Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan möhkəm ictimai-siyasi sabitlik əmsalına görə postsovet məkanında birinci yerdədir

Azərbaycan möhkəm ictimai-siyasi sabitlik əmsalına görə postsovet məkanında birinci yerdədir

13.10.2018 [10:30]

Cənab İlham Əliyev Özünün 15 illik prezidentliyi dövründə Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub
Yüksək iqtisadi inkişafa malik, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Bunun nəticəsidir ki, bölgənin əsas iqtisadi-siyasi aktoru sayılan Azərbaycan istər daxili sabitliyinə, istərsə də beynəlxalq nüfuzuna görə seçilir. Vurğulanmalıdır ki, ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr isə onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Eləcə də bu gün demokratik prinsiplərin inkişafına, bu prinsiplərə sədaqətinə görə ölkəmiz postsovet məkanında birinci, dünyanın ən aparıcı dövlətləri arasında isə öncül sırada dayanır. Demokratik təsisatların inkişafına xüsusi diqqət yetirən Azərbaycan hakimiyyəti ölkəmizdə gedən siyasi proseslərdə, o cümlədən insan haqlarının qorunması məsələsində hər zaman şəffaflığı, qanunun tələblərinin qorunması prinsipini əsas tutur.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsində də göstərilir ki, cənab İlham Əliyev Özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. Məqalədə bildirilir ki, hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır: “Digər əsas daxili inkişaf parametrləri - makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Mirkişili ölkəmizdə həyata keçirilən çoxşaxəli siyasətin mühüm nailiyyətlərlə müşayiət olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda bütün sahələr üzrə uğurlar əldə olunub. Millət vəkili qeyd edib ki, ötən 15 ildə ölkəmizdə daxili sabitlik daha da möhkəmlənib, iqtisadi inkişafa nail olunub, davamlı islahatlar həyata keçirilib. Bununla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri də ildən-ilə möhkəmlənir: “Azərbaycanda həyata keçirilən iqtisadi və institusional islahatlar qısa müddətdə iqtisadi inkişafa və sosial təminata öz müsbət təsirini göstərib. Vurğulamaq lazımdır ki, inkişafın kompleks təmini ölkədəki siyasi sabitliyə, vətəndaş birliyinə əsaslanır. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət kursu ölkəmizdə vətəndaş birliyinin möhkəmlənməsini şərtləndirib. Vətəndaşların sosial təminatının gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Əhalinin təhlükəsizliyinin təmini məsələsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Azərbaycanın Konstitusiyası insan hüquq və azadlıqlarının qorunması baxımından dünyanın ən təkmil əsas qanunlarındandır. Son 15 ildə ölkəmizdə qanunvericilik sahəsində mühüm islahatlar davam etdirilir və bu da müasir dövrün çağırışları ilə səsləşir. Eləcə də Azərbaycan iqtisadiyyatının bütün sektorlarında dinamik artım müşahidə olunur. Artımla yanaşı, iqtisadiyyatın strukturunda böyük keyfiyyət dəyişiklikləri müşahidə olunmaqdadır ki, bu da islahatların əsas hədəflərindən biridir. Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlik və dərin təhlillərə əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində Azərbaycan iqtisadi potensialını daha da artırır və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli nəticələr əldə etməkdədir”.
Millət vəkili onu da deyib ki, dövlət başçısı tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan regionda ən etibarlı, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib: “Məhz bu uğurlu mövqe iqtisadiyyatı daha da dinamik inkişaf etdirməyə, islahatları daha da əhatəli aparmağa imkan verir, ölkəyə yeni texnologiyaların cəlb edilməsi ilə insan kapitalı inkişaf edir və bütün bunların nəticəsi isə insanların rifah halının yaxşılaşmasında, onların təhlükəsiz yaşamasında öz əksini tapır və tapacaq”.
Milli Məclisin deputatı Rauf Əliyev də son 15 ildə ölkəmizdə hüquq və azadlıqların qorunması istiqamətində mühüm addımların atıldığını bildirib. Onun sözlərinə görə, ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır. Millət vəkili bildirib ki, çağdaş dünyada hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir: “Azərbaycan müstəqillik qazandıqdan sonra ilk növbədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilib. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Məhz Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Son 15 il ərzində ölkə Prezidenti tərəfindən qətiyyətli və davamlı şəkildə aparılan dövlət siyasəti sayəsində söz və mətbuat azadlığı, özünüifadə hüququ daha da genişləndirilib. Milli Məclisdə İnsan hüquqları komitəsi, Ombudsman aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə hörmətin göstəricisi sayılmalıdır. Ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyir”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30