A+   Yenilə  A-
Azərbaycanın ümumi iqtisadi və siyasi inkişafı “Əsrin müqaviləsi”ndən başlamışdır

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmış, ölkəmizə böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır
Qısa müstəqillik dövründə respublikamız əvvəlcə Ümummilli lider Heydər Əliyevin, son 15 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə tarixi nailiyyətlərə imza atıb. Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır. İndiyədək regionda bütün irimiqyaslı enerji və nəqliyyat layihələrinin moderatoru rolunda məhz respublikamız çıxış edib. Eyni zamanda, Azərbaycan xoş məram göstərərək və öz imkanlarını təqdim edərək qlobal əməkdaşlığın, inteqrasiya proseslərinin dərinləşməsinə sanballı töhfələr verir. Qlobal əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr öz növbəsində ölkəmizin beynəlxalq miqyasda siyasi nüfuzunun artmasına müsbət təsir göstərib. Bu gün dünyada Azərbaycana öz hesabına yaşayan ləyaqətli dövlət kimi böyük hörmət bəslənilir.
“Əsrin müqaviləsi” Azərbaycanda güclü inkişaf erasının əsasını qoyub
Müstəqil Azərbaycanın davamlı dinamik inkişafını şərtləndirən bir neçə fundamental amil sadalamaq mümkündür ki, onların içərisində Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılmasını xüsusi qeyd etmək lazımdır. Ulu öndər yeni neft strategiyasını işləyib hazırlayarkən respublikamızda onilliklər ərzində formalaşan ənənələri və mövcud potensialı əsas tutaraq qarşıya çox mühüm hədəflər qoymuşdu. Yeni neft strategiyasını səciyyələndirən əsas cəhət isə ondan ibarətdir ki, burada milli maraqlar qırmızı xətt kimi müəyyənləşdirilib. Zəngin neft-qaz resursları Azərbaycanın mənafeyinə, ölkənin iqtisadi qüdrətinin artmasına, yüksəksəviyyəli insan kapitalının formalaşmasına xidmət etməlidir. Yeni neft strategiyasında bu kimi məqsədlər çox mühüm çağırışlar kimi qarşıya qoyulub.
Başlanğıcda müstəqil Azərbaycanın dinamik, hərtərəfli inkişafını hədəfləyən yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmirdilər. Buna görə də ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırdılar. Bədxah qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün ən müxtəlif məqamları nəzərə alaraq fərqli ssenarilər hazırlamışdılar. Lakin Ulu öndər Heydər Əliyev Öz qətiyyəti və müdrikliyi ilə Azərbaycanı inkişafdan saxlamağa hesablanan bütün bədxah ssenarilərin qarşısını məharətlə aldı. Ulu öndər növbəti dəfə xalqına bağlılığını, əlçatmaz Lider keyfiyyətlərini nümayiş etdirdi və müstəqil Azərbaycanın zəfər salnaməsinin əsasını qoydu.
1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki yuxarıda bəhs olunan çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki nitqində “Əsrin müqaviləsi”nin önəminə xüsusi diqqət çəkib. “Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır”, - deyə dövlət başçısı vurğulayıb.
Artıq 24 ildir ki, “Əsrin müqaviləsi” uğurla icra edilir. Ötən il Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu konsorsiumun payına düşür.
Azərbaycanın yeni neft strategiyasının reallaşdırılması sayəsində şaxələndirilmiş nəql marşrutlarına nail olması da strateji önəm daşıyır. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir.
“Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır.
Yeni əsrin kontraktı Azərbaycanın qarşısında daha geniş imkanlar açır
Ulu öndər Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı və təməlini qoyduğu yeni neft strategiyasının son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılması sayəsində hər cəhətdən güclü dövlətə çevrilən Azərbaycanın həyatında 2017-ci il sentyabrın 14-də daha bir əlamətdar hadisə yaşandı. Bəhs olunan tarixdə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Biz yuxarıda “Əsrin müqaviləsi”nin müstəqillik illərində ölkəmizin inkişafında oynadığı mühüm rol barədə qısa söhbət açdıq. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sazişin imzalanması mərasimində vurğulandığı kimi, yeni sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Bəhs olunan Sazişin bir neçə parametrini sadalamaq kifayətdir ki, bu barədə konkret təsəvvür yaransın.
Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb.
Yeni Sazişin imzalanması beynəlxalq şirkətə çevrilən SOCAR-ın imkanlarının daha da genişlənməsi baxımından da çox önəmlidir. Məlumdur ki, SOCAR artıq transmilli layihələrdə, o cümlədən beynəlxalq emal və kimya layihələrində, qlobal neft və qaz ticarətinin genişlənməsində fəal iştirak edir. Müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri olub. Yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Respublikamız Cənub Qaz Dəhlizi vasitəsilə özünü dünyaya nəhəng ehtiyatlara malik qaz ölkəsi kimi təqdim edir
Azərbaycanın moderatorluğu ilə reallaşdırılan regional və qlobal əhəmiyyətli enerji layihələrindən biri də respublikamızın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi layihəsidir. Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. İlk dəfə idi ki, Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlıq tələb edən layihəyə start verirdi. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Xəbər verildiyi kimi, cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə söylədiyi nitqində Cənub Qaz Dəhlizinin açılışını tarixi hadisə kimi səciyyələndirib. Dövlət başçısı diqqəti ona yönəldib ki, respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatları yalnız müstəqillik illərində ölkəmizin inkişafına, milli maraqlara xidmət edib. “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”, - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, “Şahdəniz” yatağı üzrə kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. O vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək asan məsələ deyildi. Ancaq Cənub Qaz Dəhlizinin açılışı təsdiqlədi ki, Azərbaycan zamanında nə qədər müdrik addım atıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi.
Cənub Qaz Dəhlizi çərçivəsində nümunəvi regional və qlobal əməkdaşlıq formatı yaranıb. Bütövlükdə, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildirib.
Bütövlükdə Cənub Qaz Dəhlizi 3600 kilometr məsafədə uzanacaq. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 40 milyard dollardan çox sərmayə qoyuluşu nəzərdə tutulub.
TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir
Azərbaycan və Türkiyə, eyni zamanda, iki ölkə arasında yüksək səviyyədə olan siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi sahədə münasibətlərini dərinləşdirir və qarşılıqlı sərmayə qoyuluşunu getdikcə artırır. 2018-ci il iyun ayının 12-də qardaş Türkiyənin Əskişəhər şəhərində təntənəli açılış mərasimi keçirilən TANAP iki qardaş ölkənin sıx əməkdaşlığına daha bir nümunədir. Məlumdur ki, son illərdə Azərbaycan qazının Avropa qitəsinə böyük həcmlərdə çatdırılması ilə bağlı bir çox müzakirələr aparılıb və daim yeni təşəbbüslər göstərilib. Lakin əfsuslar olsun ki, aparılan müzakirələr bir nəticə vermirdi. Ayrı-ayrı dairələrdə və ölkələrdə açıq dənizə çıxışı olmayan Azərbaycanın uzaq Avropaya qaz nəql etməsinə septik yanaşılırdı. Belə olan halda Türkiyə və Azərbaycan yeni bir layihəni irəli sürdü. TANAP adlanan bu layihə üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar.
TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında yeni boru kəmərini iki qardaş ölkənin növbəti zəfəri kimi səciyyələndirib: “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”.
TAP vasitəsilə Avropaya ilk qaz nəqli 2020-ci ildə nəzərdə tutulub
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. İndiyədək TAP layihəsinə 2,9 milyard avro həcmində investisiya yönəldilib. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdən, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-ın Adriatik dənizindən keçəcək hissəsi 2019-cu ilədək başa çatdırılacaq. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.
Xatırladaq ki, cari ilin əvvəlində Avropa İnvestisiya Bankının İdarə Heyəti TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Hazırda kəmərin inşası ayrı-ayrı ölkələrin ərazisində intensiv şəkildə davam etdirilir.
Azərbaycan neftçiləri “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatını sabit saxlamağı, qaz hasilatını isə artırmağı hədəfləyiblər. Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar qəbul olunub. Abşeron yatağında Total şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb. “Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlanılıb. SOCAR artıq öz imkanları ilə 6 min metrdən artıq dərinlikdə anomal yüksəktəzyiqli və yüksəktemperaturlu quyuların qazmasını uğurla həyata keçirir. Mütəxəssislərin qənaətinə görə, yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsul əldə ediləcək.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  6930  |  
  • Tarix:  20-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA