Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın regionlarının su təminatı yaxşılaşır

Azərbaycanın regionlarının su təminatı yaxşılaşır

15.03.2019 [09:35]

İndiyədək ölkənin 38 şəhərində içməli su layihələrinin icrası başa çatıb və daha 12 şəhərdə yeni layihələrin icrasına başlanıb
Azərbaycanda regionların sosial-iqtisadi inkişafına yönəlmiş fəaliyyətlərin əsas istiqamətlərindən birini şəhərlərin, rayon mərkəzlərinin, kənd və qəsəbələrin içməli su təchizatının, eləcə də əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması təşkil edir. Son 15 ildə bütün ölkə üzrə reallaşdırılan su layihələrinin sayəsində regionlarda həm əhalinin içməli su ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, həm də yüz minlərlə yeni torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Eyni zamanda, dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına regionlarda əhalinin içməli suya olan tələbatının daha dolğun şəkildə ödənilməsi, əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər hazırda da davam etdirilməkdədir. Ayrı-ayrı ünvanlarda su və kanalizasiya layihələri icra edilir, magistral və paylayıcı şəbəkələr qurulur, yaşayış məntəqələrində yüzlərlə yeni artezian və subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda da Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatı məsələsinə növbəti dəfə diqqət çəkib. Ölkə başçısı bildirib ki, içməli su layihələrinin icrası davam etdirilir. Bütövlükdə indiyədək ölkənin 38 şəhərində içməli su layihələrinin icrası başa çatıb. 2019-cu ildə daha 5 şəhərdə su layihələrinin icrasının tamamlanması gözlənilir. Respublikanın 12 şəhərində isə yeni layihələrin icrasına başlanıb.
Deyilənlərdən də bəlli olduğu kimi, respublikanın regionlarının su təminatının yaxşılaşdırılması davamlı səciyyə daşıyır. Bu baxımdan 2018-ci il də istisna təşkil etməyib. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Xaçmaz və Xızı şəhərlərində, həmçinin Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələri, Mingəçevir və Astara şəhərlərində isə içməli su şəbəkələri istismara verilib. Eyni zamanda, Ağcabədi, Daşkəsən şəhərlərində su və kanalizasiya, Biləsuvar şəhərində kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub.
Yeri gəlmişkən, Prezident İlham Əliyev cari il fevralın 15-də “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorasiya işləri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, son illərdə respublikada pambıqçılığın, taxılçılığın, digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi məqsədilə müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə, aqrar sektorun inkişafına, ən mütərəqqi standartlar səviyyəsində aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaradıb.
Görülən işlərin davamı olaraq, Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında meliorativ tədbirlər layihəsi çərçivəsində son iki il ərzində az məhsuldar qış otlaqlarında aparılmış meliorasiya işləri nəticəsində 15950 hektar, o cümlədən Sabirabad rayonunda 14319 hektar və Biləsuvar rayonunda 1631 hektar əraziyə suvarma suyu çatdırılıb.
Sərəncama əsasən, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Bununla yanaşı, “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən, cari ildə ölkənin 41 rayon və şəhəri üzrə 254 yaşayış məntəqəsində 300 subartezian quyusunun layihələndirilməsi və qazılması təmin ediləcək. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2017-ci illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,4 milyon nəfərə yaxın olan 611 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 1107 subartezian quyusu qazılıb. 2018-ci ildə isə ölkənin əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusu qazılıb və suvarma su mənbəyi işğal zonasında qalmış Ağdam rayonunda hazırda əlavə olaraq 35 subartezian quyusunda qazma işləri aparılmaqdadır.
Prezident İlham Əliyevin 2019-cu il 12 fevral tarixli Sərəncamı ilə bu il Ağcabədi rayonunun Hindarx, Hacıbədəlli, Rəncbərlər, Muğanlı, Göyük, Şahsevən, Minəxorlu, Bala Kəhrizli, Yuxarı Qiyaməddinli, Şahmalılar, Mirzəhaqverdili, Poladlı qəsəbə və kəndlərində daha 16 subartezian quyusu qazılacaq. Artıq Şahsevən və Rəncbərlər kəndlərində iki quyunun qazılmasına başlanıb. Subartezian quyularının qazılmasının bir neçə aya başa çatdırılması nəzərdə tutulur. Yeni subartezian quyuları ilə rayonun 480 hektar əkin sahəsi suvarılacaq.
Sözügedən Sərəncama əsasən, Masallı rayonunun 7 yaşayış məntəqəsində - Həsənli, Səmidxanlı, Öncəqala, Lürən, Şərəfə, Böyük Kolatan kəndlərində, Ərkivan qəsəbəsində subartezian quyularının qazılması nəzərdə tutulub. Bir neçə ildir Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb.
“Azərsu” ASC 3 nömrəli Regional Su-Kanal İdarəsinin Masallı Su-Kanal Sahəsinin rəisi Akif Həmidovun KİV-ə verdiyi məlumata görə, bu məqsədlə Viləşçay Su Anbarında sutəmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib. İçməli suyun keyfiyyətini və dayanıqlılığını təmin etmək məqsədilə gün ərzində 24 min kubmetr su təmizləmək gücündə olan bu qurğu sayəsində Viləşçay dəryaçasından götürülən su xüsusi laboratoriyada analiz edilib təmizləndikdən sonra əhaliyə verilir.
Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla, ümumilikdə, 9145 su sayğacı quraşdırılıb. Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt, o cümlədən rayonun Sığıncaq, Məmmədxanlı, Şərəfə, Bala Təklə və Kürdəbaz kəndlərində 20 kilometr su xətləri çəkilib və layihəyə uyğun bulaqlar quraşdırılıb. Bu il Masallıda 13 kəndə içməli suyun verilməsi nəzərdə tutulub. Rayonun müxtəlif yaşayış məntəqələrində 24 subartezian quyusu qazılaraq istifadəyə verilib. Bundan əlavə, Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Sığdaş, Xəlfələr, Abbasbəyli kəndlərində su xətləri çəkilib, Türkoba, Əhmədli və Köhnə Alvadı kəndlərində 17500 metr suvarma kanallarında təmizlik işləri aparılıb.
Yaxın illərdə 500 hektara çatdırılacaq çəltik və digər əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı rayon ərazisində kiçik sututarlar araşdırılıb və 70-dən çox sututarın mövcud olduğu məlum olub. Rayonda 3 min hektardan çox əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda təmir-bərpa işlərinin aparılmasına dair dövlətimizin başçısının imzaladığı Sərəncamla ayrılmış vəsait hesabına işlərə başlanılıb. Bu sututarlar istifadəyə verildikdən sonra 8 milyon kubmetr əlavə su ehtiyatı yaranacaq.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyevin sözlərinə görə, hazırda idarənin balansında əlavə olaraq 2 kiçik sututar, uzunluğu 498 kilometr olan açıq torpaq suvarma kanalları, 72 müxtəlif növ hidrotexniki qurğu, 40 kilometr uzunluqda magistral yeraltı təzyiqli su kəmərləri, 5360 hektar ərazidə isə uzunluğu 917 kilometr olan müxtəlif diametrli qapalı boru kəmərləri mövcuddur.
Azərbaycan Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə ölkədə çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində Masallı rayonunda da çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisi nəzərdə tutulub.
Bu məqsədlə hazırlanan yeni layihədə - Viləşçay su anbarının ikinci növbəsinin tikintisi ilə su hövzəsinin həcmi 120 milyon kubmetrə çatdırılacaq. Bəndin hündürlüyünün daha 16 metr artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20100 hektar əkin sahələri suvarma suyu ilə təmin ediləcək. Layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40 kilometr uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaq. Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq.
Qeyd edək ki, Ağcabədi rayonunda da əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Rayon subartezian quyularının istismarı idarəsindən bildiriblər ki, idarənin balansında 965 ədəd subartezian quyusu, 10 ədəd artezian quyusu var. Həmin quyuların 878-i əkin və həyətyanı sahələrin suvarılmasında, 97-si isə içməli su məqsədilə istifadə olunur. Subartezian quyuları vasitəsilə rayonun 34 min 400 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir.
Ağdam rayonunda isə 35 subartezian quyusunun qazılması işləri davam etdirilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi Dilqəm Şərifov bildirib ki, Prezident İlham Əliyevin “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən, ASC-yə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30