A+   Yenilə  A-
Rövnəq Abdullayev: SOCAR-ın xarici bazarlardakı gəlirləri ölkə daxilində əldə edilən gəliri üstələyir

“SOCAR-ın xarici bazarlarda əldə etdiyi gəlirlər ölkə daxilində əldə olunan gəliri üstələyir. Şirkət mayeləşdirilmiş təbii qaz (LNG) üzrə qlobal ticarət dövriyyəsini 4 dəfədən çox artırıb. “SOCAR karbamid” zavodu məhsulunun 70 faizdən çoxunu xarici bazarlara ixrac edərək ölkəyə hər il yüz milyonlarla əlavə gəlir gətirəcək. “Heydər Əliyev” adına yeni yarımdalma üzən qazma qurğusu “Abşeron” yatağındakı ilk quyunu bu ilin üçüncü rübündə tamamlayaraq “Şəfəq-Asiman” layihəsi çərçivəsində axtarış quyusunu qazmağa başlayacaq. “Qarabağ” yatağında inşa edilən yeni dəniz özülünün dayaq blokunda işlərin 60 faizi tamamlanıb. “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunması proqnozlaşdırılır. “Ümid-2” platformasının tikilməsi və 2020-ci ilin sonlarında həmin platformadan ilk quyunun qazılması nəzərdə tutulur. SOCAR xaricdən qaz idxalından bütövlüklə imtina edib”, - bu faktları AZƏRTAC-a eksklüziv müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin ötənilki nailiyyətləri və gələcək hədəfləri, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurları, istifadəyə verilən yeni zavodların əhəmiyyəti, yeni kəşfiyyat-hasilat planları barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- 2018-ci il SOCAR-ın iri layihələrinin tamamlanması, Azərbaycanda və xaricdə bir çox yeni strateji müəssisələrin açılışı ilə yadda qaldı. Rəhbərlik etdiyiniz şirkət üçün ötən ilin yekunlarını necə qiymətləndirirsiniz?
- Keçən il şirkətimiz üçün uğurlu oldu. İllər əvvəl başladığımız ən böyük və strateji layihələr məhz 2018-ci ildə tamamlandı və Azərbaycan neftçiləri çəkilən zəhmətin bəhrəsini görməyə nail oldular. Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli meqalayihənin üç seqmenti - “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) və TANAP-ın Əskişəhərə qədər olan hissəsi istismara başladı. Dəhliz vasitəsilə ilk qaz - 1,1 milyard kubmetrdən çox həcmdə Türkiyə bazarına nəql edildi. Əlbəttə ki, qarşıdakı illərdə bu rəqəm daha da yüksələcək və ildə 6 milyard kubmetrə çatacaq.
“SOCAR Polymer” kompleksinin polipropilen zavodu, Türkiyənin Əliağa yarımadasında “Star” neft emalı zavodu, Egey dənizinin ən böyük konteyner limanı olan “Petlim” istifadəyə verildi. Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi layihəsinin birinci mərhələsi başa çatdırıldı. Yüksək texnoloji tələblər səviyyəsində daha bir dəniz özülünü öz daxili imkanlarımızla inşa edərək “Bulla dəniz” yatağında quraşdırıb istismara verdik.
Müxtəlif sahələrdə geniş vüsət alan bu layihələrin təməlini hələ illər əvvəl Prezident İlham Əliyev tərəfindən qoyulmuşdu. Ölkə başçısının göstərdiyi strateji kursu rəhbər tutaraq SOCAR ötən 10 il ərzində idarəetmə, maliyyə, kadr siyasəti, təchizat - bir sözlə bütün sahələrdə islahatlar keçirib, əməliyyat effektivliyini yüksəldib. Dövlət başçısının qarşımızda qoyduğu əsas hədəflərdən biri də tək bir əmtəə növündən asılılığı azaltmaq idi. SOCAR bu məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırdı, qlobal bazarları kəşf etməyə başladı. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrildi.
İndi, SOCAR demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir. Xarici bazarlarda əldə etdiyimiz gəlirlər artıq ölkə daxilində əldə edilən gəliri üstələyir. Hər il yeni sahələrə və yeni bazarlara qədəm qoyur, biznesimizi genişləndiririk. Mayeləşdirilmiş təbii qaz (LNG) kimi bizim üçün yeni olan bir əmtəə bazarına 2017-ci ildə daxil olmağımıza baxmayaraq, cəmi bir il ərzində bu yanacaq növü üzrə qlobal ticarət dövriyyəmizi 4 dəfədən çox artırmağa nail olmuşuq.
Ötən ilin uğurlu nəticələrini bu ilin əvvəlində də davam etdirdik. Daha bir yeni müəssisəmiz - Karbamid zavodu istismara verildi. Yüksək azot tutumuna malik olan karbamid gübrəsi əvvəllər Azərbaycana idxal olunurdu. İndi isə bu zavod daxili tələbatı tam təmin edəcək, üstəlik məhsulunun 70 faizdən çoxunu xarici bazarlara ixrac edərək ölkəyə hər il yüz milyonlarla əlavə gəlir gətirəcək.
“SOCAR Polymer” kompleksində istehsal olunan polipropilen məhsulu bu gün Türkiyə və Ukraynaya ixrac edilir. Gələcəkdə məhsulun MDB və Avropa ölkələrinə də ixrac edilməsi nəzərdə tutulur. Kompleksin ümumi istehsal həcmi cari ildə 220 min ton təşkil edəcək, sonrakı illərdə isə 300 min tona çatdırılacaq. Hazırda əsasən avtomobil və dəmir yolu vasitəsilə nəql olunan polimer məhsullarının gələcəkdə, həm də dəniz yolu ilə ixrac edilməsi nəzərdə tutulur.
- Ötən il SOCAR üçün bir çox yeni zavodların açılışı ilə yadda qaldı. Lakin şirkətin ənənəvi əməliyyat sahələri olan kəşfiyyat və hasilatda da böyük işlər görülür. Siz bu istiqamətdə şirkətin inkişaf perspektivlərini və ümumiyyətlə, gələcək biznes portfelinizdə kəşfiyyat və hasilatın yerini necə görürsünüz?
- Son illərdə yeni istehsalat sahələrinin yaradılması, neft və kimya məhsullarının istehsalı, nəqli, satışı kimi yeni sahələr üzrə fəaliyyətimiz inkişafın dayanıqlılığını təmin edib, əməliyyatlarımızın sabitliyinə töhfə verib. Əgər bir məqamda bir əmtəənin qiyməti düşərsə, portfelimizdə olan digər əmtəə və xidmət növlərindən daxil olan gəlirin artması həmin itkiləri kompensasiya edərək yekun nəticəni müəyyən qədər tarazlaşdıracaq. Lakin bunu da nəzərə almaq vacibdir ki, bizim biznes neft və qaz sahəsinin dəyər zənciri ilə bağlıdır. Yeni zavodların davamlı fəaliyyəti onların xammalla fasiləsiz təchizatından asılıdır. Məhz buna görə neft və qaz yataqlarının işlənməsinə sərmayə qoyuluşları davam etdirilir və biz bütün istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də dövlət dəstəyini daim hiss edirik.
Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının işlənməsi artıq ikinci mərhələyə keçib, bu da qarşıdakı illərdə ölkəmizin qaz hasilatına ildə əlavə 16 milyard kubmetr gətirəcək. “Abşeron”, “Ümid” və “Qarabağ” kimi yeni yataqlarımız Azərbaycanın karbohidrogen ehtiyatlarının əvvəl gözlənildiyindən daha böyük olduğunu göstərir. SOCAR-ın “Heydər Əliyev” adına yeni yarımdalma üzən qazma qurğusu artıq ötən ildən “Abşeron” yatağındakı ilk quyuda qazma işinə başlayıb. Bu quyunun dərinliyi 7400 metrdən çox olacaq. Qazma işləri bu ilin üçüncü rübündə tamamlanacaq. Daha sonra həmin qurğu “Şəfəq-Asiman” layihəsi çərçivəsində axtarış quyusunda qazmaya başlayacaq.
“Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür. Bu yataqda hasilat və qazma işlərinin aparılması üçün yeni dəniz özülü inşa edilir. Özülün dayaq blokunda işlərin 60 faizi artıq tamamlanıb. Eyni zamanda, layihə üzrə yekun mühəndisi layihələndirmə işləri aparılır. “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunması proqnozlaşdırılır.
BP şirkəti ilə müştərək işlənilən “D-230” layihəsi üzrə cari ildə qrafikə uyğun olaraq ilkin seysmik kəşfiyyat işləri aparılmalıdır. Həmçinin BP ilə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinin aparılması üçün süni adanın salınması məsələsi də nəzərdən keçirilir.
Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında hasilat artırılır. Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq, “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır. “Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib. Bundan başqa, “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görülür.
Son 2 il ərzində SOCAR qazma işlərinin ümumi həcmini 66 faiz artırıb. Bizim qazmaçılar və hasilatçılar Xəzər dənizinin geoloji baxımdan ən mürəkkəb yataqlarında işlədiklərinə baxmayaraq, 2015-ci ildən bəri “Bulla Dəniz” və “Ümid” yataqlarında 1000 atmosferə yaxın təzyiq altında 6000 metrdən çox dərinlikdə 4 quyu qazaraq, təhvil veriblər. “Ümid” yatağında qazılan yeni quyunun dərinliyi isə artıq 6810 metrə çatdırılıb, onun qazılması yaxın zamanda tamamlanacaq.
Sadaladığım bütün bu yeni yataq və perspektivli strukturların işlənilməsi qarşıdakı illərdə və onilliklərdə Azərbaycanda təbii qaz hasilatını qat-qat artırmağa, neft hasilatını stabilləşdirməyə imkan yaradacaq. Gələcək illərdə strateji hədəflərimiz ölkəmizin daxili tələbatını tam ödəmək, enerji təhlükəsizliyini davamlı olaraq təmin etmək, Azərbaycanda və xarici ölkələrdə yeni investisiya imkanlarını araşdırmaq, dəyər zəncirimizi təkmilləşdirərək, gəlirləri daha da artırmaqdır.
2018-ci ildə respublikamızda təbii qaz hasilatının önəmli dərəcədə artırılması nəticəsində biz xaricdən qaz idxalından bütövlüklə imtina etdik. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanın iki qitənin arasında strateji enerji mərkəzinə çevrilməsinə imkan verəcək. Müxtəlif ölkələrdə geniş vüsət alan beynəlxalq iqtisadi əməliyyatlarımız ölkəmizin iqtisadi və siyasi müstəqilliyinə güc qatacaq, onun beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək.
- Maraqlı müsahibə üçün təşəkkür edirik.

 
  • Oxunub:  5670  |  
  • Tarix:  08-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır

26 Aprel 11:38
Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
26 Aprel 11:31
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində anılıb
26 Aprel 11:26
Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb
26 Aprel 11:19
Naxçıvan Dövlət Universitetində startap layihələrin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib
26 Aprel 11:13
Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib
26 Aprel 10:35
Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilir
26 Aprel 10:32
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
26 Aprel 10:28
Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir
26 Aprel 10:23
Heydər Əliyev Mərkəzinin parkında: DJ “S-BROTHER-S”, “Rast” qrupu və musiqili atəşfəşanlıq
26 Aprel 10:17
Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
26 Aprel 10:16
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub
26 Aprel 10:14
Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri iflasa uğrayıb
26 Aprel 10:12
Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib
26 Aprel 10:11
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir
26 Aprel 10:07
Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
26 Aprel 09:53
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır
26 Aprel 09:50
Rumıniya müsəlmanlarının dini rəhbəri Azərbaycandakı dövlət-din münasibətləri barədə məlumatlandırılıb
26 Aprel 09:48
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:44
“Azərbaycan cəmiyyəti və informasiya resursları belə məsələlərdə diqqətli olmalıdır”
26 Aprel 09:43
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:40
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünü qeyd edib
26 Aprel 09:38
Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc olunmasına etiraz edib
26 Aprel 09:36
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
26 Aprel 09:33
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
26 Aprel 09:32
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
26 Aprel 09:30
Azərbaycanın bölgələrində yazlıq bitkilərin əkini uğurla davam edir
25 Aprel 21:26
Azərbaycanın cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir
25 Aprel 21:23
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib
25 Aprel 21:14
Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir
25 Aprel 20:30
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25 Aprel 20:24
Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
25 Aprel 20:16
Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
25 Aprel 20:06
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü Suraxanıda təntənəli şəkildə qeyd edilib
25 Aprel 20:00
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
25 Aprel 19:46
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
25 Aprel 19:38
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
25 Aprel 19:37
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
25 Aprel 19:20
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb
25 Aprel 19:15
XİN: Rəsmi Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır
25 Aprel 19:13
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib
25 Aprel 19:04
Məmməd Musayev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb
25 Aprel 17:50
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
25 Aprel 17:42
Nurlana Əliyeva: Zərifə Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb
25 Aprel 17:29
Azərbaycan öz qəti və ardıcıl mövqeyini saxlayır – danışıqlar indiki formatda davam etdirilməlidir
25 Aprel 17:21
Üç ayda dəniz limanlarında 2 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib
25 Aprel 17:19
Mədəniyyət naziri Cenevrədə beynəlxalq konfransda iştirak edib
25 Aprel 17:17
Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir
25 Aprel 17:11
“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib
25 Aprel 17:07
İçərişəhər DTMQİ: Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir
25 Aprel 17:04
Polad Bülbüloğlu: Bakı əslində Qəhrəman şəhərdir
25 Aprel 16:58
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
25 Aprel 16:48
Malik Həsənov: Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır
25 Aprel 16:45
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib
25 Aprel 16:39
Milli Olimpiya Komitəsində atletika məşqçilərinin təltif edilməsi mərasimi olub
25 Aprel 16:36
YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi
25 Aprel 16:33
Ankara Ticarət Palatasının nümayəndələrinə türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmaq təklif edilib
25 Aprel 16:31
Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
25 Aprel 16:14
Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb
25 Aprel 16:09
“Jewish Journal” nəşrində minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında məqaləsi dərc olunub
25 Aprel 16:07
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub
25 Aprel 16:01
Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur
25 Aprel 15:58
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25 Aprel 15:49
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib
25 Aprel 15:44
Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır
25 Aprel 15:35
Formula-1 SOCAR Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub
25 Aprel 15:27
YAP Qadınlar Şurasının kollektivi akademik Zərifə Əliyevanın məzarını ziyarət edib
25 Aprel 15:04
Paytaxt məktəbliləri beynəlxalq konfransda
25 Aprel 15:01
Ölkəmiz 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur
25 Aprel 14:50
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib
25 Aprel 14:45
Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+16 +21
gecə+9 +12