Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Times of San Diego” qəzetində Cocuq Mərcanlı kəndinin bərpası barədə məqalə dərc olunub

“Times of San Diego” qəzetində Cocuq Mərcanlı kəndinin bərpası barədə məqalə dərc olunub

18.01.2019 [09:38]

ABŞ-ın “Times of San Diego” qəzetində siyasi icmalçı və “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Kontrerasın məqaləsi dərc olunub. Müəllif Bakıda keçirilmiş 6-cı Beynəlxalq Humanitar Forumla bağlı təəssüratlarını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsinə səfəri haqqında mülahizələrini oxucularla bölüşüb.
AZƏRTAC xəbər verir ki, müəllifin yazdığına görə, bütün irqlərə və dinlərə mənsub olan insanlarla birlikdə Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı onda antisemit və ümumilikdə qeyri-tolerant şəxslərin fikirlərinin qəbuledilməz olduğuna dair qənaəti gücləndirib. Kontreras qeyd edir: “Tale elə gətirdi ki, Pitsburq sinaqoqunda atışma günündə mən bu yaxınlarda Azərbaycanda 150 ailə üçün bərpa edilmiş kənddə oldum. Cocuq Mərcanlı adlanan bu kənd paytaxtdan 300 kilometrə yaxın məsafədə yerləşir və 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd üç il əvvəl işğaldan azad olunub. Burada yaşayan 450 azərbaycanlı ailəsi həyatlarına təhlükə yarandığından öz evlərini tərk etməyə məcbur olub. Sağ qalanlar məcburi köçkünlərə çevrilib və Birləşmiş Millətlər Təşkilatının da qeydə aldığı bir milyon azərbaycanlı qaçqının siyahısına əlavə olunublar”.
1993-cü ildə baş vermiş faciələrdən bəhs edən müəllif yazır ki, Araz çayı üzərindən İrana keçmək istəyən bir çox dinc insanlar həlak olublar.
Məqalədə diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməyə baxmayaraq, vəziyyət dəyişməyib və Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Lakin üç il əvvəl Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyat həyata keçirərək Ermənistanın işğal etdiyi torpaqların kiçik bir hissəsini, o cümlədən Cocuq Mərcanlı kəndini azad ediblər. Müəllifin yazdığına görə, Cocuq Mərcanlı bütün Qafqaz regionunda xoş gələcəyin müjdəçisidir. Kontreras vurğulayır: “Azərbaycan hökuməti Cocuq Mərcanlıda yeni evlər tikib və dağıdılmış məscidi, mülki tikililəri, məktəb binasını bərpa edib. 1993-cü ildə buradan didərgin düşən 150 kənd sakini artıq öz evlərinə qayıdıb. Daha 300 ailə onlar üçün tikiləcək yeni evlərə qayıdacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Qərb standartları üzrə inkişaf davam edir. Nəticədə isə gələcəyə ümidlə baxan müasir dövlət yaranıb. Cocuq Mərcanlı ölkənin liderinin səylərini təcəssüm etdirir”.

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30