A+   Yenilə  A-
Azərbaycanın bölgələrində payızlıq əkin işlərinə başlanılıb

Fermerlər yüksək məhsuldarlıq əldə etmək üçün torpağa səpilən toxumun keyfiyyətinə xüsusi diqqət yetirirlər
Azərbaycanda bütün sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafı bu il də davam etməkdədir. Məhz bunun nəticəsidir ki, bu ilin arxada qalan aylarında da bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə yüksək məhsuldarlıq əldə edilib. Eyni zamanda, hazırda regionlarda kənd təsərrüfatının ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq istiqamətlərinin intensiv şəkildə inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Bütün ölkə boyu fermerlərə verilən güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsal və ixrac imkanları yaradır. Ən əsası, kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsi bu sahəyə olan marağın da artmasına yol açır.
Qeyd edək ki, hazırda bölgələrdə payızlıq əkin işlərinə başlanılıb. Əkin zamanı fermerler yüksək məhsuldarlıq əldə etmək üçün toxumçuluq məsələsinə də xüsusi diqqət yetirirlər. Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlər davam etdirilir. Bununla bağlı daimi olaraq fermerlərin yanında olmaq, qarşılaşdıqları problemləri yerində həll etmək, bu sahədə müvafiq bilgilər vermək, yeni innovativ texnologiyaların tətbiqi və əyani nümayişi qarşıya qoyulan əsas vəzifələrdəndir. Bununla əlaqədar olaraq sentyabrın 15-də Zaqatala rayonunda, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında bölgənin toxumçuluqla məşğul olan fermerlərinin iştirakı ilə “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumlarının təmizlənməsi, dərmanlanması və qablaşdırılması” mövzusunda regional müşavirə keçirilib.
Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Məsləhət Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssislərinin də iştirak etdiyi tədbirdə respublikada toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi sahəsində görülən işlər, fermerlərin qarşılaşdıqları problemlər ətraflı müzakirə olunub.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Respublikada toxumçuluğun inkişafında innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Xidmətin rəisi bildirib ki, kənd təsərrüfatı qeyri-neft sektorunun ən böyük potensiala malik sahələrindən biridir. Kənd təsərrüfatının strateji sahələrindən biri də toxumçuluqdur. Toxumçuluq kənd təsərrüfatının bünövrəsini təşkil edir. Çünki bitkiçilik məhsullarının istehsalı ilk növbədə keyfiyyətli toxumdan asılıdır. İmran Cümşüdov deyib: “Qarşımızda duran ən mühüm vəzifə ondan ibarətdir ki, ölkəmizin bütün məhsullar, o cümlədən strateji bitkilər üzrə toxuma olan tələbatını yerli istehsal hesabına təmin edək. Dövlətin bu sahəyə çox güclü dəstəyi var. Bunu fermerlərin özləri də hiss edirlər. 2015-ci il martın 2-də Prezident İlham Əliyevin Sərəncamı ilə Toxum Fondu yaradılıb. Quruma xeyli vəsait ayrıldı ki, fermerləri, məhsul istehsalçılarını gələcəkdə keyfiyyətli, sertifikatlı toxumla təmin etmək mümkün olsun”.
Xidmətin rəisi bildirib ki, kənd təsərrüfatının bütün sahələrinə dövlətin qayğısı var. İstehsal prosesinin bütün mərhələlərində dövlət fermerlərin yanındadır. Dünyanın heç bir ölkəsində dövlət tərəfindən fermerlərə bu qədər diqqət və qayğı göstərilmir. Ona görə də fermerlər bu qayğıya cavab olaraq, keyfiyyətli məhsul istehsal etməlidirlər.
Regional müşavirədə həmçinin Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə rayonda bitkiçilik məhsullarının yığımının vəziyyəti, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktor müavini Atif Zamanov “Yüksək reproduksiyalı dənli və dənli-paxlalı bitki toxumlarının istehsalı”, Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov “Yeni, yüksək məhsuldar sortların ilkin toxumçuluğunun təşkili”, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzlu “Toxumçuluq təsərrüfatlarının standartlara uyğun toxum istehsalı” mövzularında çıxışlar ediblər.
Sonra toxumçuluqla məşğul olan fermerlərin, təsərrüfat rəhbərlərinin sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb. Müşavirənin sonunda iştirakçılar toxum istehsalında innovativ texnologiyaların tətbiqi, toxumtəmizləmə qurğuları ilə toxumun təmizlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə əyani şəkildə tanış olublar.
Hazırda bir sıra rayonlarda taxıl əkini ilə bağlı lazımi tədbirlər görülür. Belə ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər payız səpininə başlayıblar. Laçın Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu günədək 417,5 hektarda payız şumu qaldırılıb, 75 hektarda xəsil üçün səpin işləri aparılıb. Taxtakörpü ərazisində payızlıq taxıl üçün 1300 hektara yaxın sahədə səpin aparılacağı gözlənilir.
Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar. Məcburi köçkünlər ötən ilin payızında 2981,8 hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkiləri, o cümlədən 1122,5 hektarda dənli bitkilər, 1837 hektarda yonca əkib, taxıl sahələrindən 2440 ton məhsul götürüblər.
Ağstafa rayonundakı sahələrdə isə payız şumunun qaldırılmasına başlanılıb. Bu il rayonda 15 min hektar sahədə şumun qaldırılması proqnozlaşdırılır. Qeyd edilib ki, bu, ötən illə müqayisədə 3 min hektar çoxdur. Bu vaxta qədər təsərrüfat sahibləri tərəfindən 3 min 500 hektar sahədə şum qaldırılıb. Hazırda rayonda yerləşən “Aqrolizinq” ASC-nin texnikaları fermerlərə yaxından komək göstərirlər.
Bu proses Naxçıvan Muxtar Respublikasında da uğurla davam edir. Muxtar respublikanın dağlıq ərazilərində yerləşən Şahbuz rayonunda torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün sahələrdə şum işinə başlayıblar. Hazırda Şahbuz şəhəri, Türkeş, Mahmudoba, Şahbuzkənd, Sələsüz və Daylaqlı kəndlərinin taxılçıları 100 hektardan çox sahədə şum qaldırıblar. Rayon dağlıq ərazidə yerləşdiyindən burada muxtar respublikamızın digər bölgələrindən fərqli olaraq payızlıq taxıl əkini daha tez həyata keçirilir. Mütəxəssislər burada sentyabr ayının 15-dən başlayaraq payızlıq taxıl səpini aparmağı məsləhət görürlər.
Yaxşı məhsul götürmək üçün əsas amillərin rayonlaşdırılmış taxıl sortlarından istifadə edilməsi, mineral və üzvi gübrələrin vaxtında və normada verilməsi olduğunu nəzərə alan torpaq mülkiyyətçiləri bu məsələləri də diqqətdə saxlayırlar.
Qeyd edək ki, şahbuzlu taxılçılar cari ilin məhsulu üçün ötən ilin payızında əkdikləri 1615 hektar sahədən 4 min 432 ton məhsul götürüblər. Həm əkilən sahələrdə, həm də məhsul istehsalında ötənilki göstəricilərlə müqayisədə bu il xeyli artım müşahidə olunub. İldən-ilə daha bol məhsul əldə edən torpaq mülkiyyətçiləri bir neçə ildir ki, rayon ərazisindəki dəmyə torpaq sahələrində də əkinə başlayıblar.
Yeri gəlmişkən onu da bildirək ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara yeni kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar verilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə bu günədək ümumilikdə 2367 kənd təsərrüfatı texnikası alındığını bildirib. Bunun 313-ü cari ilin ötən dövrünün payına düşür. Alınan müxtəlif adda kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların 1829-u lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılıb.
Sonra lizinq yolu ilə satılan yeni texnikaların sənədləri sahibkarlara təqdim olunub. Həmin gün 11 mülkiyyətçiyə 5 traktor, 5 kotan, 2 taxılsəpən, 1 rotorlu otbiçən və 1 presvuran olmaqla, 14 ədəd texnika və texnoloji avadanlıq verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığına uyğun olaraq bu texnika və texnoloji avadanlıqların lizinq, nağd və köçürmə yolu ilə sahibkarlara satılması həyata keçirilir. Görülən bu tədbirlər muxtar respublikada aqrar sahənin, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Hazırda kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Texnikanın dəyərinin 40 faizi 9 il müddətinə ödənilir. Bu da aqrar sahənin, xüsusilə ailə təsərrüfatlarının inkişafına mühüm töhfədir.
Ümumilikdə isə, Azərbaycan hökuməti aqrar sahənin inkişafı, kənd təsərrüfatı məhsullarının ixracının artırılması üçün zəruri tədbirləri davam etdirir. Sentyabrın 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən İxracatçılar Klubunun növbəti iclası da bu məqsədə xidmət edir. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-yə yaxın şirkətin nümayəndəsinin iştirak etdiyi tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib, İxracatçılar Klubu və “Dövlət Aqrar Ticarət Şirkəti” MMC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu vurğulayıb, Azərbaycan məhsullarının ixracı, “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı görülən işləri diqqətə çatdırıb. Yusif Abdullayev İxracatçılar Klubunun fəaliyyəti, klub tərəfindən ixracatçılara dəstək məqsədilə həyata keçirilən tədbirləri də qeyd edib.
“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova çıxışında MMC-nin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində təsis edildiyini və əsas məqsədlərindən birinin fermerlərə satış imkanlarının, xarici bazarlara çıxışın genişləndirilməsində dəstək göstərmək olduğunu qeyd edib, bu istiqamətdə İxracatçılar Klubu ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  5820  |  
  • Tarix:  18-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24