Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək

ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək

17.01.2019 [10:13]

ADA Universiteti elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi istiqamətində daha bir tərəfdaşlıq qurdu.
Bu haqda müvafiq anlaşma memorandumu yanvarın 16-da ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov tərəfindən imzalanıb.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən hər iki təşkilat tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin həyata keçirilməsi üçün birgə proqramlar təşkil edəcək. Bununla yanaşı, universitetin elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillər aparılacaq. Nəzərdə tutulan birgə layihələr arasında ixtiraçıların fəallığının artırılmasına dəstək tədbirləri də var. Xüsusilə də ADA Universitetində fəaliyyət göstərən ixtiraçıların təkliflərindən kiçik və orta biznes subyektlərinin yararlanması üçün müzakirə platforması yaradılacaq. Öz növbəsində, ADA-nın bakalavr və magistr pillələrində təhsil alan tələbələr özəl sektorda müxtəlif istehsalat təcrübəsi keçmək imkanından, dissertasiya işlərində agentliyin nümayəndələrinin məsləhətlərindən faydalana biləcəklər.

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31