A+   Yenilə  A-
2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin həlledici ili olacaq

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov www.yap.org.az saytına müsahibə verib:
- Əhliman müəllim, məlum olduğu kimi, ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlər həyata keçirilir. Bütövlükdə, icbari tibbi sığortanın əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan əhalisinin sağlamlığının qorunması dövlətimizin daxili siyasətinin prioritet istiqamətidir və cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ardıcıl və uğurlu islahatlar aparılır. Bu islahatların ən mühüm tərkib hissəsi səhiyyənin idarə olunması və maliyyələşdirilməsinin optimallığını təmin edəcək icbari tibbi sığorta sisteminin qurulmasıdır. Bu istiqamətdə cənab Prezidentin rəhbərliyi ilə son illərdə çox ciddi işlər görülmüşdür. İcbari Tibbi Sığorta Agentliyinin Yevlax, Mingəçevir, Ağdaş və Naxçıvan MR-in Sədərək rayonlarında həyata keçirdiyi pilot layihələr uğurlu nəticələr vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev icbari tibbi sığortanın 2020-ci ildə bütün ölkə ərazisində tam tətbiq olunmasına hazırlıq işlərini sürətləndirmək, səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi münasibətlər əsasında təkmilləşdirilməsi yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi xidmətin keyfiyyətini yüksəltmək, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması ilə bağlı Fərman imzalamışdır.
- Milli Məclisin ötən payız sessiyasında “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər edildi. Dəyişikliklər haqqında nə deyə bilərsiniz?
- İcbari tibbi sığortanın bütün ölkə ərazisində tam tətbiq edilməsi üçün mükəmməl hüquqi bazanın yaradılmasına ehtiyac vardır. “Tibbi sığorta haqqında” mövcud qanun 1999-cu ildə qəbul edilmişdir və bir çox aspektlərdə bugünkü tələblərə cavab vermir. Ötən ilin payız sessiyasında cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim etdiyi “Tibbi sığorta haqqında” AR Qanununa əlavə və dəyişikliklər də bu zərurətdən irəli gəlirdi. Sənədin müzakirəsi zamanı millət vəkilləri dəyişikliklərin əhəmiyyətini vurğuladılar və qəbul etdilər.
Qanuna edilən dəyişikliklər çoxsaylı və genişhəcmlidir. Stilistik, redaktə, texniki xarakterli dəyişikliklərlə yanaşı, layihədə bir çox yeni müddəalar öz əksini tapıb, 4 maddə çıxarılıb, layihəyə 34 yeni maddəni əhatə edən 5 yeni fəsil əlavə olunub. Bütövlükdə əlavə və dəyişikliklərin sayı isə 100-dən artıqdır.
Yeri gəlmişkən, diqqətinizi dəyişikliklərin bəzi mühüm məqamlarına cəlb etmək istəyirəm. Birincisi, qanunda istifadə olunan 14 əsas anlayışın izahı verilmişdir. İkincisi, sənədin daha bir uğurlu tərəfi könüllü və icbari tibbi sığorta formalarının fərqləndirilməsi və ayrı-ayrı fəsil və maddələrdə aydın şəkildə öz əksini tapmasıdır. Sənədin 2-ci, 3-cü və 4-cü fəsilləri könüllü tibbi sığorta münasibətlərini tənzimləyir. Qüvvədə olan qanundakı 9-11-12 və 14-cü maddələr çıxarılıb.
Sənədin IV-I fəsli isə “İcbari tibbi sığorta sistemi”nin prinsip və qaydalarını müəyyən edir. Bu fəsildə icbari tibbi sığortanın baza və əlavə hissəsinə münasibətlərdə sığorta olunanların kateqoriyaları müəyyən olunur. Belə ki, 15-2.1 maddəsinə görə Azərbaycanda yaşayan bütün şəxslər icbari tibbi sığortanın baza hissəsinə uyğun ilkin və təxirəsalınmaz tibbi yardım almaq hüququna malikdirlər.
İcbari tibbi sığortanın əlavə hissəsinə münasibətdə uşaqlar, tələbələr, əlillər, pensiyaçılar, ünvanlı sosial yardımı alan ailələrin üzvləri, hamilə qadınlar, qismən ödənişli məzuniyyətdə olan qadınlar dövlət büdcəsi hesabına, muzdlu əməklə məşğul olan şəxslər işəgötürənin və özünün vəsaiti hesabına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi müqavilə əsasında işləyənlər, qeyri-məşğul şəxslər öz vəsaitləri hesabına sığorta ediləcəklər.
Bundan başqa, yeni IV-II fəsillər İcbari tibbi sığorta iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir. IV-III fəsil isə “İcbari tibbi sığortanın maliyyə təminatı” adlanır. Bu fəsildə İcbari tibbi sığortanın maliyyə mənbələri, sığorta haqlarının məbləği, hesablanma və ödənilmə qaydası öz əksini tapmışdır.
- Bəs yeni IV-III fəsillərdə hansı məqamlar əksini tapır?
- Bu fəsillərdə isə çoxdan müzakirə edilən bir çox suallara cavab verilmişdir. Belə ki, layihənin 15-10.1.1 maddəsində xidmətlər zərfinin baza hissəsinin sığorta məbləği təqvim ili üçün adambaşına 29 manat müəyyən edilmişdir. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcəkdir. Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üzrə əmək haqqından 4% sığorta məbləği nəzərdə tutulur ki, bu məbləğ işəgötürən və işçi tərəfindən hərəyə 2% olmaqla ödəniləcəkdir. Digər kateqoriyadan olan şəxslər isə təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər.
Sənədin IV-IV fəslində İcbari tibbi sığortanın təşkili, tibb xidmətlərinin göstərilməsi, tibbi sığorta müqaviləsi, sığorta limiti, sığorta ödənişi, sığorta ödənişindən imtinanın əsasları, tibbi xidmətlər zərfinin strukturu, azadolma məbləği, icbari tibbi sığortanın mənbələri, sığorta ehtiyatlarının yaradılması, xidmət tarifləri, uçot, nəzarət və hesabatın təşkilinin qayda və prinsipləri öz əksini tapmışdır.
Həmçinin sənədin IV-V fəsli İcbari tibbi sığorta üzrə göstərilən tibbi xidmətlərə nəzarətin həyata keçirilməsi ilə bağlı müddəaları özündə ehtiva edir. Bu fəsildə tibbi xidmətin həcmi, keyfiyyəti və müddətinə nəzarət, elektron məlumat bazası, göndəriş sistemi, xidmətlərin göstərilməsində növbəlilik rejimi, sənədlərin saxlanılmasının qaydası və müddətləri, dövlət proqramları ilə maliyyələşən tibbi xidmət növlərinə münasibət, qanunun pozulmasına görə məsuliyyət və cərimələr öz əksini tapmışdır.
- Əhliman müəllim, “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi cari ildə ölkəmizdə icbari tibbi sığortaya tam keçidin reallaşmasında nə dərəcədə rol oynayacaq?
- 2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekun, həlledici ili olacaqdır. İcbari tibbi sığortanın maliyyə və təşkilati-hüquqi əsaslarının yaradılması, sistemin kadr təminatı, tibb müəssisələrinin attestasiyası, ilkin tibbi xidmət göstərən ailə həkimi institutunun yaranması, icbari tibbi sığorta fondunun formalaşması və s. iqtisadi-hüquqi, təşkilati münasibətlərin tənzimlənməsi üçün geniş hüquqi baza yaradacaq mövcud qanuna əlavə və dəyişikliklərin qəbul olunması çox əhəmiyyətlidir.
Bu mənada, “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklərin qəbul olunması ölkəmizdə icbari tibbi sığortaya tam keçidin reallaşması üçün çox önəmlidir.

 
  • Oxunub:  8280  |  
  • Tarix:  08-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA