A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 68-ci kitabı çapdan çıxıb
Əsrlərboyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaradıb. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşayıblar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya multilkulturalizm mərkəzlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 68-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2015-ci il aprelin 28-də III Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 68-ci kitabındakı materiallar 2015-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.
Nəşrdə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərinə, Ər-Riyadda və Ciddə şəhərlərində keçirdiyi görüşlərə, Məkkədə Ümrə ziyarətində olmasına və Mədinədə Peyğəmbər məscidini ziyarət etməsinə, Türkiyə Respublikasına və Rusiya Federasiyasına işgüzar səfərlərinə dair materiallar toplanıb. Həmçinin dövlətimizin başçısının Azərbaycana rəsmi səfərə gəlmiş Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Vyetnam Sosialist Respublikasının Prezidenti ilə görüşləri, Azərbaycan-Vyetnam biznes-forumunda çıxışı, mətbuata bəyanatı, Fransa Prezidentinin ölkəmizə işgüzar səfəri zamanı apardığı danışıqlar barədə informasiyalar yer alıb.
Azərbaycan Prezidentinin Serbiya, Rusiya, İtaliya, Malta, Fransa, Latviya, Yaponiya, Türkiyə, Almaniya və digər dövlətlərin, Avropa İttifaqı, BMT, İslam Həmrəyliyi İdman Federasiyası, Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsini, Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşləri əks etdirən materiallarla bu kitabda tanış olmaq mümkündür.
Nəşrə dövlətimizin başçısının XVIII Avrasiya İqtisadi Zirvə toplantısının, “Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda II Beynəlxalq Elmi Konfransın, “İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq Konfransın, “Bakı Ürək günləri” IV Beynəlxalq Konqresin iştirakçılarına məktublarının, Pasxa bayramı münasibətilə Azərbaycanın Pravoslav Xristian İcmasına təbrikinin, digər məktub və təbriklərinin mətnləri də daxil edilib.
Bu kitabda “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı dövlətimizin başçısının Avropa Oyunları parkının, Veloparkın, Bakı Su İdmanı Sarayının açılış mərasimlərində iştirakına, Bakı İdman Sarayında, Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığına dair informasiyalar, birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində çıxışı da əksini tapıb.
Çoxcildliyin 68-ci kitabına Prezident İlham Əliyevin Bakı “Ağ şəhər” bulvarında tikinti işlərinin gedişi ilə tanışlığına, “AITF-2015” XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi, XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi və IX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanışlığına dair materiallar, III Qlobal Bakı Forumunun, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimlərində, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının sessiyasında nitqləri daxil edilib. Həmçinin kitabda dövlətimizin başçısının Bakıda “Rossiya-24” telekanalına, Vyetnam İnformasiya Agentliyinə müsahibələrinin mətnləri yer alıb.
Nəşrə Prezident İlham Əliyevin Astara rayonuna, Lənkəran şəhərinə səfərlərinə, bölgələrdə infrastruktur obyektlərinin açılış mərasimində iştirakına, sənaye və mədəniyyət müəssisələrində yenidənqurma işləri ilə tanışlığına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqləri daxil edilib. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.
“Azərnəşr” tərəfindən buraxılan 68-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 
  • Oxunub:  7950  |  
  • Tarix:  11-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24