə nasist Vermaxtın 20 minlik erməni legionunun törətdiyi qəddar əməlləri tarix heç vaxt unutmayacaq. Erməni faşist komandiri general Dronun rəhbərlik etdiyi ermənilər minlərlə yəhudiyə qarşı ölüm marşlarında və onların məhv olunmasında iştirak ediblər. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə nasist Vermaxtın 20 minlik erməni legionunun törətdiyi qəddar əməlləri heç vaxt unutmayacaq”.
Xaçaturyan özünün antiisrail ruhlu məqaləsində daha sonra yazır: “Mən Ermənistan XİN başçısının müavini Mnatsakanyan İsrail ilə diplomatik qalmaqala başlamasını təklif etmirəm, lakin o və digər vəzifəli şəxslər bu şəraitdə Ermənistanın fələstinlilərə silah verməsi və Holokosta hörmətsizlik göstərməsi imkanını nəzərdən keçirməlidirlər”.
Ekspert vurğulayır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və bu bölgəyə heç bir aidiyyəti olmayan 7 ətraf rayonu işğal edib. Ermənistan bu ərazilərə iddia edir. Arye Qut yazır: “Yeri gəlmişkən, Yaxın Şərqdən olan muzdlu silahlılar da bu işğalda Ermənistanı dəstəkləyiblər. Erməni işğalı və etnik təmizləmələr ucbatından Azərbaycan 1 milyon qaçqını qəbul etmək məcburiyyətində qalıb. Münaqişə özü və Azərbaycan ərazilərinin işğal edilməsi bütün Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə təhdid mənbəyi kimi qalır.
Qeyd etmək lazımdır ki, İsrailin Azərbaycanla bir sıra amillərə, o cümlədən insan amilinə əsaslanan çox səmimi münasibətləri var. Avrasiyada və bütün müsəlman aləmində heç bir ölkə İsrail ilə Azərbaycan qədər sıx əlaqə saxlamır. İki ölkə arasında diplomatik münasibətlərin 26 illik tarixi ərzində bu münasibətlərin strateji əhəmiyyətini və həyat qabiliyyətini nümayiş etdirən pozitiv hadisələr çox olub. Bu ölkələr yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi dövlət arasında bu cür münasibətlərin zəruriliyini və strateji əhəmiyyətini sübut ediblər. Bizim dost dövlətlərimiz həqiqi və sabit strateji tərəfdaşlar kimi hərəkət edirlər. Azərbaycanlılar və yəhudilər əslində nəinki dinc yanaşı yaşamağı, həm də həqiqi dostlar olmağı, öz münasibətlərini inkişaf etdirməyi və möhkəmlətməyi bacarırlar”.
Ekspert vurğulayır ki, Azərbaycanda yəhudilərə heç vaxt əcnəbilər kimi baxmayıblar, yəhudi xalqı burada heç vaxt sıxıntı, təhqir, talan və antisemit xarakterli hərəkətlərlə üzləşməyib, əksinə, özünü evində olduğu kimi hiss edib.
Arye Qur İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Haçansa Azərbaycanda olmuş hər bir israilli təsdiq edə bilər ki, burada yaşayan yəhudilər hər hansı polis kordonundan keçmədən, rahatca sinaqoqa gedə bilər, əynində milli yəhudi geyimi, başında yəhudi papağı olduğu halda şəhərdə sakitcə gəzə bilər, halbuki hətta Qərbin inkişaf etmiş bəzi ölkələrində bu cür hərəkətlər həyat üçün təhlükəli ola bilər.
İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində nizamlamağa çağırır. Mənim fikrimcə, İsrail Cənubi Qafqazın lideri olan Azərbaycan ilə dostluğu və strateji münasibətləri daha da inkişaf etdirməli və möhkəmlətməli, hər hansı qüvvələrin bu qarşılıqlı münasibətlərə ziyan vurmasına imkan verməməlidir”.

 
  • Oxunub:  3990  |  
  • Tarix:  06-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

17:53
21 Noyabr
ADA Universiteti beynəlxalq mükafata layiq görülüb
17:51
21 Noyabr
Elektrik enerjisi sektorunda islahatlar müzakirə olunub
17:40
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
17:34
21 Noyabr
Qazaxıstanda türk dünyasının mənəvi yenilənməsinə dair beynəlxalq konfrans keçirilib
17:10
21 Noyabr
Ucarda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 26-cı ildönümü qeyd edilib
17:07
21 Noyabr
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
17:01
21 Noyabr
Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır
16:59
21 Noyabr
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
16:52
21 Noyabr
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
16:49
21 Noyabr
Goranboyun Yəhərçi Qazaxlar kəndi “mavi yanacaq”la təmin edilib
16:40
21 Noyabr
YAP Sədrinin müavini: Bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib və bu möhtəşəm bir siyasi ordu deməkdir
16:35
21 Noyabr
YAP Zərdab rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü qeyd olunub
16:33
21 Noyabr
YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir
16:17
21 Noyabr
Oğuzun Muxas kəndinə təbii qaz verilib
16:14
21 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib
16:12
21 Noyabr
XİN: Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu göstərir
16:09
21 Noyabr
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
15:32
21 Noyabr
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib
15:29
21 Noyabr
Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır
15:23
21 Noyabr
Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq
15:17
21 Noyabr
Masallının daha iki kəndi qazlaşdırılıb
15:13
21 Noyabr
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
15:08
21 Noyabr
Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib
15:07
21 Noyabr
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
15:02
21 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına təkan verəcək
14:57
21 Noyabr
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir
14:53
21 Noyabr
“Eko səyahət” qısa film müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:50
21 Noyabr
Bahar Muradova: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır
14:47
21 Noyabr
Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib
14:44
21 Noyabr
Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır
14:41
21 Noyabr
Vladimer Çaçibaia: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir
14:38
21 Noyabr
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
14:36
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib
14:28
21 Noyabr
Hacıbala Abutalıbov: Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir
14:00
21 Noyabr
Sevinc Fətəliyeva: Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır
13:58
21 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb
13:55
21 Noyabr
Azərbaycanda miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılır
13:52
21 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilir
13:48
21 Noyabr
Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur
12:41
21 Noyabr
YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:19
21 Noyabr
BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı Prosesi”nin təqdimatı olub
12:16
21 Noyabr
Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+7 +10