Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradıb

Çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradıb

22.01.2019 [10:00]

Bu reallıqlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni perspektivlər açır
Azərbaycanın çoxvektorlu və praqmatik xarici siyasəti ölkəmizin beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib. Reallıq budur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Eyni zamanda, Azərbaycan səmərəli və məqsədyönlü xarici siyasət kursu ilə regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir. Azərbaycan öz xarici siyasət kursunda region ölkələri ilə, eləcə də işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, praqmatik, çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan işğalçı Ermənistan istisna olmaqla region ölkələri ilə əlaqələrini inkişaf etdirməklə, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verib və bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib. Digər tərəfdən, Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadı, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm xarakter daşıyan görüşləri iki ölkə arasında münasibətlərin inkişafına, eləcə də regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verir. Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir. Digər tərəfdən, Azərbaycan-İran münasibətləri də uğurla inkişaf edir. Azərbaycan İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan İrana qarşı təcrid siyasətinə qoşulmadı, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirdi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmədi. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri qarşılıqlı əlaqələri daha da gücləndirdi. Ölkələr bir çox iqtisadi layihələr çərçivəsində sıx əməkdaşlıq edirlər. Türkiyə-Azərbaycan əlaqələri isə ən yüksək səviyyədədir. Azərbaycan müstəqillik illərində Türkiyə ilə münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail olub, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələr daha da intensivləşib. Digər tərəfdən, Azərbaycan Gürcüstanla da strateji tərəfdaşlıq əlaqələri qurub, həyata keçirilən transmilli layihələr qonşu ölkənin inkişafı, təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktora çevrilib.
Bütövlükdə, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, region ölkələri ilə strateji tərəfdaşlığı inkişaf edir, Ermənistanın xarici siyasətində isə ciddi geriləmə müşahidə olunur, işğalçı ölkənin regionda təcrid vəziyyəti dərinləşir. Başqa sözlə, işğalçı Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb, eyni zamanda, ənənəvi müttəfiqlərini də itirib. Xüsusi vurğulamaq gərəkdir ki, Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir.
Nəticə etibarilə, çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradıb. Bu reallıqlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni perspektivlər açır.
N.QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 312 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31