A+   Yenilə  A-
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycanın xarici siyasətinin uğurları, eləcə də son günlər aktual olan bir sıra məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Yola saldığımız həftə də Azərbaycanın xarici siyasəti baxımından intensiv oldu və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri ilə müşayiət edildi. Bu barədə fikirlərinizi bilmək istəyirik.
- Həftə ərzində ölkəmizə olan səfərlər və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə keçirdiyi görüşlər ölkəmizin xarici siyasətinin nə dərəcədə dinamik, çevik və çoxşaxəli olmasının növbəti göstəricisidir. Paytaxt Bakı Fələstinin Asiya qitəsi ölkələrində səfirlərinin toplantısına ev sahibliyi etdi və bu xüsusda dövlətimizin başçısı Fələstinin xarici işlər naziri Riad Əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Nəzərə almaq lazımdır ki, Fələstin məsələsi beynəlxalq gündəlikdə duran ən aktual mövzulardan biridir və ölkəmiz də bu məsələnin həll edilməsinə, fələstinlilərin humanitar problemlərinin aradan qaldırılmasına öz töhfəsini verir. Dövlətimizin başçısı, həmçinin Səudiyyə Ərəbistanının daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz siyasətinə görə Səudiyyə Ərəbistanının bu ölkə ilə əlaqələri yoxdur. Ümumiyyətlə, ölkəmiz İslam həmrəyliyinə sadiqdir və əməli addımlarla İslam həmrəyliyinin gücləndirilməsinə öz əsaslı töhfəsini verir.
Azərbaycan və Avropa İttifaqı arasında bu il oktyabrın sonunda keçirilmiş ilk təhlükəsizlik dialoqunun ardınca Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizdə səfərdə oldu və Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaşlarından biridir və Aİ-dən olan yüksək vəzifəli rəsmilərdən birinin də dediyi kimi, Azərbaycan sabit, müasir və mötədil siyasət yürüdən ölkədir. Başqa sözlə desək, Azərbaycan Avropa İttifaqı üçün təbii tərəfdaşdır. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair saziş layihəsinin başa çatdırılması əməkdaşlığın hərtərəfli inkişafına əlavə təkan verəcək.
Dövlətimizin başçısının ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizin Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfəsi, NATO üzv ölkələrinə göstərdiyi tranzit və nəqliyyat dəstəyi, ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.
Bir sözlə, onu deyə bilərik ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir və ölkəmizin tərəfdaşlıq əlaqələri məzmun və coğrafi baxımdan davamlı surətdə genişlənir.
- Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəmizin haqlı və ədalətli mövqeyinin daha da güclənməsi tendensiyası davam edir. Bütün tərəflər status-kvonun qəbuledilməzliyini etiraf edirlər. Bununla bağlı nə deyə bilərsiniz?
- Xatırlatmaq istərdim ki, 2011-ci ildə “Böyük Səkkizliy”in Dövildə keçirilmiş Sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində verdikləri bəyanatda status-kvonun qəbuledilməz olduğunu vurğulamışdılar. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Vyanada ATƏT-in Daimi Şurasında keçirdikləri brifinq əsnasında da status-kvonun qəbuledilməzliyi ABŞ və digər nümayəndə heyətləri tərəfindən bir daha səsləndirildi. Birmənalı olaraq, işğala əsaslanan status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını ehtiva edir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına əsaslanır.
Yalnız son bir neçə aylıq dövrə nəzər salsaq, Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədini, NATO-nun Brüssel Sammitinin yekun bəyanatını, Almaniyanın Kansleri və bu ölkənin Xarici İşlər Nazirliyinin, ABŞ-ın yüksək vəzifəli rəsmiləri və Ermənistandakı səfirinin, Belçika Xarici İşlər Nazirliyinin açıqlamalarını, həmçinin İstanbulda keçirilmiş Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə qəbul edilmiş bəyanatları qeyd edə bilərik. Ümumiləşdirilmiş şəkildə desək, bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu və münaqişənin həll edilməsi üçün Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmalı olduğu vurğulanır.
Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsi, ilk növbədə, dövlətlərin BMT Nizamnaməsi əsasında öz üzərlərinə götürdükləri öhdəliklərə sadiqliyinin göstəricisidir.
Ermənistan reallığı düzgün qiymətləndirməli və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişənin həllində irəliləyişin əldə olunması, regionun ehtiyac duyduğu davamlı sülhün təminatı mümkündür.
- Bu günlərdə Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının Zirvə toplantısı keçirildi. Sammit Ermənistan üçün növbəti uğursuzluqla başa çatdı. Ermənistanın iddialarına və istəklərinə baxmayaraq, təşkilatın baş katibi postu Ermənistandan alındı. Ermənistan bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Təbii ki, bu, KTMT üzv dövlətlərinin qəbul etdiyi qərardır. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə toplantısını yaxından izləyib. Sammit nəticəsində qəbul edilmiş sənədlər və yekun bəyanat barədə qeyd götürülüb. Bu qəbildən olan sənədlərdən biri müşahidəçi və tərəfdaş ölkələrin hüquqi statusu barədədir. O ki qaldı Ermənistana, bu ölkənin bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir.
Nəzərə almaq lazımdır ki, məlum səbəblərə görə Ermənistan istisna olmaqla Azərbaycanın KTMT-nin bütün üzv dövlətləri ilə çox sıx dostluq və tərəfdaşlıq münasibətləri var. İkitərəfli və çoxtərəfli müstəvilərdə bu əməkdaşlıq daha da genişləndirilir.

 
  • Oxunub:  4530  |  
  • Tarix:  13-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

26 İyun 18:50
AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
26 İyun 18:38
Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub
26 İyun 18:07
Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü hərbçilərlə birgə qeyd edib
26 İyun 17:43
Şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib
26 İyun 17:22
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib
26 İyun 17:00
NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
26 İyun 16:20
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26 İyun 15:57
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
26 İyun 15:30
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
26 İyun 15:23
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA