Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfər edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfər edib

01.03.2019 [15:13]

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gürcüstan Prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.
* * *
Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub.
Prezident Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib.
Gürcüstan dövlətinin başçısının diqqətinə çatdırılıb ki, Qaxingiloy kənd tam orta məktəbində 163 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Ötən il məktəbi bitirən 8 məzundan 5-i ali məktəbə daxil olub.
Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.
Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Qaxda da milli azlıqların övladlarının hərtərəfli təhsil almaları, onların bilikli, savadlı yetişmələri üçün bütün zəruri addımlar atılır.
Gürcüstan Prezidentinə məlumat verilib ki, Qax rayonunda 8 minə yaxın gürcü yaşayır. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü bölməsi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 2 mədəniyyət evi, 1 folklor klubu, 2 kitabxana filialı, 1 sahə xəstəxanası, 1 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir.
Məktəblə tanış olan Gürcüstanın dövlət başçısı təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzulayıb.
* * *
Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.
Ali qonağa XIX əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verilib. Bildirilib ki, bu kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.
Prezident Salome Zurabişvili kilsədə şam yandırıb. Burada dini ayin icra olunub.
Ali qonağın diqqətinə çatdırılıb ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Bu fakt bir daha ölkəmizin hər yerində dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyada öyrənilir və tətbiq edilir. Dövlətimiz tərəfindən başqa dinlərin abidələrinin qorunması, onların bərpası ölkəmizdəki multikultural siyasətin tərkib hissəsidir.
* * *
Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax şəhərinin qədim tarixi hissəsi - “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.
Prezidentə tarix-mədəniyyət kompleksi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və qala divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin əyani sübutudur. Aparılan tikinti və yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkir. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Mərkəzin ərazisindəki açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları Gürcüstan Prezidentinin marağına səbəb olub. Burada tətbiqi sənət nümunələri, xalçaçı, toxucu, ağacoyma sənətkarlıq emalatxanaları, Şərq şirniyyatı dükanı, təndirxana fəaliyyət göstərir.
Gürcüstan Prezidentinə məlumat verilib ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmmədin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib.
* * *
Fevralın 28-də Qax rayonuna səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü icması ilə görüşüb.
Gürcüstanın dövlət başçısı ölkəmizə, o cümlədən Qax rayonuna səfərinin zəngin təəssüratlarından danışıb, səfərinin çox uğurlu olduğunu bildirib. Azərbaycan Prezidenti ilə görüşdə çox vacib məsələlərin müzakirə olunduğunu deyən Salome Zurabişvili səmimi qarşılandıqlarını məmnunluqla vurğulayıb.
O, səfərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafına daha da təkan verəcəyini qeyd edib. Azərbaycanın Gürcüstan üçün strateji tərəfdaş və dost ölkə olduğunu deyən Salome Zurabişvili bildirib ki, birgə həyata keçirilən mühüm layihələr xalqlarımızın rifahına xidmət edir.
“Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar öz milli identikliyini qoruyub saxlayıblar”, - deyən Salome Zurabişvili ölkəmizdə gürcü mədəniyyətinə göstərilən diqqəti də məmnunluqla vurğulayıb.
Görüşdən sonra ali qonağa “El Resort” otelində yaradılan müasir şərait barədə məlumat verilib. Bildirilib ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində dövlət səviyyəsində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ildə istifadəyə verilən “El Resort” oteli də belə turizm obyektlərindən biridir.
* * *
Fevralın 28-də Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb. Zaqatala Beynəlxalq Hava Limanından Gürcüstanın dövlət başçısını rəsmi şəxslər yola salıblar.

Paylaş:
Baxılıb: 413 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30