A+   Yenilə  A-
Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri ölkələrimizin əməkdaşlığının bütün istiqamətlərdə inkişafına mühüm töhfə verəcək

Xəbər verildiyi kimi, sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib, ölkələrimiz arasında müxtəlif sahələrdə 17 sənəd imzalanıb, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən bu səfər iqtisadi sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində də mühüm önəm daşıyır. İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfərinə, eləcə də Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə dair AZƏRTAC-ın suallarını cavablandırıb.
- Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına rəsmi səfərini ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımdan necə səciyyələndirərdiniz?
- İlk növbədə, qeyd etmək istərdim ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və prezidentlərin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Son üç ayda Azərbaycan və Rusiya prezidentləri 3 dəfə görüşüb. Bütün bunlar isə, dövlət başçılarının qarşılıqlı əməkdaşlığın genişlənməsinə verdikləri böyük önəmin göstəricisidir. Siyasi əlaqələrin strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına sentyabrın 1-də reallaşdırılan növbəti rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaradır. Səfərin 2008-ci ildə Azərbaycan və Rusiya arasında imzalanmış dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin 10 illiyinə təsadüf etməsi xüsusilə qeyd olunmalıdır. Rusiya səfərinin başlıca xüsusiyyətlərindən biri də onun daha çox iqtisadi mahiyyət daşımasıdır. Belə ki, səfər zamanı Azərbaycan-Rusiya əməkdaşlığının müxtəlif istiqamətləri ilə yanaşı, iqtisadi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənədlər imzalanıb.
Bu sənədlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” xüsusilə vurğulanmalıdır. Sənəddə qarşılıqlı faydalı ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün ticarətdə daha əlverişli şəraitin yaradılması, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Rusiya-Azərbaycan hissələrində tranzit-nəqliyyat potensialının artırılması, milli iqtisadiyyatın və ixracın şaxələndirilməsi, innovasiyalı inkişaf sahəsində məsələlərin həlli üçün perspektiv sahələrdə və sektorlarda birgə istehsalın yaradılması, dövlət idarəçiliyi sahəsində innovativ yanaşmaların, büdcə-vergi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə birgə fəaliyyətin inkişafı, dövlət sektorunda istifadə üçün qabaqcıl proqram təminatının tətbiqi üzrə təcrübə mübadiləsi və əməkdaşlıq, gənclər siyasəti, təhsil, idman və turizm məsələləri daxil olmaqla humanitar sahədə əməkdaşlığın genişləndirilməsi kimi mühüm prioritetlər müəyyənləşdirilib. Birgə Bəyanatda əksini tapan inkişaf istiqamətləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsində iqtisadi əməkdaşlığın rolunu və əhəmiyyətini artıracaq, iqtisadi-ticari əlaqələrin müasir tələblərə cavab verən yeni inkişaf səviyyəsinə yüksəldilməsinə zəmin yaradacaqdır.
Bununla yanaşı, səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi haqqında Saziş”, eləcə də turizm, gömrük, idman, rəqəmsal nəqliyyat, əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti, Rusiyanın müvafiq dövlət şirkətləri və SOCAR arasında əməkdaşlığın genişləndirilməsi, mülki vertolyotlara texniki xidmət göstərilməsi barədə müvafiq sənədlər Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin genişlənməsinə əlavə stimul verəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri zamanı Rusiyanın “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs arasında qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi də imzalanıb. Sənəddə kiçik və orta biznes (KOB) subyektlərinə informasiya-marketinq dəstəyinin göstərilməsi sahəsində əməkdaşlıq, kontakt birjaların təşkili, təcrübə, maliyyə-sığorta və marketinq dəstəyi, təlim proqramları, eləcə də digər istiqamətlər üzrə tədbirlər barədə məlumat mübadiləsi nəzərdə tutulur. Bundan əlavə, yol xəritəsinə əsasən, Rusiya və Azərbaycanda KOB sahəsində fəaliyyət göstərən istehsal birlikləri və assosiasiyaları, inkişaf institutları arasında qarşılıqlı məsləhətləşmələrin aparılması və əməkdaşlığın qurulmasına dəstək göstəriləcəkdir.
- Səfər zamanı imzalanmış “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı” özündə 5 yol xəritəsini əks etdirir. Bu barədə məlumat verməyinizi xahiş edirik.
- Həmin Fəaliyyət Planına uyğun olaraq, bu yol xəritələri ticarət, nəqliyyat, Azərbaycan ərazisində birgə istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahələrində qarşılıqlı fəaliyyəti və humanitar sahədə əməkdaşlığı nəzərdə tutur.
Azərbaycan və Rusiya arasında ticarətə dair yol xəritəsinə əsasən, ticari-iqtisadi əməkdaşlıq üzrə məsləhətləşmələr aparılacaq, kənd təsərrüfatı məhsullarının tədarükü artırılacaq, qarşılıqlı ticarət missiyaları həyata keçiriləcək, Rusiyanın dövlət şirkətləri tərəfindən Azərbaycan istehsalı olan sənaye təyinatlı məhsulların alınması genişləndiriləcək, Rusiya ərazisində Azərbaycan Ticarət evləri açılacaq, hər iki ölkənin İşgüzar Şuraları, həmçinin digər sahibkar birlikləri arasında biznes-dialoq dəstəklənəcək, birgə regionlararası forumlar, kənd təsərrüfatı üzrə Azərbaycan-Rusiya İşçi Qrupunun iclasları keçiriləcək.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üzrə yol xəritəsində ölkələrimizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə qarşılıqlı fəaliyyəti, Azərbaycan və Rusiya ərazilərində logistik mərkəzlərin yaradılması, “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsinin buraxılış qabiliyyətinin artırılması üçün yenidənqurma işlərinin aparılması, Azərbaycan-Rusiya dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) - “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə dair Sazişin icrası nəzərdə tutulur.
Azərbaycan ərazisində birgə istehsalın (layihələrin) yaradılması üzrə yol xəritəsində əczaçılıq, avtomobillərin yığılması, neft-qaz sahəsi üçün avadanlığın birgə istehsalının təşkili, kənd təsərrüfatı texnikasının istehsalı sahələrində birgə istehsalın və müəssisələrin yaradılması, eləcə də dəmir yolu vaqonlarının birgə istehsalının yaradılması imkanlarına baxılması məsələləri əksini tapıb.
Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi vahid ƏDV depozit hesabından istifadə və subhesabların idarə edilməsi təcrübəsinin öyrənilməsi, kommersiya hüquqi şəxslərinin elektron dövlət qeydiyyatı, elektron faktura və qaimələrin istifadəsi, həmçinin vergi borcunun alınması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım məsələləri üzrə Anlaşma Memorandumu layihəsi ilə bağlı danışıqların aparılması məsələlərini əhatə edir.
Qarşılıqlı səfərlərin və humanitar əlaqələrin genişləndirilməsi üzrə yol xəritəsinə əsasən miqrasiya sahəsində əməkdaşlıq üzrə tədbirlər görüləcək, pensiya təminatı sahəsində ikitərəfli əməkdaşlıq inkişaf etdiriləcək, turizm məhsulunun təşviqi üzrə milli marketinq strategiyaları hazırlanacaq və bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək, Azərbaycan və Rusiya ərazilərində keçirilən beynəlxalq turizm sərgilərində, seminarlarda və reklam-informasiya tədbirlərində qarşılıqlı iştirak təmin ediləcək, turizm sahəsində investisiya layihələrinə dair məlumat mübadiləsi aparılacaq, Rusiyanın qabaqcıl ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılması imkanları müzakirə olunacaq.
Beləliklə, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın həyata keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
- Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi də Rusiyada keçirilən görüşlərdə əsas müzakirə mövzularından olub...
- Tamamilə doğrudur. Energetika sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı xüsusi diqqət göstərilən məsələlərdəndir. Artıq qeyd olunduğu kimi səfər zamanı “Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi, “Qazprombank” Səhmdar Cəmiyyəti, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında sazişlər və “Rosneft” Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında müqavilə imzalanıb. Bu sənədlər SOCAR-ın Rusiyanın neft-qaz şirkətləri ilə səmərəli və uzunmüddətli əməkdaşlığını nəzərdə tutur.
Bununla yanaşı, dövlət başçılarının görüşlərində hər iki ölkənin energetika sistemlərinin paralel rejimdə fəaliyyət göstərdiyi qeyd olunub. Görüşlərdə Azərbaycan və Rusiya enerji sistemləri arasında 330 kVt-luq ikinci dövlətlərarası “Yaşma-Dərbənd” elektrik verilişi xəttinin tikintisi məsələsi müzakirə olunub. Bu, mövcud elektrik verilişi gücünü 600 mVt-dək artırmağa imkan yaradacaq və Rusiya-Azərbaycan-İran enerji dəhlizinin inkişafına töhfə verməklə, Azərbaycan və Rusiyanın enerji təhlükəsizliyinə xidmət edəcək.
