A+   Yenilə  A-
2018-ci il Azərbaycan üçün uğurlu il olub, ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edib

Prezident İlham Əliyev: Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim
Hər yeni ilin əvvəlində, adətən, keçilmiş yola nəzər salınır, nəticələr təhlil edilir və perspektiv hədəflər müəyyənləşdirilir. Bəs artıq tarixə qovuşan 2018-ci il müstəqil Azərbaycan üçün necə keçdi, ölkəmiz hansı uğurlara imza atdı?
Sualın cavabında hər şeydən əvvəl onu vurğulamaq yerinə düşər ki, ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə qeyd edildiyi 2018-ci ildə də daxili sabitlik təmin olundu, iqtidar-xalq həmrəyliyi daha da möhkəmləndi və bu əsasda müstəqil respublikamız ili inamla başa vurdu. Əlamətdar haldır ki, 2018-ci ildə yaxın-uzaq coğrafiyalarda yerləşən ayrı-ayrı ölkələrdə ciddi problemlər yaşanmasına, böhran meyillərinin davam etməsinə baxmayaraq, Azərbaycan xarici mənfi təsirlərə inamla müqavimət göstərdi və inkişafın ardıcıllığını təmin etməyə nail oldu. Yeri gəlmişkən, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2018-ci ili ölkəmiz üçün uğurlu il kimi səciyyələndirib. “Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir”, - deyə dövlət başçısı vurğulayıb.
Güclü iqtisadiyyat 2018-ci ildə ölkənin inamlı inkişafının təməlində dayanan əsas amil qismində çıxış edib
Davamlı inkişaf üçün rəqabətqabiliyyətli iqtisadiyyat fundamental amil rolunda çıxış edir. Son 15 ildə dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər dinamik inkişaf edən ikinci ölkə olmayıb. Hətta dünya üçün çətin keçən illərdə də respublikamızın iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib.
Bir sözlə, güclü iqtisadiyyat 2018-ci ildə də ölkənin inamlı inkişafının təməlində dayanan əsas amil qismində çıxış edib. Ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Xəzərin neft-qaz ehtiyatlarının işlənməsinə dair transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində respublikamıza böyük həcmlərdə valyuta gəlir. Bununla belə, Azərbaycan ölkə iqtisadiyyatının birqütblü olmasını və neft amilindən asılı qalmasını heç vaxt qəbul etməyib. Əksinə, respublikamız qazandığı neft gəlirlərini çoxqütblü iqtisadiyyat quruculuğuna yönəltməyə üstünlük verib. Son 15 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və dəstək tədbirləri gücləndirilib.
Ölkəmizdə neftdənkənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi və siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir. Təsadüfi deyil ki, 2018-ci ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft iqtisadiyyatında qeydə alınıb. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ötən il respublikamızda qeyri-neft sənayesində 9 faizdən çox artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir.
2018-ci ildə maliyyə imkanlarının genişlənməsi və strateji valyuta ehtiyatlarının artması ölkəmizin inamlı inkişafını təsdiqləyən daha bir önəmli faktdır. Bu gün Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, heç bir başqa dövlətdən, heç bir beynəlxalq təşkilatdan asılı deyil. Ölkəmizin maliyyə vəziyyəti kifayət qədər yaxşıdır. Xatırladaq ki, 2018-ci ildə respublikamızın strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb.
Ölkənin investisiya cəlbediciliyinin artması da olduqca müsbət göstəricidir. 2018-ci ildə respublikamıza müxtəlif mənbələrdən təxminən 10 milyard dollar həcmində investisiya yönəldilib. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin yarıdan çoxu qeyri-neft sektoruna qoyulub. 2018-ci ilin iyul ayında yerli və xarici sərmayələr hesabına reallaşdırılan “SOCAR Polymer” layihəsi çərçivəsində polipropilen zavodunun açılışı çox əlamətdar hadisədir. Yaxın perspektivdə “SOCAR Polymer”in ikinci layihəsinin - yüksəksıxlıqlı polietilen zavodunun da istifadəyə verilməsi nəzərdə tutulub.
Eyni zamanda, milli iqtisadiyyatı getdikcə güclənən və maliyyə imkanları artan Azərbaycan xarici ölkələrdə özünün investisiya fəallığını artırır. 2018-ci il oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycanın investisiya qoyuluşu hesabına inşa edilən “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. “Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycan 2018-ci ildə iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atıb. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, güclü iqtisadiyyat ölkəmizin müstəqil siyasət həyata keçirməsini şərtləndirən amillərdən biri qismində çıxış edir. “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur”, - deyə dövlət başçısı bildirib.
Milli iqtisadiyyatın uğurla inkişaf etməsində ölkədə həyata keçirilən islahatlar mühüm rol oynayır
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənilən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Respublikamız öz siyasətini zamanın dəyişən tələblərinə məharətlə uzlaşdırır. Belə ki, ölkəmizdə prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən mütləq qlobal miqyasda meydana çıxan yeni trendlər və çağırışlar nəzərə alınır, eyni zamanda, mövcud daxili potensial və cəmiyyətin sosial sifarişləri əsas götürülür.
Azərbaycan Prezident İlham Əliyevin siyasi qətiyyəti və qəbul etdiyi mühüm qərarlar sayəsində yeni iqtisadi modelə keçidi, transformasiya proseslərini uğurla təmin etməyə nail olub. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. 2018-ci ildə də davam etdirilən yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir.
Respublikamızda reallaşdırılan iqtisadi məzmunlu islahatların böyük qismi özəl sektorun imkanlarının daha da genişləndirilməsinə hesablanıb. Dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.
Paralel şəkildə sahibkarlara dəstək mexanizmi getdikcə təkmilləşdirilir. Dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Sənədə əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 1 000 000 manatadək artırılıb. 2018-ci ildə reallaşdırılan 70-dən çox islahat tədbiri nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub. Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatların yaxşı nəticələr verdiyini məmnunluq hissi ilə nəzərə çatdıraraq vurğulayıb: “Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir”.
2018-ci ildə məcburi köçkünlərin, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilib
Azərbaycan sosial dövlətdir. Respublikamızda dinamik iqtisadi inkişafa uyğun olaraq dərinməzmunlu sosial siyasət həyata keçirilir. Son 15 ildə dövlət başçısının təşəbbüsü ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən tədbirlərin statistikası kifayət qədər zəngindir və bu istiqamətdə işlər 2018-ci ildə də davam etdirilib.
Respublikamızda aparılan dərinməzmunlu sosial siyasətin xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, ölkədə qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. O cümlədən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. İndiyədək ölkəmizdə şəhid ailələrinə, əlilliyi olanlara 6 mindən çox mənzil verilib. 2018-ci il avqustun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib və müvafiq kateqoriyadan olan insanlara və ailələrə 35 mənzil, eləcə də 136 minik avtomobili təqdim edilib. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısının ötən il imzaladığı müvafiq Sərəncama əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb. Həmin vəsaitlə müvafiq kateqoriyadan olan ailələr və insanlar üçün mənzillərin alınması təmin olunub.
Eyni zamanda, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Ümumilikdə, müvafiq kateqoriyadan olan 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib və hazırda proses uğurla davam etdirilir.
Ölkəmizdə həmçinin Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. İndiyədək bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılıb.
2018-ci ildə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsi layihəsinin icrası uğurla davam etdirilib. Layihə çərçivəsində birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi nəzərdə tutulub. Əlamətdar haldır ki, bəhs olunan layihənin icrasına özəl şirkətlər də qoşulub. Ötən il məcburi köçkünlər üçün inşa olunan “Qobu Park” yaşayış kompleksi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verildi. Layihənin sifarişçisi “Paşa Holding” şirkətidir. Podratçı şirkət qismində isə “Kristal Abşeron” MTK çıxış edib. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb.
Məcburi köçkün soydaşlarımız Yeni il ərəfəsində də özəl mənzilə sahib olmağın sevincini yaşayıblar. Dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina inşa olunub.
Respublikamızda məcburi köçkün soydaşlarımıza və şəhid ailələrinə qayğı siyasəti gələcəkdə də davam etdiriləcək. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Bu il məcburi köçkünlər üçün çox böyük işlər görülüb. 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edilib. Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələn il də davam etdirəcəyik”, - deyə vurğulayıb.
Azərbaycanın beynəlxalq mövqeyi ildən-ilə daha da möhkəmlənir
Artıq tarixə dönən 2018-ci il həmçinin müstəqil Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsi ilə əlamətdar olub. Məlumdur ki, milli maraqlara əsaslanan və ölkənin hərtərəfli inkişafını hədəfləyən məqsədyönlü daxili siyasət həyata keçirən Azərbaycan, eyni zamanda, çoxvektorlu fəal xarici siyasət kursuna malikdir. Xarici siyasətində ədalət prinsipinə söykənməsi və daim xoş məram nümayiş etdirməsi beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, son vaxtlarda respublikamız bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda ölkəmizin mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən daha qətiyyətlə dəstəklənir. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycan beynəlxalq aləmdə özünün layiq olduğu yeri tutub. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”.
Azərbaycan dövləti xarici siyasət kursunda regional əməkdaşlıq platformalarının yaradılmasına və praktiki müstəvidə onların səmərəli fəaliyyətinin təmin edilməsinə xüsusi səy göstərir. Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür.
Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün çox önəmlidir. Bəhs olunan sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Sənədin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir”, - deyə vurğulayıb.
Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə davamlı olaraq səy göstərir. Eyni zamanda, respublikamızın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr müsəlman ölkələri tərəfindən yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, 2018-ci il Azərbaycanın daha bir şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bu, bütün müsəlman aləminin Azərbaycana olan böyük hörmətinin təzahürüdür.
Onu da qeyd edək ki, 2018-ci il həm də ölkəmizdə növbəti prezident seçkilərinin keçirilməsi ilə yadda qaldı. Və bundan əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də xalqımız cənab İlham Əliyevə yüksək etimad göstərdi, Onun fəaliyyətinə yüksək qiymət verdi. Sözügedən təbrikində bu məqama da toxunan dövlət başçısı “Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”, - deyə vurğulayıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8490  |  
  • Tarix:  04-01-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
20 Fevral 11:53
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 mindən artıq insan müraciət edib
20 Fevral 11:50
DOST Agentliyi könüllülüklə əlaqədar keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
20 Fevral 11:47
Məqsədimiz məzunlarımıza karyeralarını qurmaqda yardımçı olmaqdır
20 Fevral 11:33
İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
20 Fevral 11:29
Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib
20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA