Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini Heydər Əliyev Mərkəzi ilə tanış olub

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini Heydər Əliyev Mərkəzi ilə tanış olub

15.11.2018 [09:40]

Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir.
Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanış olan ali qonağa məlumat verilib ki, Muzey təşkil olunarkən Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həm də Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.
Slovakiya Respublikasının Baş naziri Muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb.
Qonaqlar, həmçinin Mərkəzin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar.
Qeyd edilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada - səsli təqdim olunur.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat doğurub.
Peter Pelleqrini xatirə kitabına ürək sözlərini yazıb.

Paylaş:
Baxılıb: 406 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31