- Dövlət başçılarının görüşlərində nəqliyyat-tranzit sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı mühüm istiqamətlərdən biri kimi qeyd edilib.
- Azərbaycan Respublikası Prezidentinin Rusiyaya səfəri zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin region üçün əhəmiyyəti, tranzit və yükdaşımaların həcminin artmasında önəmi xüsusilə vurğulanıb.
Belə ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və bu baxımdan əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görülür. Azərbaycan və Rusiya arasında avtomobil, dəmir yolları və hava nəqliyyatı ilə sərnişin və yükdaşımalar həyata keçirilir.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi nəinki Azərbaycan, həm də digər ölkələr, eləcə də Rusiya üçün nəqliyyat-tranzit sahəsində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Rusiyada keçirilən görüşlərdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycanın bütün infrastruktur layihələrini həyata keçirdiyi, nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığı xüsusilə vurğulanıb. Qeyd olunub ki, bu nəqliyyat dəhlizinin potensialı daha böyükdür. Bu dəhliz daha çox ölkəni əhatə etməklə, iqtisadi-ticari əlaqələrin genişlənməsində və tranzit imkanlarının artmasında faydalı ola bilər. Hazırda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin ayrı-ayrı hissələri üzrə işlər davam etdirilir. Nəqliyyat dəhlizinin bir hissəsi olan və Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycan-Rusiya nəqliyyat və ticarət əlaqələrinin inkişafına, yük daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
Səfər zamanı, həmçinin Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirməsi imkanları, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması məsələləri də müzakirə edilib. Görüşlərdə gömrük infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı vurğulanıb.
- Azərbaycandan Rusiyaya ənənəvi olaraq daha çox kənd təsərrüfatı məhsulları ixrac olunur. İxracın həcminin artırılması üçün hansı tədbirlər görülür?
- Qeyd etməliyəm ki, kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsi, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz satışının artırılması dövlət başçıları tərəfindən qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Bu sahədə əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının nəzdində müvafiq İşçi Qrup fəaliyyət göstərir. İşçi Qrup tərəfindən görülmüş tədbirlər nəticəsində indiyədək 20-dən çox Azərbaycan müəssisəsi Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin reyestrinə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri ət və süd məhsullarının maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə razılıq verilib.
Yeri gəlmişkən deyim ki, mütəmadi olaraq keçirilən videokonfranslarda istehsalçıların və fermerlərin Rusiya bazarına daha rahat çıxışı üçün yaradılan əlavə imkanlar barədə qarşı tərəf məlumatlandırılır, ortaya çıxan məsələlərin operativ həlli üçün müvafiq tədbirlər görülür, bu məhsulların istehsalını və ixracını artırmaq üçün müxtəlif stimullaşdırma mexanizmləri tətbiq edilir.
Bundan başqa, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri Rusiyada keçirilmiş “Worldfood”, “Prodexpo” və sair kimi önəmli sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub, ölkəmizin meyvə və meyvə şirələrinə dair “Rossiya 24” telekanalında reklam çarxları nümayiş etdirilib. Bu ilin sonunadək Rusiyaya yeni ixrac missiyaları təşkil olunacaq, Azərbaycanın 30-dan çox şirkətinin məhsulları sentyabrda qonşu ölkədə keçiriləcək “Worldfood Moscow” Sərgisində vahid ölkə stendində nümayiş etdiriləcək. Qeyd edim ki, 2017-ci ildə olduğu kimi, bu il də Azərbaycan “Worldfood Moscow” Sərgisinin eksklüziv tərəfdaşıdır. Bu tədbirlər çərçivəsində Azərbaycanın kənd təsərrüfatı və emalı məhsullarının Rusiyaya ixracına dair müqavilələr bağlanıb və hazırda bu müqavilələr üzrə ixrac davam etdirilir.
Görülən işlərin nəticəsi olaraq, 2017-ci ildə Rusiyaya meyvə ixracı 20,9 faiz, tərəvəz ixracı isə 58,4 faiz artıb. Bu ildə də artım meyili davam edir. Belə ki, 2018-ci ilin birinci yarısında meyvə ixracında 70,6 faiz, tərəvəz ixracında isə 10,3 faiz artıma nail olunub.
- Cənab nazir, Azərbaycan-Rusiya əlaqələrinin hazırkı vəziyyəti, imzalanmış sənədlərin əməkdaşlığın gələcək inkişafında rolu barədə nə deyərdiniz?
- Əvvəlcə qeyd edim ki, Azərbaycanla Rusiya arasında ticarət, investisiya, sənaye, energetika, aqrar, nəqliyyat və tranzit daşımaları, səhiyyə, gömrük, bankçılıq, idman, turizm və digər sahələr üzrə çoxşaxəli əməkdaşlıq həyata keçirilir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ölkələrimiz arasında ticarət dövriyyəsi dinamik olaraq artır. Rusiya idxala görə Azərbaycan üçün əsas tərəfdaşdır, qeyri-neft məhsullarımızın ixracı üzrə birinci yerdədir. Bununla belə, ticarət əlaqələrinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlər davam etdirilir.
Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin məhz Rusiya Federasiyasında yaradılması iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən önəmin göstəricisidir. Bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malik mexanizmdir. 2018-ci ilin sonunadək İş Mərkəzində şərab və çay evləri fəaliyyətə başlayacaq. Bu il, həmçinin Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Ticarət Evinin, Moskva və Sankt-Peterburq şəhərlərində isə Azərbaycan Şərab evlərinin açılması planlaşdırılır. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunun yaradılması istiqamətində görülən işlər ticarət əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfələrdir.
Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin inkişafında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının fəaliyyəti də qeyd edilməlidir.
Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları və birgə layihələr həyata keçirilir. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə qoyulub, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarından artıq investisiya yatırıb. Azərbaycanda Rusiya kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir.
“SOCAR Polymer” layihəsi və Pirallahı Sənaye Parkında yaradılan Azərbaycan-Rusiya birgə əczaçılıq müəssisəsi iqtisadi əməkdaşlığımızın önəmli nümunələrindəndir. “SOCAR Polymer” polipropilen qurğusu artıq fəaliyyət göstərir, yüksək təzyiqli polietilen qurğusu bu ilin sonunadək istismara veriləcəkdir. Əczaçılıq zavodunda qablaşdırma xəttinin isə 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.
2015-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq, hazırda Gəncə avtomobil zavodunda “KamAZ” markalı yük maşınları yığılır. Bu sahədə əməkdaşlığın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində kiçik tonnajlı “QAZ” markalı avtomobillərin yığılması barədə razılıq əldə edilib və bu məqsədlə Sənaye Məhəlləsində zavod tikiləcəkdir.
Azərbaycan, həmçinin Rusiyanın federal subyektləri ilə də sıx əməkdaşlıq edir və Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardandır. Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodları, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və sair Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdəndir.
Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar təşkil edilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. Növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun bu ilin sentyabrın sonunda ölkəmizdə keçirilməsi nəzərdə tutulur.
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivlərinə gəlincə isə, ölkəmiz əlaqələrin genişlənməsinə xüsusi önəm verir və bu baxımdan sənaye, neft maşınqayırması, turizm, tranzit, Rusiya şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda investor kimi iştirakı, birgə müəssisələrin yaradılması, qeyri-neft məhsullarımızın Rusiyaya ixracının, regionlararası əməkdaşlığın genişləndirilməsi və sair sahələrdə əməkdaşlıq imkanları genişdir.
İqtisadi sahə ilə yanaşı, digər sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirilir. Humanitar sahədə ölkələrimiz arasında əlaqələrin inkişafında Heydər Əliyev Fondunun və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) mühüm xidmətləri vardır.
Ölkələrimizin təhsil sahəsində də əlaqələri inkişaf edir. Bu baxımdan, Azərbaycanda M.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının uğurlu fəaliyyəti xüsusilə qeyd olunmalıdır.
Qeyd edim ki, Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb, rus və digər slavyan dillərinin tədris edildiyi Bakı Slavyan Universiteti, Azərbaycanın Təhsil Nazirliyinin tabeliyində olan 14 ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə rus bölmələri fəaliyyət göstərir.
Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri, səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsində, mövcud potensialın daha dolğun reallaşdırılmasında böyük təkan olmaqla, dövlət başçılarının müəyyənləşdirdiyi prioritetlər üzrə qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası iqtisadi-ticari əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.

 
  • Oxunub:  6300  |  
  • Tarix:  06-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+4 +6