Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Sumqayıt şəhər təşkilatında 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib

YAP Sumqayıt şəhər təşkilatında 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib

18.10.2018 [08:17]

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə “Müstəqilliyimiz əbədidir” sənədli - qısametrajlı film izlənilib. Daha sonra 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə bağlı geniş məruzə ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavini Elmar Xəlilov bildirib ki, XX əsrin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı ikinci dəfə müstəqilliyinə qovuşub. Onun sözlərinə görə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə durğunluq, özbaşınalıq, hakimiyyətdaxili hərc-mərclik illəri kimi həkk olunub, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə edib: “1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycana həqiqi müstəqilliyi qazandırdı. Ümummilli liderin gəlişi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu öndərimizin əsasını qoyduğu siyasi xətt bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son on beş ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib”.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavini Vəzirxan Ənsərov “Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır” mövzusunda geniş məruzə ilə çıxış edib. Tədbirdə həmçinin YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri Nərmin Tağıyeva, Tural Məmmədov və Lalə Cəlilzadə, eləcə də digər qonaqlar 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fikirlərini bölüşüblər.
PƏRVİZ

Paylaş:
Baxılıb: 765 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30