A+   Yenilə  A-
Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür

Prezident İlham Əliyevin müvafiq Fərmanı şəhid ailələrinə diqqət və qayğının bariz nümunəsidir
Məlumdur ki, sosial dövlət olan Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz ölkə vətəndaşı dayanır. Son 15 ildə davamlı olaraq atılan addımlar, görülən tədbirlər aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və əlilliyi olan şəxslərin sosial rifahının yüksəldilməsində əsaslı rol oynayıb. Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı Fərman və sərəncamlar birmənalı şəkildə aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yol açıb. Bir sözlə, Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə təqaüdlər verilir, həmin ailələr evlə, maşınla təmin edilir, onların sosial rifah halının yüksəldilməsi üçün davamlı tədbirlər görülür, addımlar atılır.
2019-cu ildə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə ən azı 800 mənzil verilməsi nəzərdə tutulur
Vurğulayaq ki, Azərbaycanda qayğıya ehtiyacı olan vətəndaşlara, aztəminatlı ailələrə dövlətin göstərdiyi dəstək çoxşaxəli xarakter daşıyır. İstər qaçqın və məcburi köçkünlər, istərsə də şəhid ailələri və müharibə əlilliyi olan vətəndaşlar bir sıra imtiyazlardan yararlanır, onların mənzil şəraiti yaxşılaşdırılır. Yeri gəlmişkən, bu günə qədər 290 minədək köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Ötən il 20 min məcburi köçkünə (5800 ailə), 2017-ci ildə isə 12 min məcburi köçkünə yeni mənzillər verilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər ötən il mənzil və fərdi evlə təmin olunub. Eləcə də Prezident İlham Əliyevin 2018-ci il 2 avqust tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına imkan yaradıb. Ötən il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və 2019-cu ildə də ən azı 800 mənzil veriləcək.
Bundan başqa, Qarabağ müharibəsi əlilləri dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. 2018-ci ilin noyabrına qədər ümumilikdə müharibə əlillərinə 6144, o cümlədən 2018-ci ildə 265 avtomobil verilib. 2017-ci ildə əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib. İl ərzində dövlət vəsaiti hesabına 1800-2000 nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir.
Bununla yanaşı, ölkəmizdə şəhid ailələrinə 242 manat məbləğində aylıq Prezident təqaüdü verilir. Eyni zamanda, Milli Qəhrəmanlara və ya həlak olanların ailələrinə aylıq 1500 manat Prezident təqaüdü ödənilir. Milli Qəhrəman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir. Müvafiq kateqoriyadan olan insanların əmək pensiyasına hər ay müəyyən həcmdə vəsait əlavə olunur. Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Bundan başqa, şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət ödənilir. Eləcə də şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da dövlətimizin bu qəbildən olan insanlara, ailələrə diqqət və qayğısının bariz nümunəsidir. Xatırladaq ki, Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Müvafiq sənədlər əsasında hazırlanan siyahılar üzrə vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 10 minə yaxındır. Yuxarıda qeyd olunan kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə ödənilməkdən ötrü ötən il üçün 58 milyon, cari 2019-cu il üçün isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb. Yeri gəlmişkən, ötən il dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, 2018-ci ildə keçirilən prezident seçkilərindən dərhal sonra imzalanan birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub: “Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır”.
Şəhid hərbi qulluqçuların vərəsələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razıdırlar
Qeyd edək ki, şəhid ailələri dövlətin diqqət və qayğısını yüksək qiymətləndirirlər. Bizimlə söhbətində şəhid hərbi qulluqçuların vərəsələri onlara dövlət başçısının müvafiq Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsindən razılıqlarını bildirir, prosesin şəffaflığının təmin olunduğunu deyirlər. Şəhid hərbi qulluqçu Novruz Hüseynovun qardaşı Əkbər Hüseynov deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı çox yüksək qiymətə layiqdir: “Qardaşım Novruz Hüseynov Azərbaycanın çətin dövrlərində vətən torpağı uğrunda döyüşlərdə iştirak edib. O, 1970-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. Hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Qarabağ müharibəsində, Vətənin qorunmasında iştirak edib. Novruz Hüseynov 1994-cü il mayın 8-də Ağdam rayonunda gedən döyüşlərdə şəhid olub. Onun vətən qarşısında xidmətlərinə görə ailəsinə, vərəsələrinə diqqət göstərilməsi bizi qürurlandırır. Ölkəmizdə şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.
Ə.Hüseynov şəhid hərbi qulluqçuların vərəsələri üçün nəzərdə tutulan on bir min manat məbləğindəki birdəfəlik ödəməni almaq üçün nəzərdə tutulan prosesin şəffaf olduğunu deyib.
Birdəfəlik ödəmə alan digər bir şəhid vərəsəsi - Əliyev Şahin də Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətini yüksək qiymətləndirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğıdan razılığını ifadə edib. Qardaşı şəhid Tofiq Əliyevin vərəsəsi kimi tanınan Ş.Əliyev bildirib ki, qardaşı 1967-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub və müharibə başlayanda könüllü olaraq Vətənin keşiyində dayanıb. Qardaşı ilə eyni vaxtda hərbi xidmətdə olan Şahin Əliyev də Qarabağ müharibəsi veteranıdır. Ş.Əliyev bildirib ki, qardaşı Tofiq Əliyev 1993-cü ildə Ağdam rayonunda şəhid olub. Ş.Əliyev deyib ki, dövlətin və Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi bu qayğı və diqqətdən razıdırlar. O qeyd edib ki, birdəfəlik ödəmənin alınması üçün müvafiq sənədləri təqdim edərək həmin ödənişi almaq hüququ qazanıb. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan addımları yüksək qiymətləndirən Ş.Əliyev diqqət və qayğıya, həyata keçirilən humanist siyasətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Şəhid ailələrinə göstərilən diqqət ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır
Dövlət başçısının növbəti mühüm humanist addımı kimi şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Vətənin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının ailə üzvlərinin rifahının yaxşılaşdırılması, sosial ədalətin təmin olunması istiqamətində daha bir əhəmiyyətli addım kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının bariz təzahürüdür. Millət vəkili vurğulayıb ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən olan Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması məsələsi ilə bağlı davamlı işlər görülür. Millət vəkili qeyd edib ki, birdəfəlik ödəmələrin verilməsi prosesi şəffaf şəkildə aparılır: “Bu proses olduqca şəffaf həyata keçirilir və şəhid ailələri, vərəsələr rahat şəkildə bu ödəmələri alırlar. Proses elektronlaşdırılıb, siyahıda olan şəxslərin hər birinə SMS vasitəsilə pulun hesaba köçürüldüyü bildirilir. Möhtərəm Prezidentimizin bu Fərmanı cəmiyyətimiz tərəfindən çox yüksək qiymətləndirilir”.
S.Hüseynova qeyd edib ki, cari 2019-cu ildə də bu proses davam edəcək və bununla bağlı artıq vəsait də ayrılıb. Onun sözlərinə görə, şəhid ailələrinə mənzillərin verilməsi, xüsusi təqaüdlərin təyin edilməsi, o cümlədən birdəfəlik ödəmələrin verilməsi vətəndaş-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə müsbət təsir göstərir. Bu inam, bu birlik isə Azərbaycan dövlətinin daha yüksək nailiyyətlərə imza atmasında ən əsas rola malikdir.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  5250  |  
  • Tarix:  09-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

27 İyun 09:54
Misir KİV-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi geniş işıqlandırılıb
27 İyun 09:13
Meksikanın paytaxtında keçirilən beynəlxalq festivalda Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
27 İyun 09:09
Naqif Həmzəyev: Psixi xəstələrə münasibətdə insan hüquqlarına əsaslanan yanaşmanın tətbiqinə ehtiyac var
27 İyun 09:02
Beynəlxalq Türk Akademiyası yanında “Dil və Terminologiya” Daimi Komissiyası qurulub
27 İyun 08:58
Sevinc Fətəliyeva: Azərbaycanda aparılan inqilabi islahatlar vətəndaşların rifah halının yaxşılaşmasına yönəlib
27 İyun 08:53
Braziliya səfiri: Bakı forumu BMT-nin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəyərli töhfədir
27 İyun 08:51
Avropa Şurasının yeni Baş katibi seçilib
27 İyun 08:47
Azərbaycan Silahlı Qüvvələr Günü İslamabadda qeyd olunub
27 İyun 08:42
Azərbaycan və Çexiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
27 İyun 08:41
Hacı Əliyev: Bu gün iki erməni idmançı üzərində qazandığım qələbəni hərbçilərimizə həsr edirəm
27 İyun 08:36
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına 25 gün qalıb
27 İyun 08:33
Azərbaycanlı deputat: Psixi xəstələrlə bağlı tətbiq olunan müalicə üsullarına yenidən baxılmalıdır
27 İyun 08:25
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb
26 İyun 18:50
AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
26 İyun 18:38
Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub
26 İyun 18:07
Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü hərbçilərlə birgə qeyd edib
26 İyun 17:43
Şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib
26 İyun 17:22
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib
26 İyun 17:00
NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
26 İyun 16:20
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26 İyun 15:57
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
26 İyun 15:30
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
26 İyun 15:23
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA