A+   Yenilə  A-
“Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib

Sentyabrın 7-də “Naxçıvan” Universitetində “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, beynəlxalq konfransın iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov beynəlxalq konfransda çıxış edərək qeyd edib ki, beş min illik şəhər mədəniyyətinə malik olan Naxçıvanın zəngin tarixi-mədəni irsi İslam Mədəniyyətinin Paytaxtı kimi onun əhəmiyyətini daha da artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin Sədri Vasif Talıbovun dediyi kimi, “Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulmuş, türk-islam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”.
Ali Məclis Aparatının rəhbəri bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, tarixi-mədəni irsin, eləcə də İslam dəyərlərinin qorunmasına xüsusi diqqət yetirilir. Muxtar respublikada 211 məscid var. Onlardan 169-u yeni tikilib və ya yenidən qurulub, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilərək dindarların və zəvvarların ixtiyarına verilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında din elmi şəkildə öyrənilir və təbliğ olunur. Dini dəyərlərin olduğu kimi təbliğinə xidmət edən və onun mahiyyətini açan kitablar nəşr edilir. “Naxçıvan” Universitetinin dinşünaslıq ixtisasında İslam dininin əsasları tədris olunur. Görülən tədbirlərin nəticəsidir ki, müxtəlif məzhəb və təriqətlərin nümayəndələri məscidlərdə birgə ibadət edirlər. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” loqotipi, üzərində loqotip əks olunmuş zərf və poçt markası, buklet və döş nişanları hazırlanıb.
2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Bu gün öz işinə başlayan “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda Beynəlxalq konfrans da Tədbirlər Planına uyğun olaraq görülən işlərin davamıdır.
Əli Həsənov beynəlxalq konfransın Naxçıvanın zəngin türk-islam mədəniyyətinin öyrənilməsi işinə mühüm töhfə olduğunu bildirib, konfrans iştirakçılarını salamlayıb və konfransa öz işində uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan: İslam mədəniyyətinin yaşadıldığı məkan” mövzusunda çıxış edərək deyib ki, Naxçıvan şəhəri qədim və zəngin tarixə malikdir. Dünyada ilkin şəhər mədəniyyətinin yaranmasının beş min illik tarixi olan şəhərlər az saydadır. Həm də bu tarixdə çox böyük zənginlik olub. Bu zənginliyi yaradan ərazinin qədim sakinləri və Naxçıvanın Böyük İpək Yolu üzərində yerləşməsidir. Naxçıvanın Yaxın və Orta Şərqin şəhərləri, eləcə də digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərib. Böyük İpək Yolu ilə hərəkət edən ticarət karvanları, bölgəyə gələn tacirlər, səyyahlar, alimlər Naxçıvanın bu inkişafını görüb, öz yol qeydlərində bu haqda bəhs ediblər. Ona görə də orta əsr mənbələrində Naxçıvan ərazisi, xüsusilə Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatlar veriblər. Bu mənbələrdə Naxçıvan şəhəri “Yer üzərində bundan daha çox əhalisi olan şəhər yoxdur”, “Təbriz və Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yoxdur”, “Şəhərdə çoxlu saray, köşk və eyvan vardır” və başqa bu kimi ifadələrlə “Nəqşi-cahan” epiteti tərənnüm olunub, “Naxçıvan İslamın ən güclü dayaqlarından biri” adlandırılıb. Bu gün də Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, Naxçıvan şəhərinin müasir inkişafı bu şəhərin İslam Mədəniyyətinin Paytaxtı kimi tarixi missiyasını şərtləndirir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Bölgədə İslam dini və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yeri və rolu” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın bu ulu diyarı dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Naxçıvan tarixən təktanrıçılığın məskəni olub. Bu torpaqda böyük mədəniyyət formalaşıb. Naxçıvan abidələrində islami dəyərlər və dünyəvilik vəhdətdə götürülüb. Zəngin tarixə malik olan bu diyar İslam mədəniyyətinə, bəşəri və insani dəyərlərə töhfə verməkdədir.
İstanbul Universitetinin müəllimi, professor Oktay Belli “Naxçıvanda olan türk-islam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyəti” mövzusuna toxunaraq qeyd edib ki, bu konfrans türk tarixi üçün böyük əhəmiyyət daşıyır. Çünki Naxçıvanın türk dünyasında çox böyük yeri və rolu vardır. Bu qədim diyar olduqca zəngin tarixə malikdir. Bu ulu torpaq tarixi-mədəni abidələri ilə öz qədim keçmişindən xəbər verir. Körpülər, abidələr, karvansaraylar, məscidlər, hamamlar türk xalqının bu torpağa vurduğu naxışlardır və bu xalqın tarixinin nə qədər köklü olduğunu sübut edir.
Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş “İslam motivli tac qapıların quruluşunda Naxçıvanın rolu”, Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı “XII-XIII əsrlər Arazətrafı Naxçıvan arxeoloji ehkamlarına dair təəssüratlar” mövzularında məruzələr ediblər. Məruzəçilər qeyd ediblər ki, Naxçıvanın mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyanın beşiklərindən biri olduğunu nümayiş etdirir. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Məhz bu baxımdan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir.
Sonra konfrans öz işini bölmələrdə davam etdirib.

 
  • Oxunub:  5370  |  
  • Tarix:  08-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24