Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

06.10.2018 [10:43]

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət edərək önünə tər güllər qoyublar.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müəllimliyin şərəfli və çətin peşə olmasından söz açıb. Vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qıydığı milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 15 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş verib. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına dəyərli töhfə verir.
Diqqətə çatdırılıb ki, təhsilə göstərilən dövlət qayğısı Suraxanı rayonundan da yan keçməyib. Burada son 14 ildə 5920 şagird yerlik 7 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 14 məktəb üçün 7340 şagird yerlik 17 əlavə tədris korpusu tikilib, 26372 şagird yerlik 23 məktəb binası əsaslı təmir olunub. 2018-ci ildə isə 920 şagird yerlik Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın məktəb və yataqxana binaları əsaslı təmir edilərək müasir avadanlıqla təchiz olunub.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ikinci ildir ki, rayonun bir məzunu ən yüksək nəticəni göstərir. Keçən il ilk dəfə olaraq 278 nömrəli tam orta məktəbin məzunu Pərvin Əhmədova, bu il isə 89 nömrəli tam orta məktəbin məzunu Həsənova Şayxanım Aydın qızı 700 bal toplayıb. Habelə üç məzun Prezident təqaüdünə layiq görülüb.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ağacan Abıyev, Fərəc Quliyev, FHN-in Akademiyasının rəisi Pənah Süleymanov, 89 nömrəli tam orta məktəbin direktoru Dadaş Babazadə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında yüksək bal toplayan Prezident təqaüdçüləri Şayxanım Həsənova, Əbdülağa Dadaşov, Aytac Məmmədova, valideyn Elxan Sədirov təhsilə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Bir qrup təhsil müəssisəsinin kollektivi və təhsil işçiləri, qəbul imtahanlarında ən yüksək nəticə göstərən məzunlar rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib, onlara qiymətli hədiyyələr verilib. Həmçinin bir qrup təhsil işçisinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim olunub.
Tədbir şagirdlərin ifasında bədii proqramla başa çatıb.

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30