A+   Yenilə  A-
VII Qlobal Bakı Forumu ikinci iş gününü panel iclaslarla davam etdirib

“Yaxın Şərqdə sülh və təhlükəsizlik”
Yeddinci Qlobal Bakı Forumu ikinci iş gününü panel iclaslarla davam etdirib.
Forum çərçivəsində “Yaxın Şərqdə sülh və təhlükəsizlik” mövzusunda panel iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, Ərəb Liqasının sabiq baş katibi Əmr Musanın moderatorluğu ilə keçirilən panel iclasda Yaxın Şərqdə sülhə nail olmağın yollarına dair müzakirələr aparılıb. Qeyd edilib ki, regionda sülhün bərqərar olunması müəyyən qüvvələrin əlindədir. Bəzən münaqişə bölgə dövlətləri tərəfindən qızışdırılır. Bu səbəbdən problemin həlli çətinləşir.
İslam Tədqiqatları Mərkəzinin sədri Turki Əl Faysal bin Əbdüləziz Əl Səud deyib ki, Yaxın Şərqdə münaqişələr bütün dünyaya ziyan vurur, kütləvi insan tələfatına yol açır. Münaqişənin fəsadları artıq regionun hüdudlarını aşaraq bütün dünyaya yayılıb. Münaqişə tərəfləri öz aralarında razılığa gəlməsələr, Yaxın Şərqdə vəziyyət daha da gərginləşə bilər. Dünya birliyi də bu məsələdə öz sözünü deməlidir.
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib ki, son onilliklərdə Yaxın Şərqdə bir sıra münaqişələr baş verib. Bu da regionda insan tələfatına səbəb olur və inkişafı ləngidir. “Ərəb baharı” adlandırılan inqilablar, eyni zamanda, terrorçuluq və yeni münaqişə ocaqları regiona dağıdıcı təsir göstərir. Populist və avtoritar liderlərin meydana çıxması münaqişələri dərinləşdirir. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə gəldikdə, bu, bir qədər mürəkkəb görünür. Sülhdən danışdıqda ölkədaxili problemləri və imkanları unutmaq olmaz. Burada təhsilin, texnologiyanın aşağı səviyyəsi münaqişəni daha da qızışdırır. Odur ki, regionun yeni sosial təmaslara ehtiyacı var.
Milli zəmində münaqişələrə dini qarşıdurmaların da əlavə olunduğunu bildirən İsrailin sabiq Baş naziri Tzipi Livni qeyd edib ki, problemin səbəbkarı təkcə İsrail deyil. Burada münaqişənin qızışmasının səbəbi müəyyən qüvvələrin toqquşan maraqlarıdır. Danışıqlarda tərəflər İsrail və Fələstindir. Sülh əldə edilməsi bu ölkələrin xalqlarından asılıdır. “Tərəflər arasında etimad itib. Çünki münaqişədə İsrail və Fələstini dəstəkləyən qüvvələr ortaya çıxır. İstəmirik ki, regionda Suriyada cərəyan edən proseslər baş versin. Burada sərt bir liderliyə ehtiyac var. İsraildə əhalinin 40 faizi ərəblərdir. Onlar yəhudilərlə eyni hüquqa malikdir. İsraili hər şeyə görə günahlandırmaq düzgün deyil”, - deyə Tzipi Livni vurğulayıb.
İordaniyanın keçmiş Baş naziri Taher Masri çıxış edərək deyib: “Sülh haqqında danışdıqda konkret məsələlərə diqqət yetirmək lazımdır. İsrailin qərarları sülhün bərqərar olmasına maneçilik törədir. Problemin köklərini araşdırmaq lazımdır. Biz sülh prosesini dəstəkləyirik. Cihadçılar dediyiniz qüvvələr İslamı təmsil etmirlər. Onların mövcud olması, əksinə, bizim əleyhimizədir”.
İtaliyanın sabiq xarici işlər naziri Ancelino Alfano vurğulayıb ki, diqqət Avropaya axışan Suriya qaçqınlarına yönəlməlidir. Yaxın Şərqdəki problem qaçqınların artmasına səbəb olur. Bu proses “Ərəb baharı”ndan sonra gücləndi. Yəməndə baş verən vətəndaş müharibəsi Aralıq dənizi regionunu əhatə edir. Bu da münaqişənin Yaxın Şərq hüdudlarından çıxması deməkdir. Münaqişənin həlli üçün əlverişli şərait yaranıb. Çünki müzakirələr aparmağa imkan verən kifayət qədər beynəlxalq təşkilatlar mövcuddur.
Yaxın Şərqdə baş verən proseslərin tarixinə nəzər salan İslam Əməkdaşlığı Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu deyib: “Osmanlı imperiyasının süqutundan sonra bölgədə yeni ərəb ölkələri meydana gəldi. Daha sonra sovet imperiyasının yaranması nəticəsində dünyada və regionda ikiqütblü siyasət hökm sürməyə başladı. SSRİ-nin süqutundan sonra bu təkqütblü siyasətlə əvəzləndi. Hazırda isə yeni siyasi mühitin formalaşması prosesi gedir. Dünyada güclərin bərabər paylanmasına nail olmaq lazımdır. Yalnız bu halda regionda sülh prosesi baş tuta bilər”.
Panel müzakirələrlə davam edib.
“Balkanlar: bu günü və gələcəyi”
“Balkanlar: bu günü və gələcəyi” adlı panel iclas Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilib.
İclasda çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç bildirib ki, ötən əsrin sonlarında Balkanlarda başlanan müharibələr başa çatsa da, hazırda bu regionda hələ də həllini gözləyən məsələlər var. Müharibə bu ölkələrdə yaşayan insanların həyatına çox təsir edib. Uzun sürən çalışmaların nəticəsində Balkanlarda sabitliyin təmin olunması istiqamətində xeyli nailiyyətlər əldə edilib.
Rumıniyanın Baş nazirinin müavini Ana Birçal Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini deyib və bu Forumu nümunə göstərib. O, bu kimi tədbirlərə uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan dövlətinə minnətdarlıq edib.
Baş nazirin müavini Avropada sabitliyin təmin olunması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, hazırda Avropada gərgin ictimai-siyasi vəziyyət müşahidə edilir. Vəziyyəti sabitləşdirmək üçün Avropa İttifaqına daxil olan ölkələr birgə fəaliyyət göstərməlidirlər.
Serbiyanın keçmiş Baş naziri Mirko Tsvetkoviç bir sıra Balkan ölkələrinin hələ də siyasi keçid dövrünü yaşadığını deyib. Qeyd edib ki, bəzi beynəlxalq güclər bu amildən öz mənafeləri naminə istifadə edirlər. Bu isə bölgədə sabitliyi təmin etmək işində problemlər yaradır. Lakin Balkan ölkələrinin əlverişli coğrafi-strateji mövqeyi və digər müsbət cəhətlər bu bölgəni aydın gələcək gözlədiyini deməyə əsas verir.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş sədri Mladen İvaniç Balkanlarda iqtisadi və siyasi sabitliyin qlobal güclərdən çox asılı olduğunu deyib. O bildirib ki, beynəlxalq aktorların mübarizəsi kiçik dövlətlərin zərər görməsinə səbəb olur. Belə güclər inkişaf etməkdə olan ölkələrin mənafeyini, ümumiyyətlə, nəzərə almırlar.
Xorvatiyanın keçmiş Baş naziri Yadranka Kosor yenidən Azərbaycanda olmaqdan məmnunluq ifadə edib. O, Forumda iştirak etmək üçün dəvətə görə təşəkkürünü bildirib. Y.Kosor Balkan bölgəsinin etnik baxımdan zəngin olduğunu deyib. Əlavə edib ki, burada bolqarlar, rumınlar, xorvatlar, slovenlər və digər xalqlar yaşayırlar. Bu zənginliyin müəyyən mənfi nəticələri də var. Belə ki, burada etnik rəngarənglik siyasi, bəzən də hərbi münaqişələrə gətirib çıxarır.
