A+   Yenilə  A-
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

Dövlət başçısının rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir
Son illərdə Azərbaycanın mənzərəsi yaxın, orta və uzunmüddətli dövr üçün hədəflənən məqsədlərə çatmaq istiqamətində genişməzmunlu islahatların uğurla reallaşdırılması ilə səciyyələnir. İslahatların konseptual əsasları və icra mexanizmləri hazırlanarkən qabaqcıl ölkələrin təcrübəsi, meydana çıxan qlobal çağırışlar və əlbəttə ki, ölkənin imkanları, cəmiyyətin sosial sifarişləri əsas götürülür. Belə bir rasional vəhdətin təmin edilməsi öz növbəsində islahatların uğurla həyata keçirilməsini və bunun nəticəsi olaraq respublikamızın bütün istiqamətlərdə böyük uğurlara imza atmasını şərtləndirir. Məhz ötən dövrdə aparılan islahatların nəticəsidir ki, Azərbaycanda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi inkişaf sahəsindəki göstəriciləri bütün dünya üzrə ən yaxşılardan hesab edilir.
Qeyd etmək yerinə düşər ki, artıq tarixə dönən 2018-ci il də daxil olmaqla ölkəmizdə reallaşdırılan islahatlar kompleks xarakter daşımaqla müxtəlif istiqamətləri əhatə edir. Yeni şəraitdə zamanın dəyişən tələbləri fonunda həmçinin struktur islahatlarının davam etdirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə daha çevik idarəetmə strukturunun formalaşdırılacağını nəzərə çatdıraraq “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü”, - deyə vurğulayıb.
Həyata keçirilən islahatlar çərçivəsində ölkədə keyfiyyətcə yeni idarəetmə strukturunun formalaşdırılması mühüm əhəmiyyət kəsb edir
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan islahatların mühüm bir bloku institusional sferanı əhatə edir. Həyata keçirilən islahatlar çərçivəsində ölkədə keyfiyyətcə yeni idarəetmə strukturunun formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində ölkəmizin inkişafının yeni mərhələsində struktur islahatlarının zəruriliyinə diqqət çəkərək bildirib: “...Struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 yanvar 2019-cu il tarixində struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Dövlət başçısının bəhs olunan tarixdə imzaladığı Fərmana əsasən ölkədə dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətlərinin özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməsi nəzərdə tutulub. Fərmanla Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib. Sənəddə həmçinin vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilsin və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilsin.
Ölkədə aparılan struktur islahatlarının davamı olaraq Prezident İlham Əliyevin imzaladığı növbəti Fərman isə aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındadır. Bəhs olunan Fərmanla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması qərara alınıb. Sənəddə də vurğulandığı kimi, agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirəcək, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirəcək.
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir.
Vurğulamaq yerinə düşər ki, struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə cənab Prezidentdən xüsusi tapşırıqlar alıblar. Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin edilir.
Aparılan struktur islahatları institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir
Son 15 ildə dünya miqyasında Azərbaycan kimi dinamik sosial-iqtisadi inkişaf göstəriciləri qazanan ölkələrin sayı çox azdır. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. Respublikamız inamlı inkişaf dinamikasını artıq tarixə dönən 2018-ci ildə də davam etdirib. Respublikamız ötən ili bütün istiqamətlər üzrə müsbət göstəricilərlə başa vurub. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar məqsədyönlü şəkildə həyata keçirilən islahatların bəhrəsidir. Prezident İlham Əliyev islahatların uğurlu nəticələrindən məmnunluq hissi ilə söhbət açaraq vurğulayıb: “Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir”.
Azərbaycan perspektivdə də özünün dinamik sosial-iqtisadi inkişafını davam etdirməyi hədəfləyib. Yeni mərhələdə həyata keçirilən struktur islahatları da məhz bu məqsədlərə hesablanıb. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.
Respublikamızda Prezident İlham Əliyevin apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi - səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Belə ki, struktur islahatları institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir. Prezident İlham Əliyev ölkədə aparılan islahatlar çərçivəsində gömrük və vergi sistemlərində həyata keçirilən sağlamlaşdırma tədbirlərinin yaxşı nəticələr verdiyinə diqqət çəkərək bildirib: “Xüsusilə vergi və gömrük sahələrində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Bu sahələrdə sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Görülmüş işlər, yəni, artıq apardığımız islahatlar bu il də özünü böyük dərəcədə göstərəcək”.
Statistik göstəricilər iqtisadi sektora aid dövlət qurumlarında reallaşdırılan islahatların kifayət qədər yüksək səmərə verdiyini bir daha təsdiqləyir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin məlumatına əsasən, 2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib. Artıq tarixə dönən 2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.
Respublikamızda fiksal siyasətin uğurla həyata keçirilməsində mühüm rol oynayan Vergilər Nazirliyinin sistemində də çox dərin islahatlar aparılıb. Burada yeni yanaşmanın tətbiqinin, qanunvericilik bazasının təkmilləşdirilməsinin nəticəsidir ki, ötən il ölkə miqyasında vergitutma ilə bağlı proqnozlar tam yerinə yetirilib və bu da çox yüksək qiymətə layiq olan məsələdir. Yeni mərhələdə Vergilər Nazirliyinin sistemində aparılan islahatlar institusional yolla kölgə iqtisadiyyatının və qanunsuz məşğulluğun aradan qaldırılmasına hesablanıb.
Son illərdə respublikamızda həyata keçirilən islahatlar, o cümlədən də struktur islahatları iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasında mühüm rol oynayır. Yeri gəlmişkən, bu günlərdə ölkədə qeyri-neft iqtisadiyyatının inkişafına yönələn daha bir mühüm qərar qəbul olunub. Belə ki, Prezident İlham Əliyev 14 yanvar 2018-ci il tarixində “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında müvafiq Fərman imzalayıb. Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha da təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınıb.
Şübhə yoxdur ki, ölkəmizdə reallaşdırılan bu və ya digər struktur islahatları, xüsusilə, “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.
Struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir
Respublikamızda reallaşdırılan iqtisadi məzmunlu islahatların böyük qismi özəl sektorun imkanlarının daha da genişləndirilməsinə hesablanıb. Dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.
Ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması, sahibkarlara dəstək tədbirlərinin gücləndirilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Paralel şəkildə sahibkarlara dəstək mexanizmi getdikcə təkmilləşdirilir. Dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Sənədə əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Ardıcıl şəkildə həyata keçirilən bu kimi tədbirlər sayəsində dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Artıq respublikamızda güclü sahibkarlar ordusu formalaşıb. Belə ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Ölkə miqyasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayının artması da məmnunluq doğurur. Respublikamızda son 15 ildə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 5,1 dəfə artıb.
Yeri gəlmişkən, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və bu sahədə rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir. Respublikamızda özəl sektorun rəqabət imkanlarının artırılması istiqamətində işlər perspektivdə də davam etdiriləcək. Prezident İlham Əliyev bildirib ki, bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq.
Struktur islahatları aparılarkən “bir pəncərə” və rəqəmsallaşma prinsipinin əsas götürülməsi vətəndaş məmnunluğunu daha da artırır
Ölkədə aparılan struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökumət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartları səviyyəsində həyata keçirilməsini təmin edir. Bütövlükdə, respublikamızda idarəetmə strukturunun təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində elektron hökumətin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. 12 noyabr 2018-ci il tarixində Bakıda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı baş tutub. Tədbirdə vurğulanıb ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illərdə bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olub, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldəetmə azadlığı təmin edilib. Bununla yanaşı, son illər vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq əsas hədəfə çevrilib. Bütün bunlara görə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zərurəti yaranmışdı. Bu işlərin sürətlə həyata keçirilməsi üçün Prezident İlham Əliyev 2018-ci il martın 14-də “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Bu Fərmanla elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs fəaliyyətə başlayıb.
Ümumiyyətlə, struktur islahatları nəticəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaqdır. “Bir pəncərə” və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xətdir ki, bu da respublikamızda vətəndaş məmnunluğunu getdikcə daha da artırır.
Əlamətdar haldır ki, respublikamızda aparılan struktur islahatları beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4200  |  
  • Tarix:  16-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb
17 May 17:20
Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA