Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tom Butçer: Formula 1 Azərbaycan Qran-Prisinin paddok ərazisində tikinti işləri davam edir

Tom Butçer: Formula 1 Azərbaycan Qran-Prisinin paddok ərazisində tikinti işləri davam edir

11.01.2019 [09:44]

Formula 1 Azərbaycan Qran-Prisinin paddok ərazisində tikinti işləri davam edir. Hazırlıq plana uyğun gedir və tikinti işləri yarış başlayanadək yekunlaşacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 10-da “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə müsahibəsində deyib.
Avstraliyalı mütəxəssis bildirib: “Əlimizdən gələni edəcəyik ki, builki yarış da baxımlı və maraqlı keçsin. Fevralın 1-dən trekin ətrafında olan təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlayacağıq. Üç həftə sonra isə baryerlərin üzərində şəbəkələr qurulacaq. Martın 1-dən isə tribunaların hazırlanmasına start veriləcək. Trekdə və onun ətrafında hər hansı bir dəyişiklik olmayacaq. Əsas məqsədimiz tamaşaçıların yarışa böyük həvəslə qatılmasıdır. Bu il keçiriləcək yarışın da mövsümün ən yaxşısı seçilməsi üçün var gücümüzlə çalışırıq”.
Plana əsasən, tikiləcək pit binası və qarajların yarışdan sonra saxlanacağını diqqətə çatdıran T.Butçer gələn il təşkil olunacaq Azərbaycan Qran-Prisi üçün infrastrukturun hazır olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.

Paylaş:
Baxılıb: 943 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30