A+   Yenilə  A-
Xunta rejiminin süqutu: erməni rəhbərliyi konstruktiv mövqeyə gələcəkmi?

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi dərin məzmunlu nitqində bir çox məsələlərlə yanaşı, regional miqyasda cərəyan edən prosesləri də təhlil edib. İlham Əliyev həmin kontekstdə Ermənistanda hakimiyyət dəyişikliyinin və bu ölkədə ümumi vəziyyətin pisləşməsinin səbəblərini göstərib. İyirmi ildən çox müddət ərzində seçki saxtakarlığı yolu ilə hakimiyyəti mənimsəmiş Sarkisyan rejiminin beynəlxalq qurumlarla cinayət əlaqələrini faktlarla ifşa edib. Ötən müddətdə Ermənistanda seçkilərin demokratik keçdiyindən dəm vuran dairələr indi, nədənsə, keçmiş hakimiyyət komandasının cəmi beş faiz səs toplaması səbəbini izah edə bilmirlər. Bu o deməkdir ki, uzun illər özlərini demokrat hesab edən həmin dairələr, əslində, ikili standart siyasəti aparıb, insanları aldadıblar və bununla Sarkisyan iqtidarının cinayətlərinə ortaqdırlar. Bu faktların fonunda dövlət başçısının nitqinin həmin məqamları üzərində geniş dayanmağa ciddi ehtiyac görürük.
Kriminal iqtidar: məntiqi son və meydana çıxan suallar
Dövlət başçısı İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çox maraqlı və aktual problemlərə toxunulub. Ölkə rəhbəri söylədiyi nitqində daxili siyasətdə əldə edilən uğurları təhlil etməklə yanaşı, xarici siyasətdə keçən il müddətində özünü göstərən prosesləri də diqqətə çatdırıb. O cümlədən Ermənistan rəhbərliyinin fəaliyyəti və ona bir sıra xarici qüvvələrin münasibətindəki məqamlarla bağlı olduqca əhəmiyyətli fikirlər ifadə edib. Azərbaycan Prezidenti dərin məzmunlu və tam arqumentli tezisləri ilə nümayiş etdirib ki, daxili, regional və qlobal miqyasda cərəyan edən prosesləri dəqiq müşahidə edir, çox rasional nəticələr çıxarır. Bu baxımdan Ermənistanda 2018-ci ildə özünü göstərən siyasi proseslərə verilən qiymət çox maraqlıdır.
Azərbaycan Prezidenti nitqində Ermənistanda iyirmi il hakimiyyətdə olmuş kriminal xunta rejiminin süqutunun səbəblərini geniş izah edib. Həmin kontekstdə bir sıra beynəlxalq dairələrin və siyasətçilərin qərəzli, ədalətsiz mövqe tutduqlarını sübuta yetirib və hansı nəticələrin əldə edildiyini də ifadə edib.
Ölkə rəhbəri nitqində vurğulayıb: “Bildiyiniz kimi, keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır”.
Dövlət başçısı 2018-ci ildə Ermənistanda baş verən hadisələrin sonucunun “böyük dəyişiklik” olduğunu ifadə edib. Onun başlıca məzmunu iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş və mahiyyətcə kriminal xunta olan rejimin ölkəyə rəhbərliyinə son verilməsindən ibarətdir. Həmin rejimin süqutunda başqa faktorlarla yanaşı, Ermənistanın işğalçılıq siyasəti də ciddi rol oynayıb. Bunun özünü konkret olaraq nədə ifadə etdiyini də dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev deyib: “Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır”.
Belə çıxır ki, Ermənistanın hazırda dərin siyasi böhran içində olmasının yeganə günahkarı rəsmi İrəvanın qeyri-konstruktiv siyasəti olub. Bunun da iki aspekti mövcuddur. Birinci aspekt ondan ibarətdir ki, S.Sarkisyan rejimi mahiyyətcə kriminal xunta rejimi olduğundan aqressiv mövqe tutub. Elə bu da onu tənəzzülə aparıb. Çünki Azərbaycan Ermənistanı regional layihələrdən təcrid edib. Bunun nəticəsində həm Ermənistan iqtisadiyyatı çöküb, həm də demoqrafik böhran meydana gəlib. İndi də ermənilər həm ölkəni kütləvi şəkildə tərk edirlər, həm də onlarda azalma prosesi gedir.
Digər aspekt isə Ermənistanın indiki hakimiyyətinin ibrət dərsi alması zərurəti ilə bağlıdır. Yəni əgər indikilər də S.Sarkisyan iqtidarı kimi qeyri-konstruktiv mövqe tutacaqlarsa, Ermənistanın süqutu prosesi daha da dərinləşəcək. Və onu kimsə xilas edə bilməyəcək.
Prezident İlham Əliyev Azərbaycan rəhbərliyinin hansı səbəblərdən məhz bu mövqeni tutduğunu da konkret ifadə edib. Ölkə rəhbəri nitqində bəyan edib: “Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”.
Cinayətə ortaq olanlar: məsuliyyətdən qaçış
Bəli, Azərbaycanın əsas şərti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından silahlı qüvvələrini çəkməsindən ibarətdir. Rəsmi İrəvan bunu etmir. Əksinə, öz aqressiv ritorikasında qalmaqda davam edir. Üstəlik, bunu 20 il müddətində qanunsuz rejim edib. Sual olunur: necə olub ki, Ermənistana hakimiyyəti qanunsuz yolla zəbt etmiş komanda rəhbərlik edib və bununla bağlı beynəlxalq təşkilatlar heç bir tədbir görməyiblər? Necə olur ki, müsəlman ölkələrində insan haqlarının pozulması hallarını iynənin gözündə axtaran, bu ölkələrdəki seçkilərdə “qayda pozuntuları” tapan, seçki saxtakarlığından dəm vuran dairələr iyirmi il ərzində Ermənistanda qeyri-legitim hakimiyyətin mövcudluğunu görməyib?
Prezident İlham Əliyev məsələnin bu aspektini lakonik şəkildə diqqətlərə çatdırır. Nitqində Prezident ifadə edir: “Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə beş faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə əlli faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?!”.
Həqiqətən, bu, nə ziddiyyətli haldır? Beynəlxalq təşkilatlar üçün üz qaralığıdır. İllərdir ki, onlar Ermənistanda seçkinin demokratik keçdiyindən dəm vurur, insan haqlarının qorunmasında onu Cənubi Qafqazın lideri kimi təqdim etməyə çalışırdılar. Hətta bəziləri Ermənistanı regionun ən azad ölkəsi hesab edirdi. Və qəfil bütün bunların yalan, aldatma, süni qiymətləndirmə olduğu üzə çıxır. Yenə həmin təşkilatlar N.Paşinyanın küçəyə çıxması ilə bəyan edirlər ki, Ermənistanda seçkilərdə kobudluq olub, insanlar həlak olublar, hakimiyyət orqanları xüsusi cəza əməliyyatları keçirib. Bu səbəblərdən N.Paşinyanı dəstəkləyiblər.
Digər tərəfdən, S.Sarkisyan hakimiyyətini demokratik hesab edən bu dairələr son seçkidə həmin siyasi qanadın cəmi beş faiz səs toplamasını necə izah edə bilərlər? Heç cür izah edə bilməzlər. Əksinə, onların qərəzli, saxta və ikili standartlara uyğun siyasət apardıqları bir daha aydın olur. Bütün bunların fonunda Prezident İlham Əliyev haqlı olaraq sual edir: “Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə...?”.
Prezident İlham Əliyev bu sualların cavabını da deyib: “İkili standartlara görə. Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi”.
Belə çıxır ki, ermənilərlə əlbir olan, onlardan rüşvət alan beynəlxalq təşkilatlar, bir sıra rəsmi şəxslər, siyasətçilər və başqaları uzun illər Ermənistan rəhbərliyinin cinayət əməllərinə ortaq olublar. Bu işlərinə görə həmin dairələr məsuliyyətə cəlb olunmalıdırlar: “Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var”.
Nəhayət, Prezident İlham Əliyev dialoqa üstünlük verir. Lakin Azərbaycan rəhbərinin şərti qətidir: “...bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.
İndi qərar əks tərəfindir. Azərbaycan rəhbəri kifayət qədər konstruktiv mövqedədir və erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çəkildikdən sonra Ermənistanla əməkdaşlığa baxıla biləcəyini konkret ifadə edir. Bu imkandan rəsmi İrəvan və onun havadarları istifadə etməyəcəklərsə, günah özlərində olacaq!
Newtimes.az

 
  • Oxunub:  4320  |  
  • Tarix:  19-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

22 Sentyabr 09:59
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
22 Sentyabr 09:56
Prezident İlham Əliyev: Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir
21 Sentyabr 18:51
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21 Sentyabr 16:46
Cenevrədə BAMF-ın qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanatı yayılıb
21 Sentyabr 16:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyi ilə tanış olub
21 Sentyabr 16:24
Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir
21 Sentyabr 16:20
ATƏT-in görüşündə Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dair görülən işlərdən danışılıb
21 Sentyabr 16:17
Bitki sağlamlığı ilə əlaqədar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dair məsələlər müzakirələr edilib
21 Sentyabr 16:14
Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib
21 Sentyabr 16:12
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçirilib
21 Sentyabr 16:02
Macarıstanın “Daily News Hungary” portalında AZƏRTAC-ın xüsusi müxbirinin xəbəri dərc edilib
21 Sentyabr 15:59
Çin nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub
21 Sentyabr 13:49
Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə İsmayıllıda müşavirə keçirilib
21 Sentyabr 13:26
Seyfəddin Talıbov: Ərzaq təhlükəsizliyinin etibarlı təminatı təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün strateji bir məsələyə çevrilib
21 Sentyabr 13:11
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
21 Sentyabr 13:07
Mirzə Əliyev: Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir
21 Sentyabr 13:02
Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək
21 Sentyabr 12:59
Orxan Məmmədov: Hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir
21 Sentyabr 12:56
BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır
21 Sentyabr 12:54
Samir Vəliyev: Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır
21 Sentyabr 12:50
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyəti oldu
21 Sentyabr 12:48
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İsmayıllı şəhərində gənclərlə görüşüb
21 Sentyabr 12:45
Deputat: Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən ölkəyə çevrilib
21 Sentyabr 12:39
BMT Baş Assambleyası 74-cü sessiyasının sədri ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb
21 Sentyabr 12:32
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21 Sentyabr 12:29
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21 Sentyabr 12:15
Əli Əhmədov İsmayıllı şəhərində Qarabağ müharibəsi veteranları ilə görüşüb
21 Sentyabr 12:11
Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
21 Sentyabr 10:27
“Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var
21 Sentyabr 10:13
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
21 Sentyabr 10:11
YAP Nəsimi rayon təşkilatı “Xəzər dostluq, inkişaf və sülh rəmzidir” adlı tədbir keçirib
21 Sentyabr 10:09
YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
21 Sentyabr 10:08
Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir
21 Sentyabr 09:59
Sosial-iqtisadi böhran və hökumətdəki istefalar Nikol Paşinyanın sonunu yaxınlaşdırır
21 Sentyabr 09:58
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olunub
20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA