A+   Yenilə  A-
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

Prezident İlham Əliyev: Bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər
Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Həyata keçirilən siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Bununla yanaşı, çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib.
O da qeyd edilməlidir ki, Azərbaycanda ötən müddət ərzində ordu quruculuğu sahəsində də sistemli və kompleks işlər aparılıb, bu istiqamətdə mühüm nəticələr əldə edilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir ordu quruculuğu siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, qeyd etdiyimiz kimi, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir.
Ümumiyyətlə, müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Məlum olduğu kimi, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib.
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordu quruculuğu sahəsində planlı, elmi əsaslara söykənən, məqsədyönlü işlər görülüb. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilib. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb. Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də məqsədyönlü işlər görülür. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.
Bir məqamı da xüsusi olaraq vurğulamaq gərəkdir. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb. Ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və digər snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını misal göstərmək mümkündür. Qısa müddətdə Azərbaycanın müdafiə təyinatlı sənayesinin imkanları o səviyyəyə çatıb ki, artıq respublikamızdan xarici bazarlara yüksək rəqabət qabiliyyətinə malik silah, sursat ixrac olunur.
Hərbi paradlar Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi
Bir məqama da xüsusi olaraq nəzər salmaq gərəkdir. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi parad, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu nümayiş etdirdi. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu məqamlara toxunaraq deyib: “Əlbəttə ki, ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Əlbəttə, bizim ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir”.
Bunlarla yanaşı, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini artırıb. Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ və fasiləsiz idarə olunmasına imkan verir. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib. Bunlarla yanaşı, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin arsenalında olan müasir silah kompleksləri və idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Eləcə də bu gün dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər müvafiq bölmələrin istənilən vaxt effektiv fəaliyyətinin tətbiqini mümkün edir. Həmçinin, düşmən haqqında tam və dəqiq məlumatın əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat bölmələrinin lazımi vasitələrlə təchizatı həyata keçirilir. Beləliklə, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və texniki təminatı ən müasir standartlara əsaslanır.
Qeyd etdiyimiz kimi, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir. Ümumiyyətlə, ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm strateji amillərdən biri vətənpərvərlik ruhudur. Əminliklə söyləmək olar ki, yüksək vətənpərvərlik ruhu Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Eyni zamanda, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır.
Ermənistan ordusu Azərbaycan Ordusu ilə rəqabət apara bilməz
Bütövlükdə, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhz Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bir daha bəlli oldu ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş istənilən vəzifəni icra etmək gücündə və əzmindədir. Ermənistan ordusunun təxribatçı hərəkətlərinə layiqli cavab verilməsi, eyni zamanda, böyük ruh yüksəkliyi yaratmış oldu. Yəni bir daha bəlli oldu ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Başqa sözlə, dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və Ermənistan ordusu Azərbaycan Ordusu ilə rəqabət apara bilməz. Reallıq onu göstərir ki, Ermənistanın yeni rəhbərliyi öz məsuliyyətini dərk etmir, absurd bəyanatlar verir və Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atır. Prezident İlham Əliyev bəhs olunan çıxışında bu məqamlara toxunaraq deyib: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər”.
Şübhəsiz ki, ordunun daha da gücləndirilməsi və döyüş qabiliyyətinin daha da artırılması diqqət mərkəzindədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.
Nəticə etibarilə, güclü orduya sahib olan Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Xüsusilə də qeyd etdiyimiz kimi, Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu nümayiş etdirdi.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  6960  |  
  • Tarix:  20-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA