A+   Yenilə  A-
2018-ci il teleradio yayımı sahəsində də ciddi uğurlar ili oldu

Yola saldığımız 2018-ci il Azərbaycan üçün bütün sahələrdə olduğu kimi, teleradio yayımı sahəsində də çox ciddi uğurlar ili oldu.
Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində teleradio fəaliyyətinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və bu sahənin texniki imkanlarının durmadan yaxşılaşdırılması istiqamətində olduqca mühüm addımlar atıldı. 2013-cü və 2015-ci illərdə kosmosa çıxarılmış “Azerspace-1” və “Azersky” peyklərinin ardınca ötən il üçüncü rabitə peykimiz - “Azerspace-2” də kosmosa göndərildi. Bununla da Azərbaycan dünyanın kosmik ailəsində öz yerini getdikcə daha artıq möhkəmləndirmiş oldu.
Şuranın sədr müavini deyib: “Məlum olduğu kimi, ötən il noyabr ayının 1-də Prezident tərəfindən “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalandı. Fərmanda deyildiyi kimi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Hazırda Fərmana əsasən, dövlətimizin başçısının şəxsən özünün sədri olduğu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması gündəmdədir. Bu isə o deməkdir ki, teleradio yayımçılarının dövlət dilindən istifadəsinin monitorinqləri artıq təkcə Teleradio Şurası tərəfindən deyil, həm də Monitorinq Mərkəzi tərəfindən, özü də daha peşəkar səviyyədə aparılacaq. Bu isə lap yaxın gələcəkdə Azərbaycan efirinin dil xətalarından təmizlənəcəyindən, bütövlükdə ədəbi dil normalarına daha həssaslıqla əməl olunacağından xəbər verir.
2018-ci ildə Milli Məclis tərəfindən “Hərbi vəziyyət haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq “Televiziya və radio yayımı haqqında” Qanuna da müvafiq dəyişiklik və əlavələr olunub. Qanuna yeni əlavə olunmuş 40.2.2-1 maddəsində tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanmaması nəzərdə tutulur. Qanunun 40.3-cü maddəsinin tələbinə görə isə teleradio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla, saat 08.00-23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir. Yəqin ki, diqqətli tamaşaçılar və dinləyicilər son vaxtlar efirdə bu sahədə də yetərincə dəyişikliklər baş verdiyini özləri hiss ediblər”.
Qafar Cəbiyev bildirib ki, ölkənin teleradio yayımçıları ailəsinin sıralarının artım dinamikası ötən il də davam etdirildi. ARB-24 və Real-TV xəbər kanalları efirə çıxdı. Neçə-neçə İP televiziyası fəaliyyət üçün xüsusi razılıq - lisenziya aldı. Beləliklə də sovet dönəmində cəmi bir televiziyası və bir radiosu olan Azərbaycanda bu gün 11 ümumrespublika yayımçısı olan televiziya, 13 regional televiziya, 4 peyk yayımçısı olan televiziya, 17 kabel televiziyası, 28 İP televiziya, ümumrespublika yayımçısı olan 13 radio və 3 regional radio fəaliyyət göstərir. İnsanları maarifləndirən, onları məlumatlandıran, düşündürən və həm də əyləndirən bu nəhəng infrastrukturda 10 min nəfərdən çox mütəxəssis çalışır. Bu yolla da Azərbaycan həqiqətləri dünyaya, dünya reallıqları isə Azərbaycan insanına çatdırılır.
Göründüyü kimi, müstəqillik illərində Azərbaycanda teleradio fəaliyyəti sahəsi həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından qibtə olunacaq dərəcədə böyük və sürətli inkişafa nail olunub. Bu isə qarşıdakı illərdə daha da irəli getmək və daha ciddi uğurlara imza atmaq baxımından çox yaxşı bir təməldir. İndi qarşıda duran əsas vəzifə mövcud potensialdan maksimum səmərə ilə istifadə etmək, yaxşılara, mütərəqqilərə güvənərək Azərbaycan tamaşaçısını və dinləyicisini daha keyfiyyətli və daha cəlbedici veriliş və proqramlarla məmnun etməkdən ibarətdir.

 
  • Oxunub:  4830  |  
  • Tarix:  05-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 22:15
Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub
17 Sentyabr 22:13
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub
17 Sentyabr 22:12
Azərbaycan və Latviya arasında 300 ikitərəfli və tranzit daşınma həyata keçiriləcək
17 Sentyabr 22:09
Azərbaycan Polisi Bilik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb
17 Sentyabr 22:06
Vatikanda Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb
17 Sentyabr 22:04
Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib
17 Sentyabr 22:00
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
17 Sentyabr 21:56
Teatrın 147-ci mövsümünün açılışı olub
17 Sentyabr 21:55
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
17 Sentyabr 21:51
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı
17 Sentyabr 21:19
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası olub
17 Sentyabr 21:18
Azərbaycan ilə İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 21:15
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib
17 Sentyabr 21:13
Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılmasına dair müzakirələr aparılıb
17 Sentyabr 21:11
Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq
17 Sentyabr 21:09
Aydın Mirzəzadə: Azərbaycan-Çin münasibətləri dostluq və qarşılıqlı mənfəət prinsipləri üzərində qurulub
17 Sentyabr 21:08
Azərbaycan şərablarının Çin bazarında satışının artırılması müzakirə olunub
17 Sentyabr 21:05
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
17 Sentyabr 21:01
Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb
17 Sentyabr 20:59
Azərbaycan və Vatikan arasında əlaqələr inkişaf edir
17 Sentyabr 20:57
Qadınlarla bağlı dövlət siyasəti Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxarıb
17 Sentyabr 20:53
Azərbaycanla Banqladeş arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 Sentyabr 20:43
Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib
17 Sentyabr 20:40
Azərbaycanın Baş Naziri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb
17 Sentyabr 17:53
Bakının işğaldan azad edilməsinin 101 illiyi ilə əlaqədar İğdırda konfrans təşkil olunub
17 Sentyabr 17:45
Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin təşkili prosesi ilə tanış olub
17 Sentyabr 17:43
Hadi Rəcəbli: İslahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir
17 Sentyabr 17:40
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17 Sentyabr 17:36
Azər Badamov: Azərbaycanın regionlarında inkişaf prosesi dinamikdir
17 Sentyabr 17:32
Nəsib Məhəməliyev: Ölkəmiz uğurla inkişaf edir
17 Sentyabr 17:24
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17 Sentyabr 17:22
Cəmiyyətimiz xaricdəki “mühacirlər”in əsl simasını görür
17 Sentyabr 17:17
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17 Sentyabr 17:13
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17 Sentyabr 17:08
BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb
17 Sentyabr 17:03
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi
17 Sentyabr 16:30
“Saber Junction - 19” təlimi davam edir
17 Sentyabr 16:27
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 Sentyabr 16:23
ADNSU Xarkov Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir
17 Sentyabr 16:09
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17 Sentyabr 16:07
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şərq Araşdırma qrupunun nümayəndələri ilə görüşüb
17 Sentyabr 16:04
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr 16:00
“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
17 Sentyabr 15:51
Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 15:13
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17 Sentyabr 15:10
Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib
17 Sentyabr 15:02
Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb
17 Sentyabr 14:57
Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib
17 Sentyabr 14:47
Neftçalanın Astanlı kəndi qazlaşdırılıb
17 Sentyabr 14:43
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib
17 Sentyabr 14:34
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
17 Sentyabr 14:25
Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər
17 Sentyabr 14:23
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
17 Sentyabr 14:21
“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
17 Sentyabr 14:18
AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib
17 Sentyabr 14:03
BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib
17 Sentyabr 13:22
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17 Sentyabr 12:52
ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub
17 Sentyabr 12:51
Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub
17 Sentyabr 12:46
Ötən illərdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən çox kursant bitirib
17 Sentyabr 12:41
“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”
17 Sentyabr 12:36
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
17 Sentyabr 12:34
Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
17 Sentyabr 12:29
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17 Sentyabr 12:27
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
17 Sentyabr 12:20
Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub
17 Sentyabr 12:19
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17 Sentyabr 12:14
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17 Sentyabr 12:07
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17 Sentyabr 11:55
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +27
gecə+16 +20