A+   Yenilə  A-
YAP Gənclər Birliyinin DEMYC təşkilatına üzv seçilməsi böyük uğurdur

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Ramin müəllim, YAP Gənclər Birliyi beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində nə kimi işlər görməkdədir? Bu yöndə hansı nəticələr əldə olunub?
- Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində son illər böyük uğurlara nail olub. Bu uğurlar bütün istiqamətlər üzrə özünü ifadə edir. Xüsusilə dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyət şəraitində ölkəmiz həm regional, həm də qlobal miqyasda həyata keçirdiyi siyasət və layihələrlə sülh və təhlükəsizliyə, qarşılıqlı əmakdaşlığa böyük töhfələr verir. Bu amil isə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu gündən-günə artırmaqdadır. Təbii ki, bu uğurlara Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uzaqgörən, düşünülmüş siyasət nəticəsində nail olunub.
Bütün bunlarla yanaşı, Azərbaycanda mövcud olan demokratik mühit, siyasi plüralizm, siyasi partiyaların geniş fəaliyyəti, vətəndaş cəmiyyəti quruculuğundakı nailiyyətlər də məhz beynəlxalq ictimaiyyətin ölkəmizə olan marağını daha da artırır. Bu mənada, Yeni Azərbaycan Partiyasının hakim partiya olaraq ölkəmizin inkişafında yaxından iştirak etməsinin, Azərbaycanın uğurlarını həm ölkə ictimaiyyətinə çatdırmaq və dünyada təqdim etmək baxımından xüsusi rolu var. Bilirsiniz ki, YAP-ın geniş beynəlxalq əlaqələri mövcuddur və bu əlaqələr ölkəmizin beynəlxalq imicinin güclənməsi üçün vacib rol oynayır. Hazırda YAP bir sıra beynəlxalq təşkilatların üzvüdür, həm də bir çox ölkələrin siyasi partiyaları ilə çox sıx münasibətlərə malikdir. Təbii ki, bu amil partiyamızın beynəlxalq aləmdə nüfuzunun davamlı olaraq artmasına müsbət təsir göstərir.
Bildiyiniz kimi, partiya rəhbərliyinin dəstəyi ilə YAP Gənclər Birliyi də beynəlxalq əlaqələrini genişləndirir, bu istiqamətdə uğurlar qazanır. YAP Gənclər Birliyi neçə illərdir ki, beynəlxalq gənclər təşkilatları, ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə fəal əməkdaşlıq edir. Biz gənclərlə bağlı olan beynəlxalq təşkilatlara üzv olmağa çalışırıq. İndiyə qədər Gənclər Birliyinin təşəbbüsü ilə ölkəmizdə və xaricdə müxtəlif layihələr həyata keçirilib və bu proses davam etməkdədir.
Son illər ərzində Azərbaycan gəncliyi bu sahədə müxtəlif uğurlar əldə edib və partiyamızın Gənclər Birliyi də bundan kənarda qalmayıb. Qeyd edim ki, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələri iki istiqamətdə davam edir. Bunlardan biri beynəlxalq gənclər təşkilatları ilə əlaqələrin qurulması və genişləndirilməsi, digəri isə ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə ikitərəfli əlaqələrin qurulmasıdır.
Biz bir sıra təşkilatlar və partiyaların gənclər qolları ilə əməkdaşlıq haqqında sənəd imzalamışıq. Belə ki, həm Avropa, həm də Asiyada bir neçə təşkilatla fəal əməkdaşlıq edirik. Biz həmin təşkilatların bəzilərinin üzvüyük, bəzilərilə isə gələcək platformalarda əməkdaşlıqla bağlı ilkin razılıq əldə etmişik. 2011-ci ildən etibarən YAP Gənclər Birliyi Avropa Xalqları Partiyası (EPP) gənclər təşkilatları ilə əlaqələrin qurulması və genişləndirilməsini prioritet kimi qəbul etdi. Nəticə etibarilə EPP-nin tələbə-gənclər təşkilatı olan EDS ilə uzun illərdir ki, aktiv əməkdaşlıq edirik. Amma paralel olaraq digər güclü təşkilatlar da var və biz onlarla da əməkdaşlığa maraqlıyıq.
- YAP Gənclər Birliyinin Avropa Demokratik Gənclər Birliyi (DEMYC) ilə də fəal əməkdaşlıq münasibətləri var. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, əməkdaşlıq etdiyimiz təşkilatlardan biri də DEMYC təşkilatıdır. DEMYC Avropada fəaliyyət göztərən beynəlxalq gənclər təşkilatıdır və eyni zamanda, dünyada fəaliyyət göstərən gənclik qurumlarını öz sıralarında birləşdirməkdədir.
DEMYC 1960-cı illərdən fəaliyyət göstərir, Avropanın qocaman gənclər təşkilatıdır. Vaxtilə həmin təşkilata sədrlik etmiş insanlar sonradan Böyük Britaniya, İtaliya, Fransa kimi güclü dövlətlərin baş naziri, xarici işlər naziri olublar. Yəni bu təşkilat çox böyük nüfuza sahibdir.
YAP Gənclər Birliyi 2014-cü ildən DEMYC-in müşahidəçi statuslu üzvü idi. Belə ki, 2014-cü ildə DEMYC-in Bosniya və Hersoqovinada keçirilən Mərkəzi Şura iclasında partiyamızın Gənclər Birliyi öz namizədliyini irəli sürdü və təşkilatda müşahidəçi statusu əldə etdi. Bu, böyük uğur idi. Bu fakt qocaman təşkilata üzv olmaqla yanaşı, Avropa dəyərlərinin Azərbaycan gəncliyi arasında təbliğ olunması, eyni zamanda, bizim milli mənəvi dəyərlərimizin, Azərbaycan həqiqətlərinin Avropada təbliği baxımından əhəmiyyətli idi. Amma müşahidəçilik statusu müəyyən mənada bəzi məhdudiyyətlər də yaradırdı. Biz təşkilatın bütün tədbirlərində iştirak etsək də, öz fikirlərimizi bildirsək də, qurumun seçkili orqanlarında, qərarların qəbulu məsələsində iştirak edə bilmirdik. Buna görə də DEMYC-in tam hüquqlu üzvü olmaq üçün işlərə başladıq.
Bu ilin aprel ayında təşkilatın Monteneqroda keçirilən növbəti Mərkəzi Şurasının iclası zamanı YAP Gənclər Birliyi tərəfindən DEMYC-ə tam hüquqlu üzv olmaq üçün rəsmi şəkildə müraciət edildi. Orada qəbul olunan qərarlardan biri növbəti iclasın Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi oldu. Qərara alındı ki, həmin iclasda YAP Gənclər Birliyinin üzvlük məsələsinə baxılsın.
- Bu günlərdə DEMYC-in Mərkəzi Şurasının Bakı şəhərində keçirilən iclasında YAP Gənclər Birliyinin bu təşkilata üzv seçilməsi haqqında qərar qəbul olundu. Bütövlükdə, iclasın və qəbul olunan qərarların önəmi haqqında fikirlərinizi bilmək istərdik...
- 13-16 sentyabr tarixlərində DEMYC-in nümayəndələri ölkəmizdə oldular və Bakıda, Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında qurumun Mərkəzi Şurasının növbəti iclası keçirildi. İclasda 18 ölkədən 39 təşkilatın nümayəndəsi iştirak edirdi. Bu iclasda Meksikadan tutmuş Kambocaya, Rusiyadan Hindistana, Mərakeşdən Finlandiyaya qədər nümayəndələr iştirak etdilər. YAP Gənclər Birliyinin təşəbbüsü ilə İCAPP-ın gənclər qolunun nümayəndələri də bu iclasda iştirak etdilər. İclasda dünyada baş verən proseslər də müzakirə edildi və problemlərin həllində dünya gənclərinin həmrəylik göstərməsinin, sülh və təhlükəsizliyə töhfələr verməsinin zəruriliyi vurğulandı. Eyni zamanda, iclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş təqdimat oldu. Ermənistanın işğalçılıq siyasətinin nəticələri faktlarla təşkilat üzvlərinin diqqətinə çatdırıldı.
Xarici qonaqlar səfər çərçivəsində hökumət üzvləri ilə, ADA Universitetində, Gənclər Fondunda görüşlər keçirdilər, Milli Məclisdə “dəyirmi masa” baş tutdu. Bütün bu tədbirlərdə açıq və geniş fikir mübadiləsi aparıldı, qonaqları maraqlandıran suallar cavablandırıldı. Bütövlükdə, bu görüşlər hər iki tərəf üçün faydalı oldu.
Bizim üçün əsas məsələ YAP Gənclər Birliyinin bu təşkilata üzvlük məsələsi idi. Bu, göründüyü qədər rahat, müqavimətsiz məsələ deyildi. Çünki Azərbaycanın uğurlarına sevinməyən, gəncliyimizin Avropa, yaxud digər platformalarda təmsilçiliyinə mane olmaq istəyən qüvvələr də mövcuddur. Onlar hər zaman bizə qarşı fəaliyyət göstərirlər. YAP Gənclər Birliyinin fəaliyyəti, partiya rəhbərliyinin bizə dəstək verməsi nəticəsində biz öz uğurlarımızı DEMYC təşkilatının bütün üzvlərinə geniş şəkildə çatdıra bilmişik. Bu imkandan səmərəli istifadə olundu və YAP Gənclər Birliyi təşkilatın tam hüquqlu üzvü seçildi.
- DEMYC təşkilatına üzvlük YAP Gənclər Birliyinə nə kimi dividendlər gətirir?
- Yuxarıda qeyd etdiyim kimi, təşkilata müşahidəçi statusda üzv olmaq müəyyən məhdudiyyətlər yaradırdı və biz quruma tam hüquqlu üzv olmaqla bu məhdudiyyətlər aradan qaldırıldı. Əsas üstünlük ondan ibarətdir ki, növbəti mərhələdə, partiyamızın Gənclər Birliyinin üzvləri üçün yeni imkanlar açılır. Onlar bu kimi təşkilatlara üzv olmaqla Avropa gəncliyinə daha fəal inteqrasiya edərək öz bilik və bacarıqlarını, dünya görüşlərini inkişaf etdirə biləcəklər. Eyni zamanda, YAP Gənclər Birliyi gələcəkdə DEMYC-in seçkili orqanlarında, rəhbər strukturlarında təmsil olunmaq imkanı qazanırlar. Ən əsası odur ki, biz bu təşkilat çərçivəsində Azərbaycan, Qarabağ həqiqətlərini dünya gəncliyinə çatdıra biləcəyik.
DEMYC-ə üzv olmaqla biz bir ilkə imza atdıq. Bildiyim qədər, Azərbaycanda heç bir siyasi partiyanın gənclər qolu belə bir nüfuzlu Avropa təşkilatlarının üzvü deyil. Biz YAP Gənclər Birliyi belə bir uğura imza atmaqla qürur duyuruq.
- Ramin müəllim, qarşıdakı dövrdə YAP Gənclər Birliyi beynəlxalq əməkdaşlıq çərçivəsində hansı layihələr üzərində işləyir?
- YAP Gənclər Birliyi növbəti mərhələdə Azərbaycan gəncliyini dünyada daha geniş şəkildə təmsil etmək, beynəlxalq gənclər təşkilatlarında təmsilçiliyi artırmaq, üzv olduğumuz qurumlar arasında əməkdaşlığı möhkəmləndirmək istiqamətində fəaliyyətini daha da gücləndirməyi nəzərdə tutur.
Bu yöndə DEMYC-in Mərkəzi Şurasının Bakıda keçirilən iclasında YAP Gənclər Birliyi “Körpü” beynəlxalq gənclər əməkdaşlıq platformasının yaradılması təklifini irəli sürüb. Bu təklif DEMYC üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Bu təklif oktyabrda Moskva şəhərində keçiriləcək İCAPP-ın gənclər qolunun Baş Assambleyasının toplantısında da müzakirəyə çıxarılacaq. YAP Gənclər Birliyi İCAPP-ın gənclər qolunun rəhbərliyində təmsil olunur və qurumla çox yaxşı əlaqələrimiz mövcuddur. Ümid edirik ki, həmin təşkilat da bu təklifi dəstəkləyəcək. Bu platformanın həyata keçirilməsinin mərkəzi olaraq Bakının seçilməsi üçün yaxşı imkan var. Çünki Azərbaycan coğrafi baxımdan da Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. YAP Gənclər Birliyi Azərbaycanı beynəlxalq gənclər siyasətinin mərkəzinə çevirmək istəyir. Azərbaycanda bunun üçün kifayət qədər yaxşı şərait var. Bütün bu layihələrin yekunu olaraq ölkə gəncliyi dünya gənclər siyasəti sisteminə daha aktiv, daha dərindən inteqrasiya etmək imkanı əldə edir. Düşünürük ki, növbəti gənc nəsillər üçün bu platforma kifayət qədər uğurlu olacaq.

 
  • Oxunub:  9930  |  
  • Tarix:  18-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 13 ildə uğurla fəaliyyət göstərən BTC Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində həyata vəsiqə qazanıb

15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
15 İyul 10:08
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15 İyul 09:17
Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür
15 İyul 08:54
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib
15 İyul 08:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Gəncədə konsert təşkil edib
15 İyul 08:43
Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb
14 İyul 14:42
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir
14 İyul 14:32
Pərvin Kərimzadə: Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur
14 İyul 14:26
Ölkə ərazisində iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb
14 İyul 14:00
AZƏRBAYCANIN MİLLİ MARAQLARINI HƏR ZAMAN UCA TUTAN DAHİ LİDER
14 İyul 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib
14 İyul 11:34
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+27 +32
gecə+18 +22