A+   Yenilə  A-
Milli Məclisin növbəti iclası keçirilib

İclasda bir sıra məhkəmələrə hakimlər təyin edilib, eləcə də “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunları ikinci səsverməyə çıxarılıb
Noyabrın 2-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edib və gündəlik barədə məlumat verib. Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə bağlı məlumat verib. Komitə sədri bildirib ki, son illər Azərbaycanda məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə daxil olub. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə əlaqədar onun özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri də genişləndirilib. Ölkəmizdəki sürətli iqtisadi inkişaf mülki və inzibati xarakterli işlərin də artımına gətirib çıxarıb. Məhz bununla bağlı olaraq irəli sürülmüş təkliflər nəzərə alınaraq 2007-ci illə müqayisədə məhkəmə hakimlərinin sayı iki dəfə artıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik, institusional tədbirlər də görülüb.
Ə.Hüseynli qeyd edib ki, Prezident İlham Əliyevin korrupsiyaya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələri məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Hazırda Ali və Apellyasiya məhkəmələrində 30, o cümlədən Ali Məhkəmədə bir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində üç, Apellyasiya məhkəmələrində isə bütövlükdə 26 vakansiya mövcuddur.
Ə.Hüseynli yeni namizədlər barədə məlumatı diqqətə çatdırıb. Qeyd olunub ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilirlər. Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Əkbərov Kamran Hüseyn oğlu və Hüseyn Aida Əli qızının “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin edilməsi məqsədəuyğun sayılıb.
Bildirilib ki, Hüseynzadə Afiq Hüseyn oğlu və Mamedov Rəşad Ziyaviddin oğlu Gəncə Apellyasiya Məhkəməsinin, Babayeva Hökumə Çingiz qızı, Əsgərova Ruhiyyə Orucəli qızı, Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin, Abbasov Fehruz Novruz oğlu, Həsənov Müşfiq Kamil oğlu, Kərimov Taleh Suliddin oğlu Şirvan Apellyasiya Məhkəməsinin, Eyvazov Akif Məhərrəm oğlu, Mahmudov Ayaz Akif oğlu Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilirlər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, son illər ölkəmizdə penitensiar sahədə mühüm islahatlar həyata keçirilir. Onun sözlərinə görə, dövlət başçısının bu sahə ilə bağlı sərəncamları böyük əhəmiyyətə malikdir. Eyni zamanda, Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləyə müvafiq dəyişikliklər edilib. Bütün bunların nəticəsində cəza siyasətinin humanistləşdirilməsi istiqamətində önəmli addımlar atılır.
Spiker Oqtay Əsədov yeni təyin olunmuş hakimləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb: “İnanırıq ki, yeni təyin olunmuş hakimlər fəaliyyətlərində ədalətli qərarlar verəcəklər”.
Sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda şərh edib. Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir. Tütün məmulatlarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimələnəcək.
Daha sonra parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov üçüncü oxunuşda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik barədə məlumat verib. Dəyişikliyə görə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.
“Televiziya və radio yayımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edən Rafael Hüseynov bildirib ki, qanun layihəsinə əsasən sənədə “tütün məmulatlarını və tütün istifadəsi prosesini təbliğat məqsədilə nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq” məzmunlu 40.2.2-1-ci maddə əlavə edilir. “İctimai televiziya və radio yayımı haqqında” Qanuna da eyni məqsədlə yeni maddə əlavə olunacaq.
Komitə sədri üçüncü oxunuşda “Teatr və teatr fəaliyyəti haqqında” Qanunda edilən dəyişiklikləri də şərh edib. Diqqətə çatdırıb ki, dəyişikliyə görə sənədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağandır” məzmunlu 11.4-cü maddə əlavə edilir. Hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunları ikinci səsverməyə çıxarılıb.
Müzakirələr zamanı deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürüblər. Bununla bağlı YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov söyləyib ki, dövlət atributları ilə bağlı müddəalar Konstitusiyada əks olunub və Konstitusiyaya dəyişikliklər isə yalnız referendum yolu ilə baş tuta bilər: “Konstitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də fayda gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizi dəyişməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətləri ilə bağlı hər kəsin fikri ola bilər. Amma mən bunların tərəfdarı deyiləm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır. Ona görə də, dövlətin atributları dəyişdirilməməlidir, çünki onlar xalqımızın tarixini, kimliyini əks etdirir”.
S.Novruzov bildirib ki, vaxtilə Ulu öndər Heydər Əliyev atributlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış edib: “Bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə əks olunub”.
Müzakirələrdən sonra Konstitusiya qanunları ikinci səsverməyə çıxarılıb və qəbul edilib.
Nardar BAYRAMLI

 
  • Oxunub:  6180  |  
  • Tarix:  03-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

15 Sentyabr 23:51
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15 Sentyabr 22:44
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA