Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Regionlarda müasir səhiyyə infrastrukturunun yaradılması diqqət mərkəzində saxlanılır

Regionlarda müasir səhiyyə infrastrukturunun yaradılması diqqət mərkəzində saxlanılır

14.03.2019 [09:26]

Xəstəxanaların, diaqnostika mərkəzlərinin maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi vətəndaşlara göstərilən tibbi xidmət səviyyəsinin əsaslı şəkildə yüksəlməsini təmin edib
Sosial dövlət olan Azərbaycanda əhalinin sağlamlığı, ölkə vətəndaşlarına göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə üzrə çoxlu sayda müasir səhiyyə obyektləri tikilərək istifadəyə verilib. Bütövlükdə, son 15 ildə Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və yaxud mövcud olanlar əsaslı şəkildə yenidən qurulub. Eyni zamanda, xəstəxanaların, diaqnostika mərkəzlərinin maddi-texniki bazası və kadr potensialı əsaslı şəkildə möhkəmləndirilib. Bütün bunlar isə paytaxt Bakıda olduğu kimi, bölgələrdə də əhalinin tibbi müayinəsini və müalicəsini yüksək səviyyədə təşkil etməyə imkan verir. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, hazırda Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi respublikanın bütün bölgələrində uğurla davam etdirilir. Məlumat üçün bildirək ki, respublikamızda hər il təxminən 5 milyon insan pulsuz tibbi müayinə aksiyasından bəhrələnir.
Son bir ayda Qubada 37 minə yaxın sakin pulsuz tibbi müayinədən keçib
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Quba rayonunda fevralın 12-dən indiyədək 37 minə yaxın sakin müayinə olunub. Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əmir Əliyev KİV-ə açıqlamasında kampaniyanın müvəffəqiyyətlə davam etdiyini deyib. Müayinə olunanlardan 37-si stasionar müalicəyə cəlb edilib. 97 nəfər isə müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Əmir Əliyev bildirib ki, ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Qubada keçirilən müayinələr zamanı daha çox qan-damar və kəskin respirator xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib.
Müayinələr nəticəsində sosial və epidemioloji əhəmiyyət kəsb edən bəzi xəstəliklər də aşkarlanıb. Müayinələrlə 3 nəfərin hepatit B, 4 nəfərin isə vərəmə yoluxduğu müəyyənləşib.
Baş həkimin müavini qeyd edib ki, xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər. Bununla yanaşı, kəndlərdə yaşayan sakinləri müayinə etmək üçün 13 səyyar həkim briqadası da yaradılıb.
Balakən rayonunda 61 minə yaxın insanın tibbi müayinəyə cəlb olunması nəzərdə tutulub
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Balakən rayonunda da mütəşəkkil qaydada davam etdirilir. Fevralın 12-də başlanan aksiya çərçivəsində indiyədək 24 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçib. Rayonun 54 yaşayış məntəqəsindən 17-də tibbi müayinələr artıq başa çatıb.
Rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova bildirib ki, Balakən rayonu üzrə 18 yaşdan yuxarı 61 minə yaxın insanın tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub. Müayinələrin keçirildiyi rayon mərkəzi və Qabaqçöl qəsəbə xəstəxanalarında, həmçinin 11 kənd həkim məntəqəsində aksiyanın yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
Əhalinin daha çox üz tutduğu rayon mərkəzi xəstəxanası bu günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xəstəxananın baş həkimi Dilbər Quliyevanın verdiyi məlumata görə, indiyədək rayon üzrə müayinədən keçənlərin 785 nəfərinə ambulator müalicə təyin edilib, 185 nəfər stasionar müalicəyə cəlb olunub, o cümlədən 39 xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 58 nəfər Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib. Öz növbəsində vətəndaşlar insanların sağlamlığının qorunmasına yönələn bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Şirvanda gün ərzində 500-550 nəfərdən çox vətəndaş müayinə olunur
Şirvanda üç ay ərzində əhalinin pulsuz tibbi müayinəyə cəlb edilməsi aksiyası çərçivəsində 18 yaşından yuxarı 63 min 850 nəfər sakinin tibbi yoxlamadan keçirilməsi nəzərdə tutulub. Azərbaycanın dövlət başçısının tapşırığı əsasında keçirilən humanitar aksiya Şirvan Şəhər Mərkəzi Poliklinikasında təşkil edilib. Vətəndaşlar, ilk növbədə, qeydiyyata alınır, sonra müayinədən keçirilirlər. Poliklinikada fəaliyyət göstərən elektrokardioqrama, ultrasəs, rentgen, füloqrafiya və digər şöbələrdə ixtisaslı həkimlər tərəfindən vətəndaşlar müayinə olunur, xəstəlik aşkarlanan sakinlər müalicəyə cəlb edilirlər.
Poliklinikanın müdiri Səadət Quliyeva bildirib ki, aksiya ilə bağlı tibb müəssisəsində bütün lazımi şərait yaradılıb. Təcrübəli həkimlər və orta tibb personalı aksiyaya cəlb olunub. Müayinələr tərtib olunan qrafikə uyğun aparılır.
Kürdəmirdə humanitar aksiya 62 yaşayış məntəqəsi üzrə 83 min 300 nəfərdən çox sakini əhatə edəcək
Ölkəmizdə artıq ənənəyə çevrilən əhalinin pulsuz tibbi müayinəyə cəlb edilməsi aksiyası Kürdəmir rayonunun 62 yaşayış məntəqəsi üzrə 83 min 300 nəfərdən çox sakini əhatə edəcək. Rayon mərkəzi xəstəxanasından bildirilib ki, indiyədək bu humanitar aksiyadan 20425 nəfər faydalanıb. İxtisaslı həkimlər tərəfindən hərtərəfli tibbi müayinədən keçənlərin 677 nəfəri ambulator, 82 nəfəri stasionar müalicəyə cəlb edilib, 2 nəfərin üzərində cərrahi əməliyyat aparılıb. Xüsusi müayinəyə ehtiyacı olan 40 nəfər paytaxtın ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.
Sakinlər bütün bölgəni əhatə edən humanist aksiyaya görə onun təşəbbüsçüsü olan ölkə başçısına minnətdarlıqlarını bildirirlər. Rayonun Carlı kəndindən müayinəyə gələn 56 yaşlı sakin Məlahət Xanalıyeva deyib: “Sağlamlıq insan həyatı üçün ən qiymətli nemətdir. Bizim məhz sağlamlığımız üçün edilən bu hərtərəfli müayinəyə görə aksiyanın təşəbbüsçüsü olan Prezidentimizə çox-çox minnətdarıq. Hörmətli Prezidentimiz biz insanlara çox böyük diqqət və qayğı göstərir. Son aylar minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin və sair müavinətlərin artırılması ilə əlaqədar Fərman və sərəncamları məhz biz vətəndaşlara diqqətinin və qayğısının bariz nümunəsidir”.
Qeyd edək ki, tibbi müayinələr mərkəzi rayon xəstəxanasında, poliklinika şöbəsində, Karrar və Mollakənd kənd xəstəxanalarında, 6 həkim ambulatoriyasında aparılır. İxtisaslı həkimlərdən ibarət səyyar briqada tərtib edilən qrafikə uyğun hər gün yerlərdə olur, səhiyyə müəssisələrinə gələ bilməyən əlil və ahılları evlərində müayinə edir.
Paytaxtdan gələn 19 nəfərdən ibarət həkim briqadası Tərtərdə məcburi köçkünləri müayinə edib
Ölkəmizdə həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Tərtər rayonunda fevralın 12-dən etibarən 13 yaşayış məntəqəsini, eləcə də idarə-müəssisələrin kollektivlərini təmsil edən 17 min 987 nəfər müayinə olunub. Tərtər Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, sakinlərdən 1632 nəfəri ambulator, 18 nəfəri stasionar müalicəyə cəlb edilib, 1 nəfər Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə göndərilib.
Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır. Tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən yaşı 18-dən yuxarı olan 59 min 186 nəfərin keçirilməsi nəzərdə tutulub.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tərtər rayonunda məskunlaşan məcburi köçkünlər də tibbi müayinəyə cəlb olunub. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqadası Tərtər rayon Mərkəzi Xəstəxanasında məcburi köçkünləri müayinə edib. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 600-dən çox məcburi köçkün cəlb edilib. Müayinəyə gələnlərdən bir nəfərin təcili cərrahi müdaxiləyə ehtiyacı olduğu aşkarlanıb və o, dərhal əməliyyat edilib. 15 nəfərə isə Bakı şəhərinə göndəriş verilib.
Qəbələ rayonunda müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında həyata keçirilir
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Qəbələ rayonunda da mütəşəkkil qaydada davam edir. Fevralın 12-də başlanan aksiya çərçivəsində bu günədək 8 min 500 nəfərdən çox rayon sakini tibbi müayinədən keçib.
Bu barədə KİV-ə Qəbələ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Soltanova məlumat verib. Qurumun təmsilçisi bildirib ki, aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 74 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur. Müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında həyata keçirilir. İlk növbədə, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan işçilər müayinə olunurlar. Martın 1-dən qəsəbə və kəndlərdə yaşayan əhali də aksiyaya qoşulub.
İndiyədək müayinə olunanların 592 nəfər ambulator, 88 nəfər isə stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 43 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilib, 31 xəstə üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 625 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30