Albaniyanın keçmiş Prezidenti Recep Meydani Balkanların tarixboyu bir çox dəyişikliklərə, müharibələrə məruz qaldığını, buna görə də bu ölkələrin keçmişdən ibrət götürməli olduğunu deyib. Əlavə edib ki, hazırda bu regionda sabitlik hökm sürür və xoşbəxt gələcək qurmaq üçün bu, yaxşı fürsətdir. Avropa İttifaqına daxil olmaq bu region ölkələri üçün vacib məsələdir. Regional əməkdaşlıq nəticəsində bölgədə sülh əldə edilib.
Albaniyanın keçmiş Prezidenti Buyar Nişani belə tədbirlərin uğurla keçirilməsinə görə Azərbaycan dövlətinə təşəkkür edib. Qeyd edib ki, bu Forumun əhəmiyyəti ildən-ilə artır. B.Nişani bildirib ki, Balkanların əlverişli coğrafi mövqeyi tarixən burada beynəlxalq güclərin maraqlarının toqquşmasına səbəb olub. Hazırda da bu proses davam edir. Bu isə regionda siyasi gərginliyə gətirib çıxarır. XX əsrin sonlarında baş verən proseslər buna bariz nümunədir.
Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov Balkan ölkələrinin Avropa İttifaqına daxil edilməsi məsələsində ədalətsizliklər olduğunu, bəzi əsassız iradların göstərildiyini bildirib. O deyib ki, bu ölkələrin Avropa İttifaqına daxil edilməməsi onların iqtisadi baxımdan geri qalmasına səbəb olur.
Regionun inkişafı üçün atılan addımlar barədə məlumat verən Monteneqronun keçmiş Prezidenti Filip Vuyanoviç bu işdə əldə edilən uğurların heç də asan başa gəlmədiyini deyib. Qeyd edib ki, regionun coğrafi baxımdan əhəmiyyətli mövqedə yerləşməsi burada mütəmadi olaraq böyük güclərin təhriki ilə münaqişələrə gətirib çıxarır.
“Dünya üçün Çinin inkişafı və imkanları”
Forum çərçivəsində keçirilən növbəti panel iclas “Dünya üçün Çinin inkişafı və imkanları” mövzusuna həsr edilib.
Panel iclasının moderatoru, Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonq Çinin dünya iqtisadiyyatında oynadığı rol, həyata keçirdiyi nəhəng layihələr barədə məlumat verib.
Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Rəşid Alimov bildirib ki, Çin investisiyaların cəlb edilməsi sahəsində dünya miqyasında lider ölkədir. Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinə toxunan R.Alimov vurğulayıb ki, bu, investisiya baxımından ən böyük layihələrdən biridir.
Laosun xarici işlər nazirinin müavini Khamphao Ernthavanh Bakıda yüksək səviyyədə təşkil edilən belə bir tədbirə görə Azərbaycan hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib. O qeyd edib ki, Çin iqtisadiyyatının sürətli artımı dünyada sülhün və təhlükəsizliyin təmini baxımından əhəmiyyətə malikdir. Çünki Çinin həyata keçirdiyi layihələrdə demək olar ki, dünyanın hər iki ölkəsindən biri iştirak edir. Nazir müavini 2020-ci ildə Çin ilə Laos arasında dəmir yolunun açılacağını da diqqətə çatdırıb.
Macarıstanın sabiq Baş naziri Peter Meddyeşi deyib ki, Çin dünyada sabitləşdirici gücə malikdir. Hazırda bu ölkədə iqtisadiyyatın müxtəlif sahələrində sürətli inkişaf müşahidə olunur ki, bu da Çinin dünya iqtisadiyyatında böyük rol oynamasına imkan yaradır.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel diqqəti “Bir kəmər, bir yol” layihəsinə yönəldərək qeyd edib ki, qədim İpək yolunun bərpası sayəsində İndoneziyadan Avropaya qədər yeni bir marşrut yaradılır və dünya əhalisinin dörddəüçü bu layihədən faydalanacaq. Bu layihə iqtisadiyyatın inkişafına, Azərbaycandan da keçməklə Avropaya yük daşımalarının daha qısa məsafə ilə və az müddətdə həyata keçirilməsinə imkan verəcək. O bildirib ki, Prezident İlham Əliyev Forumun açılışında söylədiyi nitqdə Şərq-Qərb dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu layihənin bir hissəsi olduğunu bildirib.
Rumıniyanın sabiq Prezidenti Petre Roman deyib ki, Çin infrastruktur sahəsində dünyada dominant mövqeyə malikdir. Son illərdə bu ölkə innovasiyalar sahəsində də uğurlu nəticələr əldə edib.
Yeni Zelandiyanın sabiq Baş naziri Cennifer Şipli Çinin yoxsulluğun aradan qaldırılması ilə bağlı əldə etdiyi müsbət nəticələrə dünyanın hələ də həsəd apardığını vurğulayıb. Pekinin nəhəng iqtisadiyyata malik olduğunu deyən sabiq Baş nazir bunun sayəsində Çinin öz təsirini getdikcə artırdığını diqqətə çatdırıb. O, digər ölkələrin Çinin bank sistemi sahəsindəki təcrübəsindən faydalana biləcəyini qeyd edib.
Serbiyanın sabiq Prezidenti Boris Tadiç Çinin hazırda regiona ən çox töhfə verən ölkə olduğunu vurğulayıb. O deyib ki, böhran dövründə bu ölkə 750 milyondan çox insanı yoxsulluq vəziyyətindən çıxarıb. Miqrant probleminə toxunan Serbiyanın sabiq dövlət başçısı bu məsələnin həll olunmasına Avropa ölkələri tərəfindən lazımi dəstək göstərilmədiyini bildirib.
Sloveniyanın sabiq Prezidenti Danilo Türk diqqətə çatdırıb ki, yeni texnologiyalar Çinin dünyaya verdiyi töhfələrdən biridir. O, bəzi Avropa ölkələrinin “ağıllı şəhər” yaratmaq üçün Çinin yüksək texnologiyalarından yararlanmaq niyyətində olduğunu söyləyib.
Çinin Renmin Universitetinin Çunyang Maliyyə Araşdırmaları İnstitutunun icraçı dekanı Vanq Ven hazırda ölkəsinin inkişaf potensialının daha yüksək olduğunu deyib. O, Çində yoxsulluğun azaldılması, korrupsiyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
“Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu”
Yeddinci Qlobal Bakı Forumu çərçivəsində daha bir panel iclas “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” mövzusunda keçirilib.
İclasa moderatorluq edən fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, Milli Səhiyyə və Milli Onkologiya İnstitutunun sabiq direktoru Harold Varmus elmi layihələrin maliyyələşdirilməsinin, elmi infrastrukturun inkişaf etdirilməsinin əhəmiyyətindən, elmi qurumlar və hökumət arasında əməkdaşlığın təşkili məsələsindən danışıb. O, siyasi müstəvidə qərarların elmi cəhətdən əsaslandırılmasının zəruriliyini qeyd edib.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Komissiyanın sədri, Hindistanın Baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Rajendra Paşauri iqlim dəyişiklikləri problemlərinin aradan qaldırılmasında elmin rolundan danışıb. Qeyd edib ki, elm gələcəkdə baş verə biləcək təhlükələrə nəzər sala bilər. Elmi ictimaiyyətin diqqətini iqlim dəyişiklikləri ilə bağlı intensiv hadisələrə daha çox cəlb etmək lazımdır. Problemi bir neçə ölkə həll edə bilməz. Bu məsələdə, həmçinin alimlər ünsiyyət qurmalı, bacarıqları ortaya çıxarmalıdırlar.
Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger təmsil etdiyi ölkədə ətraf mühitin qorunmasının bir hərəkata çevrildiyini deyib. O, Yeni Zelandiyanın GMO-ları qəbul etməməsi ilə bağlı səbəbləri diqqətə çatdırıb, habelə ölkəsində heyvandarlığın çox inkişaf etdiyini vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində insanların həyat tərzinin dəyişdirilməsi məsələsinə toxunub, bu sahədə medianın rol oynayacağını vurğulayıb. O, elm adamlarının müstəqilliyinin qorunub saxlanması, onların siyasi liderlərin təsiri altına düşməməsi məsələsinin vacibliyini qeyd edib. Habelə qanunvericilər tərəfindən sosial media ilə bağlı məsuliyyət müəyyənləşdirilməsinin zəruri olduğunu bildirib.
Kanada Beynəlxalq İnkişaf Agentliyinin sabiq prezidenti, UNICEF-in icraçı direktorunun sabiq müavini Marqaret Katley-Karlson qeyd edib ki, iqlim dəyişikliyi probleminə elmin bütün sahələrini cəlb etmək lazımdır. Məsələn, sosiologiya cəlb edilərsə, bu sahənin mütəxəssisləri iqlim dəyişikliyinin cəmiyyətdə hansı dəyişikliyə səbəb olacağını deyə bilər.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku panel sessiyanın mövzusuna gələcəklə əlaqədar strategiya məsələsi istiqamətində yanaşıb. O, tezliklə bilik iqtisadiyyatının bərqərar olacağını, cəmiyyətin də buna uyğun amillərlə inkişaf edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, biliklərə əsaslanan dəyərlərə qiymət verilməlidir. Bu sahədə mədəniyyət mütəxəssisləri də öz sözünü deməlidirlər. Elmə əsaslanan qərarlar həqiqəti əks etdirir.
Qırğız Respublikasının sabiq Baş naziri Comart Otorbayev bu cür müzakirələrin insanları intellektual debatlara ruhlandırdığını bildirib. O, bərpaolunan enerji mənbələrindən istifadənin əhəmiyyətini vurğulayıb.
Mövzu ətrafında müzakirələrdə hər hansı problemin həllində alimlərin fikirlərinə diqqət yetirilməsinin zəruriliyi qeyd olunub. Həmçinin iqlim dəyişiklikləri problemlərinin həllinə gəncləri daha çox cəlb etməyin vacibliyi bildirilib.
Panel iclaslarda mövzularla bağlı diskussiyalar aparılıb, suallar cavablandırılıb.

 
  • Oxunub:  4740  |  
  • Tarix:  16-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək
16 İyul 20:03
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub
16 İyul 19:51
Dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur
16 İyul 19:48
İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanının fəaliyyəti ilə maraqlanıb
16 İyul 19:44
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16 İyul 17:49
Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
16 İyul 17:47
Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində
16 İyul 17:45
Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
16 İyul 17:39
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 İyul 17:31
Azərbaycanın Xarici İşlər naziri Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb
16 İyul 17:20
Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb
16 İyul 17:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir
16 İyul 17:09
Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16 İyul 17:06
Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır
16 İyul 16:57
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam edir
16 İyul 16:54
Nazirlik: Respublikada bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16 İyul 16:48
Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb
16 İyul 16:25
Goranboyun tam qazlaşdırılması yekunlaşır
16 İyul 16:01
Səyyar “ASAN xidmət” davam edir
16 İyul 15:57
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Argentina Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
16 İyul 15:53
Muxtar respublikada yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunur
16 İyul 15:41
Ötən il Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 faiz artıb
16 İyul 15:35
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır
16 İyul 15:17
İsrailin Vergi Orqanının rəhbəri Azərbaycanın vergi sistemindəki islahatlar barədə məlumatlandırılıb
16 İyul 15:11
“İş Qadınlarına Dəstək” İB-nin daha 9 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək
16 İyul 15:04
Frank Şıkli: Kannda təşkil olunmuş sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir
16 İyul 14:47
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib
16 İyul 14:13
Maqali Tabui: Kanndakı sərgi bizə Azərbaycanın xalçaçılıq sənəti ilə yaxından tanışlığa imkan yaradır
16 İyul 13:58
“İş Qadınlarına Dəstək” İctimai Birliyi yaradılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25