Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda Mormenekşe Çağdaş Qadınlar Dərnəyi üzvlərinin əl işləri və mətbəx nümunələri nümayiş olunub

Bakıda Mormenekşe Çağdaş Qadınlar Dərnəyi üzvlərinin əl işləri və mətbəx nümunələri nümayiş olunub

16.11.2018 [15:23]

Hayriye Tokyay: Azərbaycanda, Bakıda yaşayan qadınlara, qadın dərnəklərinə özümüzlə gətirdiyimiz məhsulları təqdim etmək üçün buradayıq
Noyabrın 15-də Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin üzvlərinin əl işləri və mətbəx nümunələrinin nümayişinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer belə bir tədbirin məhz noyabrın 15-də, ŞKTC-nin elanının 35-ci ildönümündə baş tutmasının xüsusi önəm kəsb etdiyini bildirib.
Öz növbəsində Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin Başkanı Hayriye Tokyay qeyd edib ki, onun rəhbərlik etdiyi dərnək 2014-cü il martın 31-də yaradılıb: "Dərnəyimizin məqsədi qadınlarımızın hər sahədə, bərabər hüquqlarla fəaliyyət göstərmələrinə dəstək verməkdir. Dərnəyimizin nəzdində sosial və mədəni sahədə xidmət etmək üçün qurduğumuz "Kıbrıs mədəniyyəti əl işi" atelyemiz və "Müasirlər xoru" qadınlarımızın öz bacarıqlarını nümayiş etdirmələrinə yardımçı olur. Eyni zamanda, hazırladığımız mətbəx nümunələrinin və əl işlərinin istər ölkə daxilində, istərsə də xaicdə keçirilən tədbirlərdə satış-sərgisini təşkil edirik. Bu gün də Azərbaycanda, Bakıda yaşayan qadınlara, qadın dərnəklərinə özümüzlə gətirdiyimiz məhsulları təqdim etmək üçün buradayıq".
Tədbir Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin əl işləri və mətbəx nümunələrinin nümayişi ilə davam etdirilib. Qonaqlar əl işləri ilə tanış olmaqla yanaşı, dərnəyin xanımlarının hazırladıqları mətbəx nümunələrinin dadına da baxıblar.

Paylaş:
Baxılıb: 882 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30