Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın Sədr müavini Əli Əhmədov Mərkəzçi Demokrat İnternasionalının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov Mərkəzçi Demokrat İnternasionalının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

01.03.2019 [15:09]

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov fevralın 28-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
YAP-ın Sədr müavini Əli Əhmədov MDİ-nin prezidentinin ölkəmizə səfərinin və aparılan müzakirələrin tərəflər arasında əməkdaşlıq və dialoqun inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana Bakıda olduğu müddətdə iştirak etdiyi müzakirələrin, eləcə də məcburi köçkünlərlə görüşünün onda müsbət təəssürat yaratdığını qeyd edib. Cənab Andres Pastrana Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial təyinatlı layihələrin nümunəvi olduğunu bildirib.
Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın mövcud durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30